Tender-Satınalma-Təchizat (TST)
833 subscribers
211 photos
13 videos
22 files
226 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
Tender-Satınalma-Təchizat (TST)
Özəl və ya yarı-özəl təşkilatların keçirdikləri satınalmanı dövlət satınalmasından fərqləndirən əsas xüsusiyyət nədir?
Dövlət və özəl satınalmaları barədə daha əvvəl bloq bölməmizdə bir məqalə paylaşmışdıq və əsasən bənzərliklərindən, eləcə də yerli şəraitdən bəhs etmişdik.

Bəziləri elə düşünür ki, özəl təşkilatdırsa heç bir məhdudiyyət olmalı deyil, şəraitdən asılı olaraq istənilən qərar verilə bilər və bu qərarı hər hansı çərçivəyə salmaq düzgün deyil. Bəs necə tənzimlənməlidir bu proses ki, həm şəffaflıq olsun, korrupsiya və sui-istifadə olmasın, həm də rəqabətli satınalma olsun? Nədir sizcə ümumiyyətlə dövlət və özəl satınalmalarını fərqləndirən əsas xüsusiyyət(lər)?
Bu sorğu eyni zamanda LinkedIn, InstagramFacebook səhifələrimizdə də paylaşılıb.
📖 Bu gün imtahan günüdür!

🏁 5 apreldə başlayan "Dövlət satınalmalarının təşkili" kursumuz sona çatmaq üzrədir.

📜 Gələn həftə iştirakçılara imtahan nəticələrinə görə sertifikatları verilərək kurs yekunlaşdırılacaq.

🚩 Növbəti sessiyanın bir neçə ay sonra təşkil edilməsi planlaşdırılır (qeydiyyat başladıqda bu barədə məlumat veriləcək).

🤔 Kursda maraqlı bir yenilik də olacaq (veb səhifəmizdə artıq məlumat qeyd edilib).
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Satın alınacaq malların, işlərin və xidmətlərin qiymətləri əksər hallarda seçim qərarına ciddi təsir edir. Xüsusilə peşəkar (bax: hiyləgər) marketinq və satış heyətinin dəstəyi ilə bu proses bir çox halda satınalan tərəfin əleyhinə işləyir. Burada isə satınalanın köməyinə peşəkar satınalma mütəxəssisləri gələ bilər.

Əsasən böyük məbləğli, mürəkkəb xarakteristikaya malik satınalma zamanı qiymət faktorunun prosesə təsirini azaltmaq üçün iki zərf metodundan istifadə edilir. İlk zərfdə texniki təklif təqdim edilib qiymətləndirmə tamamlanıb bütün uyğun təkliflər seçildikdən sonra qiymət zərfi açılıb qiymətləndirmə aparılır (hesab səhvlərinə baxılır, təklifinin tamlığı dəyərləndirilir və s.). Bundan sonra isə ən ucuz təklif vermiş iddiaçı qalib seçilir.

"1 Kadın 1 Erkek" serialının 42-ci bölümündən olan aşağıdakı hissədə peşəkar satınalmaçı ilə marketinq hiyləsinin təsiri altında qalmış sifarişçinin təsvirini görə bilərsiniz 😉
Dövlət satınalmalarının təşkili kursunda iştirak etmiş iştirakçıların imtahan nəticələrinə görə sertifikatları hazırdır! Sabah imtahan suallarının cavabları izah edildikdən sonra öz sahiblərinə təqdim ediləcək!

P.S. Ən üstdəki qovluqda ən yüksək nəticə toplayan iştirakçının sertifikatıdır, sabah bilinəcək kimdir :)
🏁 Dövlət satınalmalarının təşkili təliminin ilk sessiyası maraqlı bir formada yekunlaşdı!

📑 Sonuncu dərsdə keçirilmiş imtahan suallarının cavabları izah edilərək və Elgün Məhəmmədəlizadə ilə birlikdə iştirakçılarla satınalma sahəsi barədə müzakirələr aparıldı.

📜Daha sonra isə nəticələr elan edilərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Ahmad Hasanov tərəfindən sertifikatlar iştirakçılara təqdim edildi və iştirakçıların dövlət satınalmaları ilə bağlı praktiki sualları Əhməd müəllim tərəfindən cavablandırıldı.

🔝İmtahanda ən yüksək nəticə göstərən iştirakçı Yusif Yusifliyə "Hər kəs üçün satınalma" və "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitabları hədiyyə edildi !💛💙

🧾Bu günə qədər tərəfimizdən keçirilmiş müxtəlif təlimlərdə sertifikat almış iştirakçılar (ad-soyad, sertifikat nömrəsi, təlimin adın və tipi) barədə məlumat veb səhifəmizin "Təlim" bölümünə yerləşdirildi.

ℹ️ Təlim barədə daha ətraflı: https://www.tst.com.az/post/dovlet-satinalmalari-telimi-yekunlasdi
Təlimdən fotolar!
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə AİH-in portfelinə daxil olan dövlət şirkətlərin, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nin 60-a yaxın mütəxəssisi üçün Dövlət satınalmalarına nəzarət şöbəsi tərəfindən Hyatt Regency Baku hotelində "Dövlət satınalmalarının təşkili: rəqabət və səmərəliliyin təmin edilməsi" mövzulu təlim-seminar keçirilmişdir.
DSQ_Müddət_TST.pdf
158.3 KB
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununda müddət ilə bağlı tələblərə dair konspekt (istinad edilən maddə, tələb, müddət və izah)
🆕 Dövlət satınalmaları sahəsində çalışan və ya çalışmaq istəyən mütəxəssislər üçün ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin A-dan Z-yə ətraflı izah edildiyi eyni zamanda əyani və onlayn təşkil edilən 15 saatlıq YENİ TƏLİMİMİZƏ qeydiyyat başladı!

📆 Təlim 16 iyul - 06 avqust tarixlərində olmaqla 3 həftə ərzində 5 dərsdən ibarətdir.

ℹ️ İştirak haqqı, kurs tarixləri, məzmunu və digər məlumatlar barədə bu keçiddən məlumat əldə edə bilərsiniz!

Əgər yuxarıdakı keçidlərdən suallarınıza cavab tapa bilmədinizsə digər suallarınız üçün bizimlə əlaqə saxlaya bilər və ya şərhdə "+" qoysanız biz sizinlə əlaqə saxlaya bilərik!
Ötən ayın əvvəlində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Qarınqulu" adlı animasiya layihəsinin müsabiqədən kənar birbaşa formada Balta (balta.az) animasiya filminin yaradıcı heyətinin olduğu Crambone Inventive League-in iştirak etdiyi "Salnamə" studiyasına 400 min manata verilməsi barədə NME şirkətinin direktoru Nicat Manafov tərəfindən iddia paylaşılmışdır. İddia müəllifi eyni zamanda bildirib ki, bu işi 190 min manata icra edə bilər və büdcə şişirdilib.

Məsələ ilə bağlı bir neçə xəbər kanalında məlumatlar paylaşılıb (Kulis az, Arqument.az, Qaynarinfo və s.). Eyni zamanda Nazirliyin rəsmi açıqlamasında satınalma prosedurlarının satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərə (podratçılara) şamil edilmədiyi bildirilmişdir (!).

Məsələ dövlət satınalmaları ilə bağlı olduğundan qanuni nöqteyi nəzərdən açıqlama verib məsələyə aydınlıq gətirək. Açıqlamada istinad edilən məsələ "Dövlət satınalmaları haqqında" AR Qanununun 13.1-ci maddəsinə (Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir) aiddir və bu maddədə qeyd edilən məsələnin Nazirliyin iddiası ilə əlaqəsi yoxdur. Belə ki, maddədə qeyd edilib ki əgər satınalan təşkilat açıq tender, kotirovka, təkliflər sorğusu kimi ən az 3 iddiaçının iştirakı ilə müsabiqə keçirdiyi təqdirdə satınalan təşkilatdan asılılığı olan iddiaçı bu müsabiqədə iştirak edə bilməz, çünki maraqların ziddiyyəti yaranır. Eyni zamanda Qanunun 21.1.1-ci maddəsində qeyd olunub ki, satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda bu halda müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - AİBNDX) təsdiq etməsi şərtilə (DSQ 17.3 və 21.1) bir mənbədən satınalma üsulu tətbiq edilə bilər. Yəni əgər Mədəniyyət Nazirliyi gördürmək istədiyi işin tabeliyində olan "Salnaməfilm" studiyasından başqa heç kimin edə bilməyəcəyi, onun alternativi olmadığı qənaətinə (NME bu işi görə biləcəyini iddia etməsi artıq bu qənaətin yanlış olduğunu göstərir) gələrsə yalnız AİBNDX-dan icazə aldıqdan sonra "Salnaməfilm" ilə müqavilə bağlayıb sifariş verə bilərdi. Bu qaydanın əksini göstərən Qanun səviyyəsində hər hansı başqa sənəd yoxdur, olsa belə bir-birinə ziddi iki hal olduqda Qanun digər hüquqi sənədlərdən üstün sayılacağı üçün Qanunda yazılan tələb yerinə yetirilməlidir. Əgər qeyd olunmayan başqa hal yoxdursa bu qaydanın tətbiq edilməməsi açıq qanun pozuntusudur.
13-14 iyun tarixlərində Dövlət Satınalmalarının Araşdırma Qrupu (Public Procurement Research Group - PPRG) tərəfindən Notinqhem Universitetində 11-cisi təşkil edilən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, əsasən də Dövlət satınalmalarına nəzarət şöbəsinin əməkdaşları (Şöbə rəhbəri - Əhməd Həsənov, Şöbə rəhbərinin müavini - Elşən Həsənov və Dövlət Xidməti rəhbərinin maliyyə və satınalma sahəsində müşaviri Yusif Dadaşzadə) olaraq iştirak etdiyimiz Dövlət satınalmaları: Qlobal İnqilab XI (Public Procurement: Global Revolution XI) tədbirində fəaliyyətimiz (çıxışımız) və tədbirdən maraqlı məqamlar barədə bloqda yeni məqaləmizdə tanış ola bilərsiniz.

https://www.tst.com.az/post/dovlet-satinalmalari-qlobal-inqilab-xi
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə 30 iyun 2022-ci il tarixində Landmark Rotunda zalında saat 9:00-da “Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi” mövzusunda #seminar təşkil ediləcəkdir.
Spikerlər: Əhməd Həsənov, Zəminə Əliyeva və Kənan Qorçuyev

Seminarın müzakirə mövzuları aşağıdakılardır:
1. #DövlətSatınalmaları qanunvericiliyi və mərhələləri
2. Satınalmalarda iştirakın planlaşdırılması
3. İxtisas uyğunluğu göstəriciləri
4. Satınalma sənədləri
5. Təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi
6. Satınalmanın nəticələri
7. Müqavilənin icrası
8. Satınalma ilə bağlı şikayətlər
9. Elektron satınalmalarda iştirakın əyani təqdimatı
Seminarın sonunda iştirakçılar #sertifikat ilə təltif olunacaqlar.
Tender-Satınalma-Təchizat (TST)
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə 30 iyun 2022-ci il tarixində Landmark Rotunda zalında saat 9:00-da “Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi”…
Seminarda iştirak ödənişsizdir, iştirakla bağlı məlumatı yazılı şəkildə (Ad, Soyad, təmsil olunan şirkət) zvaliyeva@ask.org.az mail ünvanına təqdim etmək tələb olunur.
Əlaqələndiri şəxs: Zülfiyyə Vəliyeva
Tel: +994 51 229 97 22
E-mail: zvaliyeva@ask.org.az