Satınalma sahəsində çalışanlardan kiminsə nə vaxtsa belə bir hal başına gəlib? 😅
#Meme: Women Holding Dog's Mouth Meme
#Meme: Women Holding Dog's Mouth Meme
Tender-Satınalma-Təchizat (TST)
Satınalma sahəsində çalışanlardan kiminsə nə vaxtsa belə bir hal başına gəlib? 😅 #Meme: Women Holding Dog's Mouth Meme
Bu günə qədər tərəfimizdən hazırlanaraq sosial şəbəkələrdəki səhifələrimizdə yayımlanmış satınalma və təchizat zəncirinə dair bütün "meme"lər
https://www.tst.com.az/post/satinalma-memeleri

TST
Satınalma "meme"ləri
Tender Satınalma Təchizat | BLOQ
📝Bir neçə gün əvvəl LinkedIn, Telegram və Instagram səhifələrimizdə yerləşdirilən aşağıdakı sorğu ilə bağlı ətraflı yazacağımızı qeyd etmişdik.
💸"Hesabı kim ödəyəcək" başlıqlı bu Məqalədə aşağıdakı sualların cavabını tapacaqsınız:
❓ Hansı xərcləri icraçı çəkməlidir?
❓ Hansı xərcləri satınalan təşkilat iddiaçı ilə paylaşdıra bilir?
❓ Niyə əksəriyyət bu xərclərin icraçı tərəfindən çəkilməli olduğunü düşünür?
➡ Məqaləyə keçid: https://www.tst.com.az/post/hesabi-kim-odeyecek

Hesabı kim ödəyəcək?
Tender Satınalma Təchizat | BLOQ
Hebib Müntezir tərəfindən paylaşılan Ağstafa Rayon İcra Hakimiyyətinə tabe olan Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən "Nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələri"nin satınalması ilə bağlı keçirilən kotirovkanın qalibinin 21640 AZN məbləği ilə elandan sonra yaranmış "Palma-Z" MMC firması olması bu gün gündəm oldu. Bu barədə daha sonra AbzasMedia və Aslan Ismayilov da paylaşım etdi. Daha sonra Ağstafa Rayon İcra Hakimiyyəti də paylaşıma reaksiya verərək TABEÇİLİYİNDƏ OLAN QURUMA görə MƏSULİYYƏT DAŞIMADIĞINI, məsuliyyətin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) olduğunu qeyd etdi 🙂
Tender-Satınalma-Təchizat (TST)
Hebib Müntezir tərəfindən paylaşılan Ağstafa Rayon İcra Hakimiyyətinə tabe olan Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən "Nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələri"nin satınalması ilə bağlı keçirilən kotirovkanın qalibinin…
...
İndi də gəlin əslində nə baş verdiyini təhlil edək. İctimaiyyətin bu kimi məsələlərə həssas olması əslində hamı üçün çox faydalıdır ancaq daha yaxşı olar ki, belə hadisələrə damğa vurub kimisə "niprav" çıxarmazdan əvvəl bu sahənin peşəkarlarının da fikrini alalar, çünki hər sahədə mütəxəssis olmaq təbii ki mümkün deyil. Təəssüf doğuran məqam burasındadır ki, məsələyə reaksiya verib əks arqument gətirmək istəyənlər də ya məsuliyyəti üstündən atır ya da jurnalistləri vətən xaini və s. elan edir.
Məsələ burasındadır ki, nə qədər absurd görünsə də qeyd olunan vəziyyət QANUNSUZ DEYİL! Belə ki, Dövlət satınalmaları haqqında qanunun 6.2.1-ci maddəsinə əsasən satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması meyarına cavab verməsi qeyd olunub. Ancaq qanunda olan problemlərdən biri budur ki, bu elə səslənir ki sanki hər keçirilən satınalmada hər kəs bu maddədə qeyd edilən BÜTÜN MEYARLARA cavab verməlidir. Lakin bu belə deyil. Nümunə verək, fərz edin ki ki 20 min manata hansısa təşkilat dəftərxana ləvazimatları alır. İndi bu maddəni belə şərh etsək belə çıxır qalibin dəftərxana satışı ilə bağlı tutaq ki 1 il satış TƏCRÜBƏSİ olmalı, təcrübəli İŞÇİ HEYƏTƏ sahib olmalı, şərti olaraq 20 min manatlıq dövriyyəsi (MALİYYƏ İMKANLARI), kalkulyatoru, kompüteri (TEXNİKİ İMKAN), 1 firmadan referansı (ETİBARLILIQ), ISO 9001 sertifikatı (İDARƏETMƏ SƏRİŞTƏSİ) olmalıdır. Bazarda bu işlə məşğul olanlardan sizcə bu qeyd olunanlar tələb olunsa nə qədər firma belə satınalmada iştirak edib QALİB GƏLƏ BİLƏR? Üsyan qaldırarlar :)
...
Yəni qısacası bu meyarlar hər satınalmaya şamil edilmir, ehtiyat hissə də dəftərxana nümunəsindəki kimi haldır özü də məbləğ heç tenderə belə düşmür. İstisna edilmir ki, bu şirkətin keçiriləcək satınalma ilə bağlı məlumatı olub gedib şirkət açıb, hətta bəlkə sövdələşmə də var ancaq nəzərə alsaq ki elan yerləşdirməzdən əvvəl bu barədə satınalma planında da məlumat verilir bu fürsətdən yararlanmaq üçün kimsə də gedib o şirkəti aça bilərdi. Çünki ehtiyat hissə satmaq üçün xüsusi icazə lisenziya filana da ehtiyac yoxdur, VÖEN açdın qurtardı getdi. Üstəlik sadəcə bu məlumatlar əsasında birbaşa nəticəyə "tulllanmaq" ("jump to conclusion") da düz deyil, əlavə araşdırmaya ehtiyac var.
Məsuliyyət məsələsinə gəlincə isə elə yuxarıda qeyd edilən maddənin əvvəlində yazıldığı kimi "Bu maddə satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin TENDER KOMİSSİYASI tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur". 37.5-ci maddəyə əsasən yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına (İqtisadiyyat Nazirliyi, müvafiq olaraq AİBNDX) təqdim olunur. Açığına qaldıqda bu protokolun yoxlanılıb təsdiq edilməsi ilə bağlı hər hansı məlumat qanunda yoxdur heç ancaq praktikada sadəcə protokolda qeyd olunan məlumatlara nəzarət orqanı baxa bilir. Yekun protokol formasında isə hansısa təşkilatın təsis tarixi filan ilə bağlı məlumat qeyd edilmir. E-taxes-dan baxıla bilinir bu məsələyə ancaq hər iştirakçının bu məlumatlarının yoxlanılmasını tender komissiyası daha ətraflı yoxlaya bilər nəyinki bütün ölkə üzrə protokolları qəbul edən bir qurum. Onu da qeyd edək ki, bu protokol barədə hələ nəzarət orqanına protokol təqdim olunmayıb böyük ehtmal. Prosesin 6 mayda yekunlaşdığı görünür, onun məktub kimi imzalanması xaric olması, göndərilməsi, digər qurumda qəbul olunması 1 bank günü ərzində olmur əksər halda.
Amma təkrar yenə vurğulayaq burda qanunsuzluq yoxdur, müəyyən obyektiv şərtləri də nəzərə alsaq (rayonlarda olan belə satınalmalarda çox təşkilat iştirakda maraqlı olmur) absurd görünsə də anormal bir vəziyyət yoxdur.

Özəl və ya yarı-özəl təşkilatların keçirdikləri satınalmanı dövlət satınalmasından fərqləndirən əsas xüsusiyyət nədir?
Anonymous Poll
27%
Daha çevik olması
47%
Daha az sənədləşmənin olması
27%
Rahat seçim sərbəstliyi
0%
Digər (şərhdə)
Tender-Satınalma-Təchizat (TST)
Özəl və ya yarı-özəl təşkilatların keçirdikləri satınalmanı dövlət satınalmasından fərqləndirən əsas xüsusiyyət nədir?
Dövlət və özəl satınalmaları barədə daha əvvəl bloq bölməmizdə bir məqalə paylaşmışdıq və əsasən bənzərliklərindən, eləcə də yerli şəraitdən bəhs etmişdik.
Bəziləri elə düşünür ki, özəl təşkilatdırsa heç bir məhdudiyyət olmalı deyil, şəraitdən asılı olaraq istənilən qərar verilə bilər və bu qərarı hər hansı çərçivəyə salmaq düzgün deyil. Bəs necə tənzimlənməlidir bu proses ki, həm şəffaflıq olsun, korrupsiya və sui-istifadə olmasın, həm də rəqabətli satınalma olsun? Nədir sizcə ümumiyyətlə dövlət və özəl satınalmalarını fərqləndirən əsas xüsusiyyət(lər)?

Dövlət və özəl satınalmalar
Tender Satınalma Təchizat | BLOQ
📖 Bu gün imtahan günüdür!
🏁 5 apreldə başlayan "Dövlət satınalmalarının təşkili" kursumuz sona çatmaq üzrədir.
📜 Gələn həftə iştirakçılara imtahan nəticələrinə görə sertifikatları verilərək kurs yekunlaşdırılacaq.
🚩 Növbəti sessiyanın bir neçə ay sonra təşkil edilməsi planlaşdırılır (qeydiyyat başladıqda bu barədə məlumat veriləcək).
🤔 Kursda maraqlı bir yenilik də olacaq (veb səhifəmizdə artıq məlumat qeyd edilib).

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Satın alınacaq malların, işlərin və xidmətlərin qiymətləri əksər hallarda seçim qərarına ciddi təsir edir. Xüsusilə peşəkar (bax: hiyləgər) marketinq və satış heyətinin dəstəyi ilə bu proses bir çox halda satınalan tərəfin əleyhinə işləyir. Burada isə satınalanın köməyinə peşəkar satınalma mütəxəssisləri gələ bilər.
Əsasən böyük məbləğli, mürəkkəb xarakteristikaya malik satınalma zamanı qiymət faktorunun prosesə təsirini azaltmaq üçün iki zərf metodundan istifadə edilir. İlk zərfdə texniki təklif təqdim edilib qiymətləndirmə tamamlanıb bütün uyğun təkliflər seçildikdən sonra qiymət zərfi açılıb qiymətləndirmə aparılır (hesab səhvlərinə baxılır, təklifinin tamlığı dəyərləndirilir və s.). Bundan sonra isə ən ucuz təklif vermiş iddiaçı qalib seçilir.
"1 Kadın 1 Erkek" serialının 42-ci bölümündən olan aşağıdakı hissədə peşəkar satınalmaçı ilə marketinq hiyləsinin təsiri altında qalmış sifarişçinin təsvirini görə bilərsiniz 😉

Dövlət satınalmalarının təşkili kursunda iştirak etmiş iştirakçıların imtahan nəticələrinə görə sertifikatları hazırdır! Sabah imtahan suallarının cavabları izah edildikdən sonra öz sahiblərinə təqdim ediləcək!
P.S. Ən üstdəki qovluqda ən yüksək nəticə toplayan iştirakçının sertifikatıdır, sabah bilinəcək kimdir :)

🏁 Dövlət satınalmalarının təşkili təliminin ilk sessiyası maraqlı bir formada yekunlaşdı!
📑 Sonuncu dərsdə keçirilmiş imtahan suallarının cavabları izah edilərək və Elgün Məhəmmədəlizadə ilə birlikdə iştirakçılarla satınalma sahəsi barədə müzakirələr aparıldı.
📜Daha sonra isə nəticələr elan edilərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Ahmad Hasanov tərəfindən sertifikatlar iştirakçılara təqdim edildi və iştirakçıların dövlət satınalmaları ilə bağlı praktiki sualları Əhməd müəllim tərəfindən cavablandırıldı.
🔝İmtahanda ən yüksək nəticə göstərən iştirakçı Yusif Yusifliyə "Hər kəs üçün satınalma" və "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitabları hədiyyə edildi !💛💙
🧾Bu günə qədər tərəfimizdən keçirilmiş müxtəlif təlimlərdə sertifikat almış iştirakçılar (ad-soyad, sertifikat nömrəsi, təlimin adın və tipi) barədə məlumat veb səhifəmizin "Təlim" bölümünə yerləşdirildi.
ℹ️ Təlim barədə daha ətraflı: https://www.tst.com.az/post/dovlet-satinalmalari-telimi-yekunlasdi

Dövlət satınalmaları təlimi yekunlaşdı!
Tender Satınalma Təchizat | BLOQ
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə AİH-in portfelinə daxil olan dövlət şirkətlərin, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nin 60-a yaxın mütəxəssisi üçün Dövlət satınalmalarına nəzarət şöbəsi tərəfindən Hyatt Regency Baku hotelində "Dövlət satınalmalarının təşkili: rəqabət və səmərəliliyin təmin edilməsi" mövzulu təlim-seminar keçirilmişdir.