Təkbir Tv
75 subscribers
660 photos
3 videos
61 links
بِسْــــــــــــــــــمِ اﷲِالرَّحْمَنِ اارَّحِيم

🌙 İSLAM MAARİFİ KANALI 🌙

Whatsapp qrupumuz https://chat.whatsapp.com/K9XaS0DuTSP2z0D61Xu8NL

İnstagram Səhifəmiz https://instagram.com/tekbir.tv?igshid=1xtdvzkuk93kw
Download Telegram
Əziz Peyğəmbərimiz (s) Əbuzərə tövsiyələrindən birində buyururdu: “Əbuzər, sorğuya çəkilməzdən öncə özün özünü sorğuya cəlb et. Bu, sabahın (qiyamətin) sorğu-sualı üçün yaxşı bir hazırlıqdır. Əməllərini tərəziyə qoyulmamış özün ölç və uca Allahdan heç nəyin gizli qalmayacağı günün təqdimatına hazır ol. Əbuzər, kimsə özünü şərikin öz şəriki ilə mühasibəsi kimi sorğuya çəkərək əməllərini incələmədikcə təqvalı ola bilməz. İnsan qidasının, geyiminin haradan gəldiyini, halal, yoxsa haram olduğunu bilməlidir”.

Şeyx Tusi, Əmali, c.2, səh.19.
İmam Sadiq (ə) dinsiz bir şəxsin «Allah yaratdıqlarına ehtiyacı olmaya-olmaya, onları yaratmağa məcbur olmadığı, bizi oyuncaq etmək Ona yaraşmadığı halda məxluqatı nə üçün yaratdı?» sualının cavabında buyurmuşdur:«O, məxluqatı öz hikmətini göstərmək, öz elmini yerinə yetirmək və öz tədbirini (həyata) keçirmək üçün yaratdı.»

Biharul-Ənvar, c.10, səh.167, hədis 2
İmam Səccad (ə) namaz qılarkən küləyin təsiri nəticəsində yalnız yarpaqları əsən ağac budağı kimi hərəkətsiz dayanardı.


Məhəmmədhadi Milani, Qadətuna kəyfə nərifuhum, c.6, səh.164; bax: adıçəkilən mənbə, “İmam Zeynəlabidinin (ə) ibadəti” fəsli, səh.163-172.
İmam Baqir (ə) və İmam Sadiq (ə) isə namaza dayanarkən bəzən üzləri qızarar, bəzən də saralardı, sanki qarşılarında gördükləri bir həmsöhbətlə pıçıldaşırdılar.


Ayətullah əl-uzma Sistani, Minhac əs-salihin, c.1, səh.193.
Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s) belə buyurur: “Allah (c.c.) şərabı dilimə belə toxundurmağı mənə haram etdikdən sonra kim şərab içərsə, qapınıza elçiliyə gəldikdə ona qız verməyiniz, onun üçün hər hansı bir işdə vasitəçilik və himayədarlıq etməyiniz, sözlərini təsdiq etməyiniz və əmanətdarlığına inanaraq ona etibar etməyiniz doğru deyil”

📚Furu əl-Kafi, c.6, səh.396.
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin

Təhrim, ayə 8
Qayıdışınız (əvvəlcə Bərzəxə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir.


Hud 4
Peyğəmbəri-Əkrəm (s) buyurub:

Övladını vurma, ondan küs, amma bunu çox davam etdirmə.

Uddətud dai, səh-79
Peyğəmbəri-Əkrəm (s) buyurub:

"Günahlardan uzaq olun: çünki onlar yaxşılıqları məhf edir, həqiqətən, bəndə günah edir və onun səbəbilə öyrəndiyi elmi əldən verir"

Biharul-ənvar , cild 73, səh 377, hədis 14
Peyğəmbəri-Əkrəm (s) buyurub:

Məzlumun duasından həzər edin, çəkinin, hətta kafirdə olsa. Çünki bu duanın qəbul olunmasıqarşısında heç bir hicab və pərdə yoxdur

Nəhcul-fəsahə, hədis 48
«Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən ticarət istisna olmaqla bir-birinizin mallarını haqsız yerə yeməyin və bir-birinizi öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir.»

Nisa, ayə 29
Allahın Peyğəmbəri (s):

«Bəlaya düçar olmuş insanları görən zaman Allaha şükr edin, amma elə yox ki onlar eşitsinlər.Çünki (əgər eşitsələr) narahat olarlar.»

Biharul-Ənvar, c.71, səh.34, hədis 18