Tedroid
1.9K subscribers
4.69K photos
51 videos
1 file
5.57K links
Tech, Startups, Science, Movies & more

Instagram: https://www.instagram.com/tedroidcom/

©️ ″TMEDIA GROUP COMPANIES″ MMC
VÖEN: 1506753381 - əlaqə: tariyel@tedroid.com
Download Telegram
📌 Epic Games rəsmi olaraq ölkəmizdə ƏDV məqsədləri üçün vergi qeydiyyatından keçdi.

📌 İsveçrədə yerləşən "Epic Games Commerce GmbH" subyekti vasitəsilə atılan bu addım sayəsində Apple və Sony-dən sonra Azərbaycanın vergi sisteminə daxil olan üçüncü böyük oyun nəhəngi məhz Epic Games oldu.

📊 Dövlət Vergi Xidmətinin rəsmi məlumatına əsasən, bu proses çərçivəsində populyar şahmat platforması Chess.com və hostinq provayderi Contabo da yerli uçota alınan yeni xarici şirkətlər sırasına qoşulub.

💳 Yeni tənzimləmə ilə birlikdə %18-lik ƏDV məbləği məhsulların qiymətinə birbaşa daxil edildiyi üçün mağazada gördüyünüz rəqəm rəsmən sizin son ödəniş məbləğinizə çevrilir.

🏦 Bununla da oyunsevərlərin yerli bank kartları vasitəsilə alış-veriş edərkən qarşılaşdıqları əlavə %18-lik vergi tutulması prosesinə birdəfəlik son qoyulur.

🚀 İndi isə Azərbaycan geymer icmasının əsas diqqəti Valve Corporation tərəfinə yönəlib və hər kəs analoji addımın Steam platformasında da reallaşmasını böyük maraqla gözləyir.

#tedroidcom
❤‍🔥2
🌊 Google-un hələ çıxmamış Pixel Watch 5 saatı dənizdə üzən şəxs tərəfindən tapılıb!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/meqale/google-pixel-watch-5-denizde-tapildi.html
🤔3
🍏 Apple-ın qatlanan iPhone modelinin 2 rəngdə gələcəyi deyilir!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/iphone-ultra-ilk-qatlanan-smartfon-rengler.html
👍1
🤖 Nvidia açıq mənbəli humanoid robot platforması təqdim edir!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/biznes/nvidia-aciq-menbeli-humanoid-robot-platformasi.html
1🔥1
🇦🇿 🚀 “OpenAI” ilə böyük əməkdaşlıq başladı!
2
📌 Azərbaycan Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qlobal texnologiya nəhəngi “OpenAI” ilə regionda ilk süni intellekt əsaslı adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır.

🤝 Tərəflər arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində ərsəyə gələcək bu innovativ sistem “Rəqəmsal məktəb” layihəsi çərçivəsində 500 mindən çox şagirdi əhatə edəcək.

📚 Milli təhsil proqramına inteqrasiya olunacaq bu platforma, şagirdlərin fərdi bilik və bacarıqlarını diaqnostika edərək onlara özəl fərdiləşdirilmiş tapşırıqlar təqdim edəcək.

📊 Süni intellekt əsaslı bu alət təkcə şagirdlərə deyil, həm də müəllim və məktəb rəhbərliyinə real vaxt rejimində təhsil fəaliyyətinin göstəricilərini izləmək imkanı yaradacaq.

🛡️ İlkin mərhələdə pilot layihə kimi tətbiq olunacaq sistem tamamilə müəllim nəzarəti, milli kurikuluma uyğunluq və şəxsi məlumatların qorunması prinsipləri əsasında fəaliyyət göstərəcək.

📈 Bu tarixi əməkdaşlıq ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planının prioritetləri ilə tam uzlaşır.

💡 Layihə çərçivəsində həmçinin “OpenAI” ilə birgə hakatonlar və "build days" tədbirləri təşkil edilərək Azərbaycanın regional süni intellekt mərkəzinə çevrilməsi hədəflənir.

#tedroidcom
👍1
🔭 Vivo X500 Ultra ilə 10x optik zoom dövrü başlayır!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/vivo-x500-ultra-50mp-sensor.html
🛡 Yaponiya süni intellekti kiberqalxan kimi istifadə edəcək!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/elm-sosial/yaponiya-suni-intellekt-kiberqalxan-istifade.html
💸 🍖 Kolbasa setindən 4 milyon dollar qazandı!
📌 Uoll-strit tarixində cəmi 642 dollarlıq bir yemək hesabı, "JPMorgan Chase" bankına tam 4.25 milyon dollarlıq nəhəng bir təzminat davası olaraq geri dönüb.

🥪 Hadisə 2024-cü ilin "Super Bowl" həftəsonunda bankın sərvət meneceri Brent Bodnerin assistentinin müştərilərlə görüş üçün evə kolbasa sinisi sifariş etməsi və hesabatda səhvən restoran daxili xərc kimi qeyd olunması ilə başlayıb.

🕵️‍♂️ Şirkət rəhbərliyi isə daxili araşdırma başladaraq bunun rəsmi iş görüşməsi olmadığını, əksinə, ailə üçün təşkil edilən şəxsi bir ziyafət olduğunu iddia edərək 20 illik təcrübəli işçisini dərhal qovub.

⚖️ Bu qərarı sadəcə özündən can qurtarmaq üçün bir bəhanə hesab edən Bodner, məsələni FINRA arbitraj məhkəməsinə daşıyaraq iki il boyunca hüquqi mübarizə apardı.

🏆 Məhkəmə paneli yekun olaraq menecerin lehinə qərar çıxardı və bankın ona haqsız işdən çıxarılmaya görə milyonlarla dollar kompensasiya ödəməli olduğuna hökm etdi.

📄 Maliyyə cəzasından əlavə, rəsmi qurum Bodnerin reputasiyasını təmizləmək üçün sənədlərdəki "qovulma" statusunun "könüllü gediş" olaraq dəyişdirilməsini də tələb etdi.

📉 Hazırda "Wells Fargo" bankında karyerasına davam edən menecer qarşısında məğlub olan "JPMorgan" isə bu qərardan apellyasiya şikayəti verəcəyini və mübarizəni davam etdirəcəyini açıqlayıb.

#tedroidcom
🇦🇿 🛡️ Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır!
2
📌 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni publik hüquqi şəxs təsis olunub. Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət və koordinasiyanı həyata keçirəcək.

🌐 Quruma informasiya infrastrukturlarının qorunması, kibertəhdidlərin aşkarlanması və preventiv tədbirlərin görülməsi kimi vəzifələr həvalə edilib.

🖥️ Agentlik internet informasiya ehtiyatlarının monitorinqini aparacaq, yayılması qadağan edilən məlumatlarla bağlı tədbirlər görəcək və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərəcək.

💼 Eyni zamanda milli səviyyədə kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil edəcək və dövlət-özəl sektor arasında koordinasiyanı təmin edəcək.

💵 Qurum dövlət tərəfindən formalaşdırılan nizamnamə fondu ilə fəaliyyət göstərəcək və müəyyən hallarda sahibkarlıq fəaliyyəti də həyata keçirə biləcək.

👥 Agentliyin idarəetmə orqanı sədr və 3 müavindən ibarət İdarə Heyətidir və nazir tərəfindən təyin olunur.

📞 Agentlik vətəndaş müraciətlərinə baxacaq və qanunvericiliklə müəyyən edilən digər vəzifələri icra edəcək. Baş qərargah Bakı şəhərində yerləşəcək.

#tedroidcom
2👍1
2026 Dünya Kubokunun topu oyunlardan əvvəl şarj olunacaq!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/elm-sosial/2026-dunya-kuboku-topu-sarj-oyunlardan-evvel.html
🔥1
🔋 iPhone 18 Pro iki fərqli batareya həcmi ilə gələ bilər!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/cihazlar/iphone-18-pro-2-ferqli-batareya.html
🚀 Qualcomm “Dragonfly” adlı yeni çip brendini təqdim edib!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/biznes/qualcomm-dragonfly-yeni-cip-brendi.html
🚗 64 milyon nəqliyyat vasitəsi səbəbilə 2G və 3G şəbəkələrinin söndürülməsi təxirə salınıb!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/elm-sosial/2g-3g-64-milyon-avtomobil-tehluke-tam-baglanmir.html
🤔21
🔬 Alimlər görmə itkisini bərpa edə bilən mexanizm kəşf etdi!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/elm-sosial/alimler-gorme-itkisini-berpa-eden-mexanizm-kesf-edib.html
1
💻 🫢 Bu dövrdə işə proqramçı götürmək də ayrı dərddir!

📌 Texnologiya dünyasında süni intellekt dalğası və ixtisarlar davam edərkən, bir proqramçı yaşanan bu ciddi vəziyyətə olduqca zarafatyana bir yanaşma nümayiş etdirib.

📌 Hansı şirkətdə işlədiyi qeyd olunmayan mühəndis, işdən çıxarılacağı təqdirdə şirkətdə xaos yarada biləcək xüsusi bir "qovuldum" düyməsi hazırlayıb.

🔴 Sosial mediada viral olan bu qırmızı düymə, "zarafatla" da olsa, tək bir toxunuşla bütün şirkətin kod bazasını hər kəsə açıq etmək üçün kodlanıb.

🔐 Layihənin satirik ssenarisinə əsasən, düymə eyni zamanda məxfi şifrələri "GitHub"a yükləyir, məlumat bazalarını silir və vəkilinə avtomatik bildiriş göndərir.

🤫 Cihazın üzərində yalnız bu radikal düymə deyil, həmçinin korporativ bəhanələri ifşa edən "onları manipulyasiya et" və "korporativ yalanları ifşa et" bölmələri də yer alır.

#tedroidcom
🤣7
🔋 CATL-dan inqilabi batareya: 1600 km məsafə və benzinlə rəqabət!

⚡️ Daha ətraflı, saytımızda:

http://tedroid.com/elm-sosial/catl-batareya-benzinle-reqabet-edecek-1600-km.html
1
🚀 ABŞ ən son AI modellərinə erkən çıxış əldə edəcək!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/suni-intellekt/abs-en-son-ai-modelleri-erken-cixis.html
👍2
📱 Xiaomi 18 haqqında yeni detallar ortaya çıxıb!

⚡️ Daha ətraflı, saytımızda:

https://tedroid.com/texnologiya/cihazlar/xiaomi-18-yeni-detallar-ortaya-cixib.html