👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
İstifadə etdiyiniz və ya öyrəndiyiniz proqramlaşdırma dili aşağıdakılardan hansıdır?
Anonymous Poll
9%
Php
39%
Python
29%
Java
19%
C#
20%
C C++
19%
Javascript
4%
Digər (Rəy bölməsində qeyd edərsiniz :) )
#faydalıpaylaşım #java

📚 Java Proqramlaşdırma dilini öyrənmək üçün pulsuz mənbələr

1) Java Dərsləri Yeni Başlayanlar üçün
https://www.youtube.com/playlist?list=PL3EZPs-0q9J3prcncx7OAUrKOodrk2V9U

2) Yeni başlayanlar üçün Java Proqramlaşdırma dərsləri
https://www.youtube.com/playlist?list=PLKLWpjPq8Lfg790IZIdq8RTpUGVIq2v7H

3) Developer Roadmaps
https://roadmap.sh/

4) Java Dersleri ve Nesne Yönelimli Programlama
https://www.youtube.com/playlist?list=PLEcJSEQK_cD5KHgg9sXumeg659hAr2j4W

5) Java Programlama
https://www.youtube.com/playlist?list=PLIHume2cwmHctrHFHADb0slNyn95x2M4I

6) freeCodeCamp
https://www.youtube.com/c/Freecodecamp/

©️Java Developers Azerbaijan | @CoderrTv
WhatsApp + işlədirsiz?
#Coderİnfo #mern

📍MERN Stack nədir?

MERN: MongoDB, Express, React, Nodejs sözlərin baş hərflərindən yaranan bir addır. Bir proqramı başdan sona qədər javascript ilə inkişaf etdirmək üçün kifayət qədər yaxşı bir texnologiya toplusudur (yığınıdır).

Gəlin bir veb layihə təsəvvür edək.

Bizə lazım olacaq anlayışlar və texnologiyalar nələrdir?

1. DataBase (Verilənlər Bazası - Veritabanı)

2. FrontEnd

3. BackEnd

Verilənlər Bazası üçün MongoDB istifadə edə bilərik.

➤ Framework olaraq Express JS istifadə edə bilərik.

➤ FrontEnd üçün React JS istifadə edə bilərik.

➤ BackEnd üçün Node JS istifadə edə bilərik.

Bu texnologiyalardan istifadə edərək bir proqram yaradanlara MERN Stack Developer (inkişaf etdirici) deyilir.

©️Coder.Tv | @CoderrTv
C# Kodlar (1).pdf
1.2 MB
#CoderBook #csharp

📚 C# da Accsess Kullanarak Otomasyon Yapımı Ve Kodları

Dil: Türkcə 🇹🇷
Format: PDF

©️ Coder.Tv | @CoderrTv
📣 Udemy Kursunun Mega Arxivi Satılır

Adı: Spring ve React ile Web Uygulaması Geliştirmek
Gerçek bir web uygulaması pratiğiyle Spring Boot ve React JS öğrenin

🔗 Kurs linki: https://www.udemy.com/course/spring-ve-react-ile-web-uygulamas-gelistirmek/

Kurs Megaya yüklənib.Videolarla yanaşı içərisində olan bəzi sənədlər (html fayllar) da yüklənib. Hər şey var mega arxivdə.Ödəniş edildikdən sonra link göndəriləcək sizə mega hesabınıza arxivi import etdikdən sonra link silinəcək

Almaq istəyənlər @CoderArxivDev ilə əlaqə saxlasınlar. Arxiv Sadəcə 4 nəfərə satılacaq! Son 2 yer qaldı


Kursu alan userlər köhnə link 00.00 da ləğv ediləcək.Kursu öz hesabınıza import edin vəya kompüterinizə yükləyin.
Hesabınıza import edilən zaman istədiyiniz vaxt megada baxa bilər vəya yükləyə bilərsiniz. Yəni linkdən asılı olmur
👨🏻‍💻 TechCode Azerbaijan pinned «📣 Udemy Kursunun Mega Arxivi Satılır Adı: Spring ve React ile Web Uygulaması Geliştirmek Gerçek bir web uygulaması pratiğiyle Spring Boot ve React JS öğrenin 🔗 Kurs linki: https://www.udemy.com/course/spring-ve-react-ile-web-uygulamas-gelistirmek/ Kurs…»
#Coderİnfo #javascript #typescript

📍TypeScript və Javascript proqramlaşdırma dilləri arasındakı fərq

JavaScript əsasən interaktiv veb səhifələrin yaradılması üçün istifadə olunan ən populyar proqramlaşdırma dillərindən biridir. Indeed.com saytında olan işlərə əsasən, JavaScript 2019-cu ilin ən çox tələb olunan üçüncü dilidir. Sürətlidir və istifadədən əvvəl tərtib edilməsinə ehtiyac yoxdur.
Proqramlaşdırma və ya proqram təminatı ilə məşğul olursunuzsa, JavaScript haqqında mütləq bilirsiniz.
Ancaq gözləyin! Bəs TypeScript haqqında bilirsinizmi? Hələ də TypeScript haqqında heç bir fikri olmayan bir çox insan var. Bu gün bu dillərin hər ikisinə nəzər salacağıq və JavaScript və TypeScript arasındakı fərqi anlayacağıq.


©️Coder.Tv | @CoderrTv
JavaScript Nədir?

JavaScript əsasən, əvvəllər istifadəçi tərəfli qaydalara əməl edən bir skript dilidir. Ancaq indi (Node.js-in tətbiqindən sonra) hətta server tərəfli proqramlaşdırma üçün də istifadə edilə bilər. JavaScript həm veb brauzerdə, həm də veb serverdə işləyir. JavaScript kodumuzu brauzerlə qarşılıqlı əlaqələndirməyə imkan verir və hətta HTML və CSS-i dəyişdirə və yeniləyə bilər. JavaScript-i REST APIs, XML və s. ilə istifadə edə bilməyinizə baxmayaraq, JavaScript tətbiqlər, proqramlar və ya böyük kompleks sistemləri inkişaf etdirmək üçün hazırlanmışdır.
JavaScript inkişaf etdikcə onun kodu Obyekt yönümlü proqramlaşdırmanın tələblərini belə yerinə yetirə bilməyəcək qədər ağır və mürəkkəb oldu.


JavaScript-in avantajları

JavaScript Microsoft və Mozilla kimi əfsanələr tərəfindən dəstəklənən açıq mənbəli, çevik və güclü bir dildir

O həm  müştəri(user), həm də server tərəfi üçün istifadə edilə bilər

O sinifləri, interfeysləri və modulları dəstəkləyir

O xüsusi olaraq kiçik scriptlər üçün hazırlanmışdır

O cross-platform (çarpaz platforma) dilidir.

O güclü Testing Workflow (Test İş axını) və asılılıq dəstəyi təmin edir.

©️Coder.Tv | @CoderrTv
TypeScript Nədir?


Typcript, Javascript dilinin bir növ təkmilləşdirilmiş versiyasıdır. Node.js mühitində və ya ECMAScript 3-ü dəstəkləyən hər hansı bir veb brauzerdə işləyə bilər. TypeScript, ixtiyari bir statik yazı, siniflər və interfeys təmin edən statistik olaraq tərtib edilmiş bir dildir. Sadə və təmiz JavaScript kodu yazmağa imkan verir. Beləliklə, TypeScript-i mənimsəmək daha asan yayıla bilən və daha möhkəm bir proqram qurmağa kömək edə bilər.


TypeScript-in avantajları

TypeScript asan kod naviqasiyası, səhvlərin qarşısının alınması və kodun davamlılığını təmin edir. Statik Tipi və ya Statik Yazını dəstəkləyir

O həmçinin interfeyslər, alt interfeyslər, siniflər, alt siniflər və ECMAScript 6-nı dəstəkləyir

Şəxsi üzvlərin və interfeyslərin dəstəyi ilə obyekt yönümlü proqramlaşdırma imkanları ilə birgə gəlir

Zəngin IDE-lər mövcuddur
TypeScript və JavaScript arasındakı fərq

JavaScript-i öyrənmək asandır, halbuki TypeScript-in sərt öyrənmə sistemi var və əvvəldən script bilikləri (kodlama bilikləri) tələb olunur.

TypeScript tərtib zamanı növün düzgünlüyünü yoxlamağa imkan verən Statik Yazıları dəstəkləyir, ancaq JavaScript onu dəstəkləmir.

TypeScript Code-u tərtib etmək(compile) lazımdır, lakin JavaScript-i tərtib etməyə ehtiyac yoxdur.

JavaScript geniş inkişaf etdirici icmasına malikdir, lakin TypeScript yox.

Airbnb, Codecademy və Instagram, JavaScript-dən istifadə edən az sayda  şirkətlərdəndir, halbuki TypeScript-in Asana, Clever, Screen award, və s. də istifadə olunur.
📚 Kanalımızda indiyə kimi bu mövzuda paylaşılan postlar:

📍Proqramlaşdırma dillərini öyrənə biləcəyiniz saytlar - https://t.me/coderrtv/940

📍 JavaScript Proqramlaşdırma dili kitabı - https://t.me/coderrtv/900

📍JavaScript Öyrənə biləcəyiniz Yerli/Türk Youtube Kanalları - https://t.me/coderrtv/776

📍Komple JavaScript ES6+ Node.js, Express, Angular, MongoDB (Engin Demiroğ) - https://t.me/coderrtv/655

📍Java Yoxsa JavaScript - https://t.me/coderrtv/594

📍Web Developerler ucun 205 dersli JavaScript kursu - https://t.me/coderrtv/513

📍Sıfırdan Modern JavaScript Kursu - ES6+ (2020) - https://t.me/coderrtv/501

TypeScriptlə bağlı paylaşımlarımızda olacaq növbəti postlarda. İzləmədə Qalın :)

©️Coder.Tv | @CoderrTv
Ümid edirəmki, faydalı məlumatlar əldə etdiniz. Əgər yeni başlayan birisinizsə bunlar sizə qarışıq görsənə bilər. Ancaq narahat olmayın, JavaScript ilə başlayın, əvvəlcə əsasları öyrənin, bəzi kodları tətbiq edin və özünüzə inandığınız zaman TypeScript-i öyrənməyə başlaya bilərsiniz. TypeScript-i bilmək həmdə sizə JavaScript-i bilən insanlar arasında önə çıxmağa imkan yaradacaqdır.

Əgər Kanaldakı paylaşımlarımızı faydalı hesab edirsinizsə kanalımızı öz dostlarınızla paylaşaraq dahada inkişaf etməyimizə kömək ola bilərsiniz. Diqqətinizə və bizi izlədiyinizə görə təşəkkür edirəm :)

©️Coder.Tv | @CoderrTv
📚 @CoderArxiv_Bot'a 2 yeni kurs əlavə olundu.

📍(114+ saat) Learn complete Python in simple way (30💎)

📍 MOBİLE HACKING SECRET (30💎)

Ətraflı məlumat @TgBotCoder'ə əlavə olundu.

©️Coder.Tv
#Coderİnfo

🔥 11 Fərqli proqramlaşdırma dilində ekrana (consola) yazı yazdırmaq (çap etmək)

📍PHP:
echo"Coder.Tv";

📍RUST:

fn main() {
println("Coder.Tv");
}


📍TypeScript:

(function main() {
console.log('Coder.Tv');

}());


📍Kotlin:

fun main(args: Array<String>) { println("Coder.Tv")
}


📍Scala:

object Main extends App {
println("Coder.Tv")
}

📍C#:

class CoderTv {
static void Main() {
System.Console.WriteLine("Coder.Tv");
}
}


📍Bash:

echo 'Coder.Tv'

📍GO:

func main() {
fmt.Printf("Coder.Tv")
}


📍Java:

public class main {
public static void main(String[] args){
System.out.print("Coder.Tv");
}
}


📍Python:
print("Coder.Tv")

📍C:

#include<stdio.h>
int main(void) {
puts("
Coder.Tv");
return 0;
}


Başqa hansı dillərdə konsola yazı yazdıra bilərsiniz?



©️Coder.Tv | @CoderrTv
Python ilə maraqlanan hər bir kəsə gözəl xəbərim var. Yerli developerlərimiz TAM PULSUZ bir BootCamp təşkil edirlər öz youtube kanallarında. Onlar 0-dan başlayaraq bütün qəliz mövzulara qədər Python dərsləri keçməyi planlayırlar.

Python öyrənib işə düzəlmək istəyənlər buyurub onların kanallarına üzv ola bilərlər.

👉 Link: https://www.youtube.com/channel/UCKCF8HVge5F5vqg4J_jwncw 👈

Qeyd: Bu post reklam motivində yazılmır və tam pulsuz şəkildə dəstək məqsədi ilə paylaşılır. Nəzərə alsaq ki, qrupda Pythona maraq göstərənlər olur, düşünürəm ki, bu hamıya faydalı olacaqdır.
#Coderİnfo #kotlin

📍 Kotlin Nədir? Xüsusiyyətləri?

Kotlin..  Mobil proqramlaşdırma ilə məşğul olanların hətta proqramlaşdırma ilə məşğul olanların bu aralar tez-tez eşitdiyi dillərdən biridir.2019-cu ildə Google Kotlinin Android  tətbiqlərin hazırlanmasında proqramçılar üçün məsləhət gördüyü dillərdən biri olduğunu bildirdi.
Əslində bu çox da gözlənmədik bir xəbər deyildi.  Google ondan iki il əvvəldə Kotlinə dəstək verdiyini bildirmişdi.

©️Coder.Tv | @CoderrTv
📍Kotlin Nədir?

Kotlin 2011-ci ildə ilk olaraq JetBrains tərəfindən təqdim olunan mobil proqramlaşdırma üçün istifadə edilən bir dildir.  Kotlin əsəs olaraq Android platformasına fokuslanmasına baxmayaraq IOS-da daxil olmaqla bir çox platformanı özündə birləşdirməyi hədəfləmişdi. Ancaq ilk 5-6 il çox da tələb görməmişdi. 
2017-də Google öz dəstəyini bildirdikdən sonra istifadəsi artı.

©️Coder.Tv | @CoderrTv