👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
🚀 Ödənişli udemy kurslar üçün endirim kuponları

📚 Python PyGame | Game Development with Coding Exercises
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

@TechCodeAz | TechCode.Az
👍1
📘 Yeni Udemy kursları:

📚 Flutter Masterclass - Your Complete Guide to App Development
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

📚 Mastering C# Learn Building Games, Application, Softwares
🌐 English
💰 Qiymət: $164 → Free
🔗 Endirimli link

📚 Python Web Developer Masterclass - Build 6 Website
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

📚 Web Design Course for Beginners to Intermediate
🌐 English
💰 Qiymət: $44 → Free
🔗 Endirimli link

📚 2025 C Programming Bootcamp - The Complete C Language Course
🌐 English
💰 Qiymət: $44 → Free
🔗 Endirimli link

📚 Python, Java and PHP Essentials: Complete Coding Bootcamp
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

📚 PHP Master Class - The Complete PHP Developer Course
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

📚 Mastering MYSQL: Database Creation, Management & SQL Queries
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

📚 Secure Your Wordpress Website For Beginners
🌐 English
💰 Qiymət: $44 → Free
🔗 Endirimli link

📚 Selenium PYTHON : (Basic + Advance + Framework)
🌐 English
💰 Qiymət: $64 → Free
🔗 Endirimli link

@TechCodeAz | TechCode.Az
👍1
#html #frontend #meta

#Meta tag nədir?

HTML-dəki meta teqləri (yəni <meta> teqləri) səhifə haqqında brauzerə və axtarış sistemlərinə əlavə məlumatlar təqdim etmək üçün istifadə olunur. Bu teqlər <head> hissəsində yerləşir və birbaşa istifadəçiyə görünmür, amma SEO, sosial paylaşım və brauzer davranışları üçün çox vacibdir.

Gəlin, attribute-larına baxaq:

🧠 1. charset — Simvol kodlaşdırması: saytın hansı simvol kodlaşdırmasından istifadə etdiyini bildirir. Nümunə olaraq:
<meta charset="UTF-8">

🔹 Ən geniş istifadə olunan kodlaşdırma UTF-8-dir. Azərbaycan dili simvolları da daxil olmaqla, əksər dilləri dəstəkləyir.

🔍 2. name="description" — Sayt təsviri (SEO üçün) : axtarış sistemlərinə səhifənin qısa təsvirini verir. Nümunə olaraq:
<meta name="description" content="Azərbaycan haqqında maraqlı faktlar və məlumatlar.">

🔹 Google bu təsviri axtarış nəticələrində göstərə bilər. 150-160 simvol tövsiyə olunur.

📱 3. name="viewport" — Mobil uyğunluq: Mobil cihazlarda səhifənin düzgün görünməsi üçün bu teq vacibdir. Nümunə olaraq:
<meta name="viewport" content="width=device-width, initial-scale=1.0">

🔹 Saytın mobil cavabdeh (responsive) olmasına kömək edir.

🗣 4. name="keywords" — Açar sözlər (az təsirli, amma bəzi sistemlərdə hələ də istifadə olunur). Nümunə olaraq:
<meta name="keywords" content="Azərbaycan, tarix, mədəniyyət, turizm">

🔹 SEO üçün əvvəllər vacib idi, indi Google bu teqi nəzərə almır, amma bəzi axtarış sistemləri hələ istifadə edir.

🧾 5. name="author" — Müəllif adı. Nümunə olaraq:
<meta name="author" content="Murad Qurbanzadə">

🔹 Səhifənin müəllifini göstərir.

💻 6. http-equiv="refresh" — Avtomatik yönləndirmə. Nümunə olaraq:
<meta http-equiv="refresh" content="5; url=https://example.com">

🔹 Səhifə 5 saniyədən sonra example.com-a yönləndiriləcək. (Amma bu çox tövsiyə olunmur, çünki istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.)

📷 7. Open Graph (Facebook, LinkedIn, WhatsApp paylaşımı üçün). Nümunə olaraq:
<meta property="og:title" content="Azərbaycanın Gözəllikləri">
<meta property="og:description" content="Azərbaycanın təbiəti, mədəniyyəti və tarixi haqqında geniş məlumat.">
<meta property="og:image" content="https://example.com/azerbaycan.jpg">
<meta property="og:url" content="https://example.com/az">

🔹 Sosial şəbəkələrdə link paylaşarkən necə göründüyünü bu teqlər müəyyən edir.

🐦 8. Twitter Card (Twitter paylaşımı üçün). Nümunə olaraq:
<meta name="twitter:card" content="summary_large_image">
<meta name="twitter:title" content="Azərbaycan Turizmi">
<meta name="twitter:description" content="Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat.">
<meta name="twitter:image" content="https://example.com/image.jpg">

🔹 Sosial şəbəkələrdə link paylaşarkən necə göründüyünü bu teqlər müəyyən edir.

Ümumən baxdıqda isə:
<head>
<meta charset="UTF-8">
<meta name="viewport" content="width=device-width, initial-scale=1.0">
<meta name="description" content="Azərbaycan haqqında faydalı və maraqlı məlumatlar.">
<meta name="keywords" content="Azərbaycan, mədəniyyət, turizm, tarix">
<meta name="author" content="Murad Qurbanzadə">
<meta property="og:title" content="Azərbaycan Gözəllikləri">
<meta property="og:description" content="Azərbaycanın təbiəti və mədəniyyəti haqqında məlumat.">
<meta property="og:image" content="https://example.com/image.jpg">
<meta property="og:url" content="https://example.com/az">
</head>


@TechCodeAz | TechCode.Az
👍2🔥1
👨‍💻 Backend Developer Təcrübəçi (Ofisdaxili)
📍 Şirkət: eiGroup LLC
🕒 Müddət: 3 aylıq ödənişli təcrübə proqramı
📅 İş günləri: B.e – Cümə
Nahar şirkət tərəfindən təmin olunur
👨‍🏫 Supervisor (nəzarətçi) təyin olunacaq
🚀 Təcrübədən sonra tam iş imkanı mövcuddur!


Öhdəlikləriniz:

•Django backend inkişafında dəstək
•Təmiz və sənədləşdirilmiş Python kodu yazmaq
•Frontend, QA və məhsul komandası ilə əməkdaşlıq
•Komanda görüşlərində iştirak
•Testlər, xətaların aradan qaldırılması və kiçik funksiyaların hazırlanması

🎯 Tələblər:
🎓 Kompüter elmləri , proqram mühəndisliyi və ya oxşar ixtisas üzrə təhsil
Python əsasları (OOP, funksiyalar, məlumat strukturları)
🌐 Django / DRF bilikləri (model, view, URL-lər)
🗄 Verilənlər bazası bilikləri (PostgreSQL üstünlükdür)
İngilis diliyi biliyi mütləqdir

📩 Son müraciət tarixi: 01.06.2025
📧 CV-ləri göndərmək üçün ⬇️: career_center@asoiu.edu.az


@TechCodeAz | TechCode.Az
👍2
#frontend #css

🔷 CSS nədir?

CSS – Cascading Style Sheets ifadəsinin qısaltmasıdır, Azərbaycan dilində bu "Silsiləvi Üslub Cədvəli" deməkdir.
CSS, HTML elementlərinin necə görünəcəyini (rəngi, ölçüsü, yerləşməsi, arxa fonu və s.) təyin etmək üçün istifadə olunur.

CSS 3 yolla yazılır. Gəlin CSS-in 3 əsas tətbiq üsulunu nümunələrlə izah edək və sonda hansının daha çox üstünlük təşkil etdiyini və səbəbini açıqlayaq.

🔹 1. Inline CSS (Daxili səviyyədə yazılan CSS) : Inline CSS birbaşa HTML elementinin style atributu ilə yazılır. Bu üsul çox lokal dəyişikliklər üçün istifadə olunur.
<p style="color: red; font-size: 20px;">Bu mətn qırmızıdır və 20px-dir.</p>

Üstünlükləri:
- Sürətli düzəlişlər üçün uyğundur
- JavaScript ilə asanlıqla dəyişdirilə bilər

Mənfi cəhətləri:
- Təmiz kod prinsiplərinə ziddir
- Təkrarçılığa səbəb olur, reusable deyil
- İdarə olunması çətindir (böyük layihələrdə)

🔹 2. Internal CSS (Daxili <style> tag-i ilə yazılan CSS): Bu üsulda CSS qaydaları <head> daxilindəki <style> tag-ında yazılır.
<!DOCTYPE html>
<html>
<head>
<style>
p {
color: blue;
font-weight: bold;
}
</style>
</head>
<body>
<p>Bu mətn göydür və qalındır.</p>
</body>
</html>

Üstünlükləri:
- Tək səhifəlik layihələr üçün uyğundur
- Sürətli testlərdə rahatdır

Mənfi cəhətləri:
- Kodun təkrar istifadəsi çətindir
- Böyük layihələrdə idarəolunmaz hala gəlir
- HTML faylı çox böyük olur

🔹 3. External CSS (Xarici .css faylı ilə): Bu üsulda bütün CSS qaydaları ayrı bir .css faylında saxlanılır və HTML faylına <link> vasitəsilə əlavə olunur.

HTML:
<!DOCTYPE html>
<html>
<head>
<link rel="stylesheet" href="style.css">
</head>
<body>
<p class="green-text">Bu mətn yaşıl olacaq.</p>
</body>
</html>


CSS:
.green-text {
color: green;
font-size: 18px;
}


Üstünlükləri:

- Kodun təkrar istifadəsi asandır
- Fərqli səhifələr eyni .css faylını istifadə edə bilər
- Layihəni modulyar və təmiz saxlayır
- Brauzer bu faylı cache-ləyir, performans artır

Mənfi cəhətləri:

- Fayl çoxdursa səhifənin ilk yüklənməsi biraz gecikə bilər

Sizcə hansı daha çox SEO və performans baxımından daha sərfəlidir? Səbəbini də istəsəz bizimlə bölüşə bilərsiz.
1. İnline
2. External
3. İnternal

@TechCodeAz | TechCode.Az
👍2
Sizcə hansı daha çox SEO və performans baxımından daha sərfəlidir?
Anonymous Poll
6%
Inline
17%
Internal
78%
External
#frontend #html #javascript

<script /> nədir?

HTML-də JavaScript kodunu işlətmək üçün <script> tagından istifadə olunur.

Bu tag brauzerə deyir ki, "buradan sonra JavaScript kodu gəlir və onu icra et.”:

<script>
alert("Salam, dünya!");
</script>


JavaScript-in HTML-ə 3 cür bağlanma üsulu:

1. Daxili script (Internal JavaScript) - JavaScript kodları birbaşa HTML faylının içində, <script> tagı vasitəsilə yazılır:

<!DOCTYPE html>
<html>
<head>
<title>Daxili Script</title>
</head>
<body>
<h1>Salam!</h1>
<script>
alert("Bu daxili scriptdir.");
</script>
</body>
</html>


Üstünlükləri:

- Kiçik layihələr üçün rahatdır.
- Fayl sayı az olur.

Dezavantajları:

- Kodlar HTML ilə qarışır.
- Təmizlik və təkrar istifadəyə uyğun deyil.

2. Xarici script (External JavaScript) - Kodlar ayrıca .js faylına yazılır və HTML faylında çağırılır:

<!DOCTYPE html>
<html>
<head>
<title>Xarici Script</title>
<script src="main.js"></script>
</head>
<body>
<h1>Xarici fayl nümunəsi</h1>
</body>
</html>


main.js:
alert("Bu, xarici scriptdir.");


Üstünlükləri:

- Kod daha səliqəli və təşkilatlanmış olur.
- Eyni faylı bir neçə HTML faylında istifadə etmək mümkündür.
- Kodun saxlanması və inkişafı asanlaşır.

Dezavantajları:

- Əlavə HTTP sorğusu (performansa təsir edə bilər).
- Əgər script faylı tapılmasa, səhv çıxar.

3. Inline script (Sətir içi JavaScript) - HTML elementinin içində birbaşa yazılır (məsələn, onclick atributu ilə).:

<button onclick="alert('Düyməyə basıldı!')">Beni bas</button>


Üstünlükləri:

- Sadə funksiyalar üçün tez və rahatdır.

Dezavantajları:

- Kodlar HTML ilə qarışır.
- Oxunması və idarə olunması çətindir.
- Təhlükəsizlik riski artar (XSS hücumları).

⭐️ Ən çox istifadə olunan hansıdır və niyə? -

Xarici script üsulu ən çox istifadə olunur.

Səbəbləri:

- Kodun təkrar istifadəsi mümkündür.
- Layihənin böyüməsinə uyğun səliqəli struktur təmin edir.
- HTML və JavaScript ayrı saxlandığı üçün baxımı və inkişafı asan olur.

@TechCodeAz | TechCode.Az
🔥2
Bəs siz öz proyektlərinizdə javascript-i hansı üsulla yazırsınız?
Anonymous Poll
10%
Inline Javascript
10%
Internal Javascript
80%
External Javascript
👍1
🧪 Yeni təcrübə proqramları:

🎓 Sənədlərlə İş üzrə Təcrübəçi
🏢 Birbank
📅 Başlama: 29 May 2025
📅 Bitmə: 28 İyun 2025
🔗 Elana keçid
Müraciət Et

🎓 Sığorta hadisələrinin tənzimlənməsi üzrə təcrübəçi
🏢 PASHA Insurance
📅 Başlama: 29 May 2025
📅 Bitmə: 28 İyun 2025
🔗 Elana keçid
Müraciət Et

🎓 Internship in Market research
🏢 Azercell
📅 Başlama: 27 May 2025
📅 Bitmə: 26 İyun 2025
🔗 Elana keçid
Müraciət Et

🎓 Komplayns şöbəsinə təcrübəçi
🏢 Azersun Holding
📅 Başlama: 25 May 2025
📅 Bitmə: 24 İyun 2025
🔗 Elana keçid

🎓 Data platformasında administrator təcrübəçi
🏢 PASHA Insurance
📅 Başlama: 25 May 2025
📅 Bitmə: 24 İyun 2025
🔗 Elana keçid

🎓 Debitorlar hesablaşmalarına nəzarət üzrə təcrübəçi
🏢 PASHA Insurance
📅 Başlama: 24 May 2025
📅 Bitmə: 23 İyun 2025
🔗 Elana keçid

🎓 Maliyyə və risklərin idarə olunması üzrə təcrübəçi
🏢 Azersun Holding
📅 Başlama: 22 May 2025
📅 Bitmə: 21 İyun 2025
🔗 Elana keçid

🎓 Komplayens üzrə təcrübəçi
🏢 PASHA Insurance
📅 Başlama: 21 May 2025
📅 Bitmə: 20 İyun 2025
🔗 Elana keçid

🎓 Aktuar departamentində data analitika üzrə təcrübəçi
🏢 PASHA Insurance
📅 Başlama: 21 May 2025
📅 Bitmə: 20 İyun 2025
🔗 Elana keçid

🎓 Biznesə texniki dəstək şöbəsində təcrübəçi
🏢 Birbank
📅 Başlama: 21 May 2025
📅 Bitmə: 20 İyun 2025
🔗 Elana keçid
Müraciət Et


@TechCodeAz | TechCode.Az
👍1
📤 Sonuncu əlavə edilmiş vakansiyalar:

💼 System Developer/ EVAM
🏢 Kapital Bank
📅 17 aprel 2025
🔗 Elana keçid

💼 Rəqəmsal dələduzluq əməliyyatlarının təhqiqatı və idarəedilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
🏢 ABB
📅 29 aprel 2025
🔗 Elana keçid

💼 QA Manual Trainee
🏢 Andersen LLC
📅 14 may 2025
🔗 Elana keçid

💼 JavaScript Trainee
🏢 Andersen LLC
📅 14 may 2025
🔗 Elana keçid

💼 Layihə rəhbəri
🏢 Around Business Group
📅 01 may 2025
🔗 Elana keçid

💼 Rəqəmsal kiçik biznes sahəsinin QA üzrə mütəxəssisi
🏢 ABB
📅 01 may 2025
🔗 Elana keçid

💼 Linux Engineer
🏢 Kapital Bank
📅 01 may 2025
🔗 Elana keçid

💼 Bank sistemləri sahəsinə QA üzrə mütəxəssis
🏢 ABB
📅 02 may 2025
🔗 Elana keçid

💼 Satınalma üzrə mütəxəssis
🏢 Real Beauty
📅 04 may 2025
🔗 Elana keçid

💼 Internship in Enterprise Risk Management
🏢 Kapital Bank
📅 07 may 2025
🔗 Elana keçid


@TechCodeAz | TechCode.Az
👍1