👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Etməli olduğun şey sadədir;

Hər kəsin təslim olacağı nöqtədə sən necə olursa olsun, davam etməlisən. Yaxşı, bəs bu nə deməkdir?

Ən böyük gerçək - diqqətindir.
Bunu oxuyan sən, mən. Hər birimiz. Diqqətini hara versən, həyatın ora axar. Bu hansısa “motivasyon konuşması” falan deyil. İçimdən gəldi sadəcə, və sizi aydınlatmaq istədim. Mənim bu gün burada əlimdən gələn budur və bunu ən yaxşı , hər tərəfli etməyə çalışıram. Çox uzatmıyım, siz anladız demək istəyimi . Hər biriniz üçün duaçıyam🙏🏻🤍

@TechCodeAz | @mamadzada91
25👏1
Let y = [ 1,2,3 ]
Console.log(y.length);
y[10] = 10; console.log(y.length); Cavabı tapın:
Anonymous Poll
64%
A) 3,11
13%
B) 11,3
17%
C) 3,3
7%
D) 11,11
Axtaranların nəzərinə!

@TechCodeAz | Linkedin
👍10
Full-stack uygulamalarınızı ÜCRETSİZ hostlayın:

Front-end:
→Netlify
→Render
→Github
→Google Firebase
→Surge

Back-end:
→Fly. io
→Vercel
→Netlify Functions
→Google Cloud Functions
→Cloudflare Workers
→Cyclic .sh
→Deta .sh
→Railway

Database:
→Mongo Atlas
→PlanetScale
→Firebase
→FaunaDB
→DynamoDB (AWS)

@TechCodeAz | Linkedin
👍4
8
💡 Python Müsahibə Sualı

Dictionary nədir?
Dictionary pythondakı built-in data növlərindən biridir. Key-value (açar söz- dəyər) formasında fiqurlu mötərizələr daxilində yazılır.  Şəkildə verilmiş nümunənin nəticəsi:  id: 1

Dictionarylər mutable , yəni, dəyişiləbiləndir. Dictionarydəki dəyərlər istənilən obyekt tipi ola bilər. Açar sözlər isə immutable, yəni, dəyişə bilməyəndir. Bu o deməkdir ki, keylər integer, string, tuple ola bilər, amma list ola bilməz. 

@TechCodeAz | #python
👍7
👉 JavaScript’də innerHTML istifadə etməyin dezavantajları nələrdir ?

@TechCodeAz | #javascript
👍2👏1
👉 JavaScript’də ‘use strict’ nədir ve necə aktivləşdirilir?

@TechCodeAz | #javascript
👍2
Axşamınız xeyir. İlgilənənlərdən xahişim var. Sabah üçün mənə tüyo verərsiz. Paylaşımlar nə haqqında olsun( fərqlilik istiyirəm )
👍2
Ajax nədir?
Asynchronous JavaScript and XML (Bizim dildə: Asinxron JavaScript və XML) mənasını verən Ajax, bir çox proqramlaşdırma dili ilə uyğun işləyən bir texnologiyadır. Çox vaxt yazıldığı kimi ajaks olaraq oxunur.
Bəs Ajax nədir? Məqsəd; İstifadəçinin bütün səhifəni yenidən yükləməsinə ehtiyac olmadan dinamik olaraq yalnız lazımi məlumatları ekrana çıxarmaq və ya məlumatları serverə göndərməkdir. Məsələn, əlaqə formu doldurulduqda, sadəcə məlumat göndərməklə nəticəni həmin hissədə çap etmək üçün istifadə edilə bilər.
Biraz daha sadələşdirilmiş dildə desək, yeni bir HTTP sorğusu(request) (POST və ya GET) göndərir və yeni səhifəni brauzerə yükləyir. Ajax-da məlumatlar səhifəyə təsir etmədən arxa planda serverə (POST və ya GET) göndərilir və cavab(response) daha sonra səhifəni yeniləmdən arxa planda javascript vasitəsilə qəbul edilir. Nəticədə, AJAX istifadə edən hər hansı bir veb tətbiqi bütün səhifəni yeniləməyə ehtiyac olmadan məlumat göndərə və qəbul edə bilər.
👍5
Ajax kodunun əsas quruluşu və istifadəsi

ajax kodunun başlanğıcı;
$.ajax({

Göndərmə növü GET və ya POST ola bilər.
type: "POST",


Məlumatların saxlanacağı səhifənin linki:
url : "save.php"


Göndəriləcək məlumatlar
data : ad


success parametri səhifədən qaytarılmış nəticəyə uyğun hərəkət etməyə imkan verir.
success : function (nəticə) {

if(nəticə=="uğurlu"){

alert ("Ad əlavə edildi");

}

else{

alert("Ad əlavə etmək alınmadı"); }}
});
👍4
Freelance işləyə biləcək "Full Stack Developer" axtarılır. Əsas vəzifə öhdəlikləri və tələblər aşağıdakılardır:

- Yeni layihələrin hazırlanması
- Mövcud layihələrin dəstəklənməsi ,əlavələrin və düzəlişlərin edilməsi 
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
- Web saytın və app-in inkişaf etdirilməsi
Namizədə tələblər:
- JavaScript proqramlaşdırma üzrə minimum 2 il iş təcrübəsi
- PostgreSQL, Redis, Typesense üzrə biliklər
- Linux, Nginx konfiqurasiyaları ilə təcrübə
- GIT ilə işləmək bacarığı
- React/React Native/Nextjs/NodeJs

İş qrafiki: Sərbəst (freelance)
Əmək haqqı: Razılaşma yolu ilə🤝

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “Full Stack Developer” qeyd edərək CV formasını "info@qarderob.az" elektron ünvanına göndərmələri xahiş olunur.

@TechCodeAz @ | Linkedin
👍3
JavaScript-də Promise nədir ?


Promise – söz, vəd(söz vermək) vermək deməkdir. Bəs proqramlaşdırmada?

Bizə hər hansı bir qiymət verməyi nəzərdə tutan bir obyektdir. Bu qiymət müsbət mənada da ola bilər, mənfi mənada da.

Yəni ilk olaraq bizə söz verildikdə bu gözləmə (pending) rejimində olur. Sonra isə bizə ya uğurlu (resolved) ya da uğursuz (rejected) olması haqqında bir qiymət qaytarır. Əgər uğurludursa ƏLA həyata davam et) Yox uğursuz nəticə almış olduğumuz halda isə, bir az məyus olaraq bu vəziyyəti idarə edə bilərik(error handling).
Bəs bu promise-i JavaScript`də niyə çox eşitməmişik? niyə istifadə eləmirik? suallarına cavab tapaq.
Promise EcmaScript 6 ilə javascript dünyasına giriş edib. Digər bir məsələ isə EcmaScript 5-də ən çox XMLHttpRequest API istifadə etməyimizdir (fikrimcə). XMLHttpRequest API promise API istifadə eləmir. Lakin promise istifadə edən bir neçə native API var

1. Battery API
2. Fetch API
3. ServiceWorkers

Promise gün keçdikcə məhşurlaşan bir temadı. Buna görə də front-end developerlərə bu temanı dərindən öyrənmələrini məsləhət görürəm. Bundan əlavə Node.js proqramlaşdırma dilinə promise teması üçün başqa bir dünyasıda demək olar (Promise sistemi dilin kökündə olduğu üçün).

Promise new açar sözü ilə istifadə edirik.
Uğurlu (resolve), uğursuz (reject) funksiyaları ilə birlikdə istifadə edirik. Sıralamanı pozmadan adlarını fərqli yaza bilərsiniz. — Promise.resolve() :Promise.all() :, Promise.race(): , Promise.reject() :
Promise gözlənilən əməliyyatı həyatə keçirdikdən sonra nöbəti əməliyyatlar üçün then() metodunun daxilinə keçir. Göndərilən parametr isə resolve() ilə göndərilir.
Hər hansı bir problem baş verdiyi halda catch() daxilinə keçir.

@TechCodeAz | #javascript
👍4
Vaxtınız xeyir, gününüzün uğurlu keçməsi diləyi ilə🤍🙏🏻
7👍1
JavaScript-də callback funksiyalarının işləmə sxemi
Asinxron JavaScript-də callback funskiyalarından istifadə edilərək bir neçə işi eyni vaxtda etmək mümkün olur.Məsələn, bizim yazdığımız kodlar yuxarıdan aşağı (top-down) işlədilmə məntiqi ilə işləyir. Asinxron (async) isə “hal hazırda yox, sonradan işlədiləcək” ya da “bir az vaxt alır” kimi mənalarda düşünülə bilər. Yəni birdən çox iş görə bilmə qabiliyyəti deyə bilərik. Elektrik sahəsindəki məna ilə eyni mənaya gəlib gəlmədiyini bilmirəm, amma JavaScript üçün belədir. Callback isə əsasən giriş-çıxış (I/O) işləri üçün istifadə edilir. Məsələn, fayl yükləyəndə, fayl oxuyanda, baza ilə əlaqədə və s. Yəni qısaca Nodejs-də daha çox qarşınıza çıxar nəyin ki, front-end işi ilə məşğul olanda.

var res = add(5,3);
console.log(res); // 8
Yuxarıdakı kodda normal funksiyadan istifadə ediləndə iki iş görülür.

Toplama əməli
Ekranda göstər
Asinxron olan funksiyalar isə tez cavab vermir.

var res = download("http://huseyn.org/photo.jpg");
console.log(res);
// res undefined olar

@TechCodeAz | #javascript
5
- Phyton -
List və tuple arasındakı fərq nədir?  

List və tuplenin hər biri məlumatların toplanması üçün istifadə olunur. Lakin aralarında müəyyən fərqlər mövcuddur. Ən əsas fərq odur    ki, list dəyişkəndir(mutable) , amma tuple immutable, yəni dəyişməzdir. Bu, o deməkdir ki, biz listi yaratdıqdan sonra onun üzərində        dəyişikliklər edə bilərik, amma tupleda bunu etmək mümkün deyil. Buna görə də Python tuple üçün minimum yaddaş ayırır, yəni tuple    listə nəzərən daha səmərəli yaddaş tutumuna malikdir.

@TechCodeAz. | #phyton
👍111
Pythonda faylı hansı methodların köməyi ilə silmək olar ?
Bunun üçün ilk yol remove() metodundan istifadə etməkdir:

@TechCodeAz | #phyton
👍5
Digər bir üsul isə unlink() metodudur:
Göründüyü kimi bu methodları işə saldıqda main.py faylı silinmiş olur.

@TechCodeAz | #phyton
👍5