👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
👨🏻‍💻 TechCode Azerbaijan
📍 Pythonda yerli və global dəyişənlər nələrdir? Açıqlamasını verin. @TechCodeAz. | #phyton
Bu sualın cavabı :

Yerli (local) dəyişənlər bir funksiya daxilində təyin edilən və yalnız yaradıldıqları funksiya daxilində əlçatan olan dəyişənlərdir. Yəni      biz   onları global mühitdə (scope) istifadə edə bilmirik. Lakin global dəyişənlər hər hansı funksiyadan kənarda təyin edilir və həm        funksiyaların xaricində, həm də daxilində istifadə oluna bilir.

@TechCodeAz. | #phyton
4
Yavaş - yavaş gəlirlər

@TechCodeAz
🤔4🥴2
Dictionary nədir?

Dictionary pythondakı built-in data növlərindən biridir. Key-value (açar söz- dəyər) formasında fiqurlu mötərizələr daxilində yazılır.  Şəkildə verilmiş nümunənin nəticəsi:  id: 1

Dictionarylər mutable , yəni, dəyişiləbiləndir. Dictionarydəki dəyərlər istənilən obyekt tipi ola bilər. Açar sözlər isə immutable, yəni, dəyişə bilməyəndir. Bu o deməkdir ki, keylər integer, string, tuple ola bilər, amma list ola bilməz. 

@TechCodeAz. | #phyton
👏3👍1
📌 MÜTLƏQ OXU 📌
Dünyada ən uğurlu insanların etdiyi və bunu heç kimlə paylaşmadığı şeylərdən biri də pis şərhləri ciddiyə almadıqları kimi, yaxşı şərhləri də önəmsəməməkdir. Əgər yaxşı şərhlər səni çox xoşbəxt edərsə, pis şərhləri önəmsəməmə şansını sıfıra endirərsən. Bu vəziyyət yaşadığın həyatda da belədir. Sənə iltifat edən

insanlar səni çox xoşbəxt edərsə,bir tənqidlə yıxılarsan və buna məna verə bilməzsən. İnsanları dinlə, hörmət et fəqət onların fikirləri sənin beynində yaxşı ya da pis heç bir təsir buraxmasın. Bunu bacardıqda insanların fikirləriylə əlaqəli gözləntin sıfırlanacağı üçün özünə qarşı hörmətin artacaq və daha xoşbəxt hiss edəcəksən, bu da iş dünyasında sənə çox böyük avantajlar verəcək.

@TechCodeAz
🕊8👍4
📌 Java
Bir constructor digər constructoru necə çağıra bilər?

@TechCode | #Java
👍5
Bilirəm sizdə məni kimi yatammırsız 😅
Gəlin qısa bir məlumat verim, oyaq qaldığımıza dəysin 🔥


- Phyton -
List və tuple arasındakı fərq nədir?  

List və tuplenin hər biri məlumatların toplanması üçün istifadə olunur. Lakin aralarında müəyyən fərqlər mövcuddur. Ən əsas fərq odur    ki, list dəyişkəndir(mutable) , amma tuple immutable, yəni dəyişməzdir. Bu, o deməkdir ki, biz listi yaratdıqdan sonra onun üzərində        dəyişikliklər edə bilərik, amma tupleda bunu etmək mümkün deyil. Buna görə də Python tuple üçün minimum yaddaş ayırır, yəni tuple    listə nəzərən daha səmərəli yaddaş tutumuna malikdir.

@TechCodeAz. | #phyton
👍73
Bütün qrup iştirakçıları -Nəzərinizə çatdırım ki, irad və təkliflərinizə açığıq. Nəyi, hansı formada, nə cür isdəyirsinizsə mütləq bizə bildirin. Tək xahişim budur, sizdən… Sevgiylə @Mamadzada
7👍1
👨🏻‍💻 TechCode Azerbaijan pinned «Bütün qrup iştirakçıları -Nəzərinizə çatdırım ki, irad və təkliflərinizə açığıq. Nəyi, hansı formada, nə cür isdəyirsinizsə mütləq bizə bildirin. Tək xahişim budur, sizdən… Sevgiylə @Mamadzada»
👨🏻‍💻JavaScript’də == və === arasındakı fərq nədir? 

JavaScript 3 fərqli dəyər müqayisəsi təklif edir: Ciddi bərabərlik müqayisəsi üç bərabərdir.Mücərrəd/zəif bərabərlik müqayisəsi iki bərabərdir.

İki bərabər və üç bərabər arasındakı ən əsas fərq növün və dəyərin müqayisəsidir. Üç bərabər iki dəyərin həm növünü, həm də dəyərini müqayisə edir, iki bərabər isə yalnız dəyər müqayisəsini edərək, dəyərlərin növlərini bərabərləşdirir.İki bərabər müqayisə qiymətlərin növünü dəyişir, üç bərabər isə bu müqayisəni növü dəyişmədən həyata keçirir. Object.is üç bərabərə bənzəyir, lakin NaN ilə -0 ilə +0 arasında olan müstəsna hallarda doğrunu qaytarır.

@TechCodeAz. | #javascript
7🔥1
📌 JavaScript-də hansı xəta növləri var?

Üç növ xəta var:

Yükləmə vaxtı xətaları: Veb səhifəni yükləyərkən baş verən səhvlər, məsələn, düzgün olmayan sintaksis xətaları, Yükləmə vaxtı xətaları kimi tanınır və dinamik olaraq xətalar yaradır.

İcra zamanı xətaları: HTML dilində əmrdən istifadə nəticəsində yaranan xətalar.

Məntiqi xətalar: Fərqli əməliyyatla funksiyada yerinə yetirilən pis məntiq səbəbindən baş verən xətalar.

@TechCodeAz | #javascript
4👍2
📌 JavaScript-də pop() metodu nədir?

pop() metodu massivin sonuncu elementini silir və massivin strukturunu dəyişir. O, həmçinin massivdən silinmiş elementi qaytarır.
Pop() metodu shift() metoduna bənzəyir.
Onların arasında fərq ondadır ki, shift metodu massivin əvvəlində işləyir.
Pop() metodu verilmiş massivdə sonuncu elementi götürür və onu qaytarır. Sonra onun çağırıldığı massiv dəyişdirilir.

@TechCodeAz | #javascript
👍9
💡 DOM nədir və JavaScript-də DOM-dan necə istifadə etmək
olar ?


Document Object Model (DOM) HTML və XML sənədləri üçün nəzərdə tutulmuş proqramlaşdırma interfeysidir. Sənədlərin və ya websaytın quruluşunu, tərzini, məzmununu dəyişdirmək, dinamikləşdirmək üçün istifadə olunur. Beləliklə, proqramlaşdırma dilləri səhifələrə əlavə olunur. Bu o demək deyil ki, DOM proqramlaşdırma dilidir, DOM standart bir modeldir və bu modeldən istifadə edərək HTML və ya XML sənədləri, və ya, bu sənədlərdə işlədilən elementləri (h1, a, table, form və s.) dəyişə, idarə edə bilirik.

JavaScript`in HTML sənədinə qoşulmasından danışanda, JavaScript`də HTML elementlərinə uyğun obyekt yaratmağı nəzərdə tuturuq. Necə ki, HTML`də hər hansı element class, id və ya elementin adına əsasən seçilir, CSS`də bu elementin xarakteristikaları dəyişdirilirdi. Eyni ilə, JavaScript`də də müxtəlif seçim üsulları vardır.

@TechCodeAz | #javascript
👍72
Hansı Javada bir giriş modifikatoru deyil ?
Anonymous Poll
6%
Public
7%
Private
24%
Protected
62%
Global
👍1
💡 Java İntervyu Sualı:

hashCode nədir?

Qeyd : Sual cavablanmadığı təqdirdə 30 dəqiqə ərzində yazılacaq.
👍1
Nədir axı bu JSON ?(What is JSON?)
JSON (JavaScript Object Notation) dataları (çox böyük olmayan) depolamaq və dəyişdirmək üçün istifadə olunan JavaScript obyekt məntiqinə əsaslanan mətn əsaslı formatdır. Məsələn, JSON-dan istifadə edərək serverdən alınan JSON-ları JavaScript obyektinə çevirə bilərsiniz və ya hər hansısa bir JavaScript obyektini JSON-a çevirib serverə göndərə bilərsiniz. Fayl genişləməsi ".json"-dur. JSON-da verilənlər açar (key) və dəyərlərdən (value) ibarət olur.

Nümunə:

{ "ad": "Vüsalə", "soyad": "İsbəndiyarova" }

@TechCode #javascript
👍8
💡 JavaScript’də Elementlərin manipulasiyası

HTML sənədində yazdığımız elementləri seçməyi, obyektlərə mənimsətməyi öyrəndik, indi isə onları idarə etməkdən danışaq.
createElement() — boş element yaradır;
innerHTML — elementə məlumat əlavə edir;
appendChild() — elementi tələb olunan elementin daxilinə əlavə edir;
removeChild() — elementi HTML sənədindən silmək üçün istifadə olunur.

Qeyd: Bunları oxuyub keçməyin, not dəftərinizə yazın. Örgənin 💎

@TechCodeAz | #javascript
8👍1
Vaxtınız xeyir olsun 👋🏻
5🙏1