👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
❗️Hostinq provayder REG: Mühəndislər Facebook'u qaytarmaq üzrədirlər.
Facebook Data centerleri qısa müddətdə bərpa etməyi bacardı. Hazırda sayt işləyir və giriş zamanı qısa müddətdə bərpa ilə bağlı məlumat yayımlandı.
YAXŞI XƏBƏRLƏR VAR❗️"Facebook" geri dönməyə çalışır: "Facebook" Data centerleri bərpa etməyi bacardı. Hazırda sayt işləyir və giriş zamanı qısa müddətdə bərpa ilə bağlı məlumat yayımlandı. 📎Əgər belə davam edərsə, bir neçə saata sosial şəbəkələrimizə qovuşa bilərik.
"FACEBOOK"dan açıqlama:

“Facebook” xidmətlərinin işindəki problemdən təsirlənən hər kəsdən səmimi üzr istəyirəm. Şəbəkə ilə bağlı problemimiz var və komandamız xidmətləri mümkün qədər tez işə salmaq üçün çalışır”.

- “Facebook”un texniki xidmət şöbəsinin rəhbəri Mayk Şrepfer.

@Coderrtv
Hazırda dünyanın bir çox ölkəsində “Twitter” mikrobloqun xidmətində nasazlıqlar müşahidə olunur.

Şikayətlərin çoxu ABŞ, Kanada, Böyük Britaniya, Fransa və digər ölkələrdən gəlib. Azərbaycanda hələ ki belə bir nasazlıq müşahidə olunmayıb.

@CoderrTv
İnstagram işlədi artıq.
Facebook da fəaliyyətini bərpa etdi.
ŞAD XƏBƏR❗️"Android"lərdə problem qismən aradan qalxdı. "Whatsapp" və "İnstagram" işləyir.
❗️"Facebook" və "İnstaqram" bildirdi ki, problem aradan qaldırıldı

@Coderrtv
"Whatsapp" , "İnstagram" və "Facebook" fəaliyyətini bərpa edir hissə hissə açılır

@CoderrTv
‼️"WhatsApp" sosial şəbəkəsinə daxil olmaq məhdudiyyəti davam edir.

‼️ Facebook-a daxil olmaq artıq mümkündür!

P.S
Gecikmələr var lakin işləyir.

©️Coder.Tv
Bu qədər düzəlir artıq hər şey. Gecəniz xeyirə coder əhli sevilirsiniz
🧑🏻‍💻 Faydalı Proqramlaşdırma Kanalları

▫️ Arin Yazılım (https://youtube.com/c/ArinYazilim) - React, Django, NodeJs

▫️ Selman Kahya (https://youtube.com/c/SelmanKahya) - Mobil tətbiq, full-stack web development, kariyera qurmaqla bağlı məsləhətlər

▫️ Eser Ozvataf (https://youtube.com/c/EserOzvataf) - Proqramlaşdırma ilə əlaqədar söhbətlər, proqramlaşdırma təcrübələri

▫️ Adem İlter (https://youtube.com/c/AdemIlter) - Mobil tətbiq, front-end development.

▫️ Mehmet Ali Bayram ( https://youtube.com/c/MehmetAliBayram ) - Dart, Flutter

©️ Coder.Tv | @CoderrTv
#Coderİnfo

📍6 ayda Java Developer ol!

Hamıya salam. Bu məqalədə sizlərə 6 ayda necə Java Developer ola biləcəyinizi deyəcəm. 6 ayı yarıya bölsək yəni 3 ay ayrı təlim 3 ay isə ayrı təlim ala bilərik. İlk 3 ay Java SE (Java Standart Edition) öyrənə bilərik. Digər qalan 3 ayda isə Java EE (Java Enterprice Edition) öyrənə bilərik. Aşağıda sizlərə YouTubedən dərslik linkləri verəcəm oradan baxıb öyrənə bilərsiniz vəya özünüz Udemy kimi onlayn dərslik platformalarından dərslər ala bilərsiniz.

Java SE öyrənmək üçün link:

https://youtube.com/playlist?list=PL4yfBYtaNjbTDP-OeSyBYnujFiD5y6CH8

Java EE öyrənmək üçün link:

https://youtube.com/playlist?list=PL4ET09KoRZtT3ROOSDcDVVXzSQpOz1Cdb

Həmçinin Udemy üzərindən də Sərxan Rəsullunun Java kursu kifayət edəcək. Kursu ala bilməyənlər üçün mega arxiv linkini @CoderArxiv_Bot'a əlavə elədik. Uğurlar. Əlavələriniz varsa rəy bölməsindən yaza bilərsiniz.

©️Via: Jgroupaz | @CoderrTv
Forwarded from Perfect
DƏRS 3.pdf
234.6 KB
Oracle SQL dərsimizdən tələbəmin 3cü dərsə aid qeydləri . Düşündüm bəlkə burdakılara da lazım olar
Forwarded from Perfect
📍Bəzi SQL müsahibə sualları📍
= = > Primary Key nədir?
Cavab:
Cədvəldəki hər bir rekordu unikal olaraq təyin edir.
==> Foreign Key nədir?
Cavab:
Foreign Key başqa bir cədvəlin Primary Key -inə istinad edən açardır.
==> Table (Cədvəl) nədir?
Cavab:
Məlumatların mütəşəkkil şəkildə sətirlar və sütunlar şəklində toplanmasıdır.
==> DELETE əmri nədir?
Cavab:
Delete əmri cədvəldəki sətiri silmək üçün istifadə olunur. Misal: DELETE FROM table_name WHERE condition
==> Truncate əmri nədir?
Cavab:
Truncate əmri cədvəldəki bütün sətirləri silmək üçün istifadə olunur.
==> DROP əmri nədir?
Cavab
: Verilənlər bazasındakı cədvəli silmək üçün istifadə olunur. Misal: DROP TABLE table_name
==> DDL nədir?
Cavab
: DDL, Data Definition Language -dir və verilənlər bazasının obyektlərini təyin etmək üçün istifadə edilə bilən əmrlərdən ibarətdir.
==> DML nədir?
Cavab:
DML, Məlumatların Manipulyasiya Edilməsi Dilidir və verilənlər bazasında mövcud olan məlumatların manipulyasiyası üçün istifadə edilə bilən əmrdən ibarətdir.
==> DCL nədir?
Cavab:
DCL, verilənlər bazası sisteminin hüququ ilə əlaqəli olan Məlumat İdarəetmə Dili və Əmri deməkdir.
==> Məhdudiyyətlər nədir?
Cavab:
Cədvəlin məlumat növünün limitini təyin etmək üçün istifadə olunur. Cədvəl ifadəsi yaradılarkən və ya dəyişdirilərkən təyin edilə bilər.
Məsələn: NOT NULL,UNIQUE,CHECK,DEFAULT, INDEX.
==> CHAR ilə VARCHAR arasındakı fərq?
Cavab:
-> CHAR sabit uzunluğa malikdir , VARCHAR -ın uzunluğu dəyişəndir.
==>Join nədir?
Cavab:
Birləşmə bəndləri, aralarındakı əlaqəli sütuna əsaslanaraq iki və ya daha çox cədvəldəki sətirləri birləşdirmək üçün istifadə olunur.
==> Join növləri ?
Cavab:
(INNER) JOINHər iki cədvəldə uyğun dəyərləri olan qeydləri qaytarır
LEFT (OUTER) JOIN: Sol cədvəldəki bütün qeydləri və sağdakı cədvəldən uyğun gələn qeydləri qaytarır
RIGHT (OUTER) JOIN: Sağdakı bütün qeydləri və sol cədvəldəki uyğun qeydləri qaytarır
FULL (OUTER) JOIN: Sol və ya sağ cədvəldə uyğunluq olduqda bütün qeydləri qaytarır
==> Unique key nədir?
Cavab:
Cədvəldəki tək bir sıra unikaldır. Dublikat dəyərlərə icazə verilmir.