𝐌ə𝐡𝐬𝐮𝐥𝐝𝐚𝐫 ç𝐚𝐥ış𝐦𝐚 📚
1.91K subscribers
30 photos
2 videos
18 files
33 links
Bu kanalda nələr öyrənəcəyik?
🌷Necə plan qurmaq olar?
🌷 Necə məhsuldar dərs oxumaq olar?
🌷Disiplin nədir?

Və s...
Download Telegram
•Salam. Bu kanal hər bir şagirdin çətinlik çəkdiyi mövzulara kömək məqsədilə yaradılıb.

Kanalda nələr var?
•Disiplin nədir?
•Motivasiyanı necə yaratmaq olar?
•Necə plan qurmaq olar?
•Məhsuldar dərs çalışmaq üçün nə etmək lazımdır?
•Faydalı dərs etmək üçün taktikalar..
5🔥1💯1🍓1
🌷•Məhsuldar dərs çalışma taktikaları.

1. Zaman idarəsi: Zamanı məhsuldar bir şəkildə istifadə etmək çox önəmlidir. Vaxtı planlama,öncəlik müəyyən etmək üçün pomodora taktikasından istifadə edə bilərsiniz.

2.Konsept çıxarma texnikası: Dərs əsnasında və dərsdən sonra qeydlər çıxarmaq mövzunu daha yaxşı mənimsəməyinizə yardımcı olacaq. Qeyd çıxararkən açar sözlərdən istifadə edə bilərsiniz.

3.Fokuslanma: Konsentrasiyanızı artırmaq üçün masanızı səliqəli saxlayın,masanız qarışıq olanda fikirləriniz də qarışıq olacaq və bu da diqqət əskikliyinə gətirib çıxaracaq. Dərs edərkən telefonunuzu söndürün. Hər hansı bir programdan gələn mesajla fikriniz yayınacaq,həm də vaxt itirəcəksiniz. Təkcə telefon yox,ipad, kompüter kimi vasitlərdən də uzaq durmaq vacibdir.

4. Motivasiya: Ruh düşkünlüyü yaşamamaq üçün özünüzlə söhbət etməyiniz vacibdir. Güzgünün qarşısında özünüzlə həmsöhbət olub özünüzə motivasiya verə bilərsiniz. Unutmayın ki,sizi ən yaxşı siz özünüz anlaya bilərsiniz. Bundan əlavə motivasiya yazıları oxuya, videoları izləyə bilərsiniz.

5. Təkrar və kontrol: Öyrəndiyiniz bilikləri təkrar etmək çox vacibdir. Əks halda bildiyinizi unuda bilərsiniz. Tez-tez yazdığınız məlumatları gözdən keçirin. Təkrar üçün video izahlara baxın. Əminəm ki, unutduğunuz şeyləri xatırlamaqda faydalı olacaq.

@darkindii
7👍2🍓2🔥1
•Günlük plan qurmaq üçün istifadə edə bilərsiniz.🌸
3🔥1🍓1💋1
•Həftəlik plan qurmaq üçün istifadə edə bilərsiniz.🌸
3🔥1🍓1💋1
Kiçik xatırlatma.🤜🏻🤛🏻
👍104🔥3💋21🆒1
📌 Həftəlik plan.

🎯 Mövzuları seç.
🎯 Çalışma saatını müəyyənləşdir.
🎯Günləri tək tək planlaşdırma!
🎯Həftə dəyərləndirməsi et
🎯 Hər həftə daha yaxşı olmağa çalış.
🎯 Həftənin çox vaxtını sənə ən çox xal qazandıran dərsə ayır.
🎯Həftə bitdiyində özünə hədiyyə ver.
🎯Bu həftə çatdırıb edə bilmədiyin dərsləri növbəti həftəyə planlaşdır.
🎯 Zamanlayıcı mütləq olsun.

@darkindii
5👍2🆒21💋1
🤜🏻🤛🏻
👍1121🥰1💋1🆒1
Dərs programı🌸
6🔥1💋1
Həftəlik dərs proqramı🌸
4🥰4💋1
Bir yerdən başlamaq lazımdır ya yox? Nə vaxta kimi "5 dəqiqə də keçsin başlayacam" deyəcəksən? Dostum,o 5 dəqiqə əsla gəlməyəcək. Telefonu əlindən yerə qoy,masanın başına keç və gələcəyin üçün çalış. Bəlkə şablon cümlə kimi görünə bilər sənə. Axı hamı "gələcək" deyə-deyə qalıb. Unutma ki,öz ayaqları üzərində dayanmış bir qadın qədər güclü və qürurlu biri ola bilməz.🙂‍↔️💗

@darkindii
15🥰3👍2👌21💘1
📚Ən yaxşı öyrənmək üsulu öyrəndiyinizi başqalarına öyrətməkdir.👩‍🎓
Təcrübə göstərir ki, öyrəndiyimizin:

💎➜5% yadda qalır – dərsə sadəcə qulaq asanda;

💎➜10% yadda qalır – öyrəndiyiniz barədə əlavə məlumat oxuyanda;

💎➜20% yadda qalır – öyrənmə zamanı audio və video kontentdən istifadə olunsa;

💎➜30% yadda qalır – əgər öyrəndiyiniz əyani şəkildə nümayiş olunursa;

💎➜50% yadda qalır – öyrəndiyiniz qrupda müzakirə olunsa;

💎➜75% yadda qalır – öyrəndiyinizi təcrübədə tətbiq edəndə;

💎➜90% yadda qalır – öyrəndiyinizi başqalarına öyrədəndə.

𝐌ə𝐡𝐬𝐮𝐥𝐝𝐚𝐫 ç𝐚𝐥ış𝐦𝐚 📚
8🔥21🥰1