STP POLYMER MMC
186 subscribers
534 photos
82 videos
1 file
116 links
"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan
📞+994 50 246 45 73
WhatsApp +99455 309 03 44
🌐 https://www.stp.az
📩 r.resulov@stp.az
Download Telegram
Polietilen borular gündəlik həyatımızda mühüm rol oynayır – su, qaz və digər mayelərin təhlükəsiz daşınmasını təmin edir. Bəs onlar necə hazırlanır?

Sağa sürüşdürərək STP Şirkətlər Qrupunda polietilen boruların istehsal mərhələlərini addım-addım kəşf edin!

STP keyfiyyətli və möhkəm borular istehsal edərək müştərilərinə etibarlı həllər təqdim edir!

*0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
info@stp.az⠀
🌍 www.stp.az
Sual: Boru istehsalında hansı növ xammallardan istifadə olunur?

Cavab: Boru istehsalında əsasən yüksək keyfiyyətli termoplastlar xammal kimi istifadə olunur. Bu materiallar boruların möhkəmliyini, uzunömürlülüyünü və müxtəlif şəraitlərə qarşı dayanıqlılığını təmin edir. Əsasən aşağıdakı termoplast növlərindən istifadə edilir:

- Yüksək sıxlıqlı polietilen (PE 100) – Kimyəvi maddələrə, təzyiqə və mexaniki təsirlərə qarşı yüksək dayanıqlılığı ilə seçilir. Su, qaz və digər mayelərin daşınmasında geniş tətbiq edilir.

- Random polipropilen (PPR) – İsti və soyuq su sistemlərində istifadə olunan, yüksək istilik və təzyiq müqavimətinə malik materialdır.

- Homogen polipropilen (PPH) – Kimyəvi maddələrə qarşı yüksək müqaviməti ilə fərqlənən, əsasən sənaye boru sistemlərində istifadə edilən termoplast növüdür.

Bu xammallar boruların keyfiyyətini və funksionallığını artıraraq, onların uzunmüddətli və etibarlı istifadəsini təmin edir.

*0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
info@stp.az⠀
🌍 www.stp.az
Sual: Boru istehsalında hansı növ xammallardan istifadə olunur?

Cavab: Boru istehsalında əsasən yüksək keyfiyyətli termoplastlar xammal kimi istifadə olunur. Bu materiallar boruların möhkəmliyini, uzunömürlülüyünü və müxtəlif şəraitlərə qarşı dayanıqlılığını təmin edir. Əsasən aşağıdakı termoplast növlərindən istifadə edilir:

- Yüksək sıxlıqlı polietilen (PE 100) – Kimyəvi maddələrə, təzyiqə və mexaniki təsirlərə qarşı yüksək dayanıqlılığı ilə seçilir. Su, qaz və digər mayelərin daşınmasında geniş tətbiq edilir.

- Random polipropilen (PPR) – İsti və soyuq su sistemlərində istifadə olunan, yüksək istilik və təzyiq müqavimətinə malik materialdır.

- Homogen polipropilen (PPH) – Kimyəvi maddələrə qarşı yüksək müqaviməti ilə fərqlənən, əsasən sənaye boru sistemlərində istifadə edilən termoplast növüdür.

Bu xammallar boruların keyfiyyətini və funksionallığını artıraraq, onların uzunmüddətli və etibarlı istifadəsini təmin edir.

*0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
info@stp.az⠀
🌍 www.stp.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Odlar yurdunda Od çərşənbəsi qeyd olunur. İlin dörd axır çərşənbəsindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə və Addı çərşənbə kimi də tanınır.

Qəlbiniz alov kimi isti, ocağınız daim nurlu olsun!

Od çərşənbəniz mübarək! 🔥
2025-ci ildə sənayedə robotlardan istifadə 35% artıb. Amma bu o qədər də qorxulu deyil, əksinə robotlar təhlükəli və ağır işləri öz üzərinə götürür, insanlara isə daha yaradıcı və idarəedici rollar qalır. Məsələn, Tesla fabriklərində robotlar artıq 50%-dən çox işi yerinə yetirirlər. Amma bu insanların idarəçiliyi altında baş verir.

Sizcə, robotlarla işləmək asan olacaq?
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.

İMZAİNFO xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.

Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər”.

Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımızın ölkəmizin ictimai həyatında böyük nüfuza malik olduqlarını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qadın - sevginin, gücün və gözəlliyin simvoludur.

Bayramınız mübarək, əziz qadınlar!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2024-cü ildə STP Polymer mühüm nailiyyətlər əldə edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə:

Daxili satışlar – 1.4 dəfə artıb
Xarici satışlar – 1.3 dəfə artıb

STP Polymer STP Şirkətlər Qrupuna daxil olan polimer məhsullarının istehsalı və satışı üzrə ixtisaslaşmış, yerli və beynəlxalq bazarlarda güclü mövqeyə malik müəsisədir. Müasir texnologiyalar və yüksək keyfiyyət standartları ilə fəaliyyət göstərən şirkət, bazarın tələblərinə uyğun innovativ həllər təqdim edir.
Plastik qablaşdırma texnologiyası məhsullarınızın daha uzun müddət təzə qalmasını təmin edir! STP-nin yüksək keyfiyyətli polietilendən hazırlanmış plastik qutuları:

Dayanıqlı və sürüşməyə qarşı davamlıdır
Temperatur dəyişmələrinə (-40°C-dən +80°C-yə) davamlıdır
Metal və taxta qutulardan daha yüngüldür və daşınmanı asanlaşdırır
100% yenidən istifadə edilə biləndir, ətraf mühiti qoruyur

Meyvə, tərəvəz və digər məhsullar üçün sağlam və gigiyenik həll!

*0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
info@stp.az⠀
🌍 www.stp.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu müqəddəs gündə torpaq oyanır, ruhumuz yenilənir, təbiət canlanır. Qoy bu Torpaq Çərşənbəsi bolluq, bərəkət və firavanlıq gətirsin!

İlaxır çərşənbəniz mübarək!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sual: PE 100 borularından hansı sahələrdə istifadə olunur?

Cavab: PE 100 boruları müxtəlif sənaye və infrastruktur sahələrində geniş istifadə olunur. Onlar yeraltı və yerüstü su şəbəkələrində, drenaj və suvarma sistemlərində, neft və kimya sənayesində, bina və sənaye obyektlərinin tikintisində, mədən sənayesində və qaz xətlərinin çəkilişində tətbiq edilir. Dayanıqlı və etibarlı olması sayəsində bu borular içməli su, texniki su və qazın ötürülməsi kimi vacib proseslərdə mühüm rol oynayır.
Qarşıdan gələn Novruz bayramınız mübarək, hörmətli dostlar! ❤️
С наступающим праздником Новруз, дорогие друзья!❤️
Happy Novruz holiday, dear friends!❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbiət yenilənir, hər yerə baharın nəfəsi yayılır. Novruz – həm də dostluq, sevgi və birlik bayramıdır.

STP ailəsi olaraq, bu gözəl günlərdə sizə bol ruzi, firavanlıq və xoş günlər arzulayırıq!
Əziz bacı və qardaşlarım!

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2025-ci il

https://www.imzainfo.az/az/detail/27490