Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚✍🏻 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri ASAN Könüllüləri​ ilə görüş keçirib

Daha əvvəl məlumat verdiyimiz kimi Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib.

👉🏻ƏTRAFLI
📚✍🏻 BMU - İNHA İkili Diplom Proqramı tələbələrinin iştirak etdiyi "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi", Türkiyənin "Bilişim Vadisi" və "SAHA Robotics" şirkəti ilə birgə keçirilən "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb.

Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib. Kriteriyalara uyğun olaraq, seçilmiş 70 iştirakçı onlayn və fiziki formatda təşkil olunan intensiv təlimlərdə iştirak edib. Təlim proqramına "ROS-un əsasları", "Robotların simulyasiyası", "Robot hərəkət sistemləri" və digər qabaqcıl texnoloji mövzular daxil olub.

➡️ ƏTRAFLI
📚 Dövlət Proqramı iştirakçısı kibercinayətkarlığa qarşı beynəlxalq hüquqi əməkdaşlıq mövzusunda Yale Hüquq Məktəbində çıxış edib

Dövlət Proqramı iştirakçısı Orxan Abdulkərimli, təhsilini davam etdirdiyi Yale Hüquq Məktəbində (Yale Law School) beynəlxalq hüquq sahəsində əhəmiyyətli bir tədbirin həm təşkilatçısı, həm də panel iştirakçısı qismində çıxış edib.

Belə ki, tədbir çərçivəsində panel müzakirəsi BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasına həsr olunmuş və bu konvensiyanın hazırlanmasında birbaşa iştirak etmiş tanınmış beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə baş tutmuşdur.

Orxan Abdulkərimli tədbirdə Azərbaycanı Konvensiya üzrə danışıqlarda təmsil etmiş nümayəndə və əsas məruzəçi qismində təcrübəsindən, eləcə də kibercinayətkarlıqla mübarizədə hüquqi mexanizmlərin tətbiqindən bəhs etmişdir.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

➡️
ƏTRAFLI
👍1
📚🇦🇿 Ürəkləri Vətən eşqi ilə döyünən, doğma Vətənimizin hüdudlarından kənarda təhsil alan Dövlət Proqramı təqaüdçüləri Azərbaycanın milli maraqlarını layiqincə qorudular.

Belə ki, ABŞ-da təhsil alan Dövlət Proqramı təqaüdçüləri Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayişinin qarşısını alıblar.

Qeyd edək ki, hər üç Proqram iştirakçısı "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "University of California, Berkeley" ali təhsil müəssisəsində “Hüquq" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

Proqram iştirakçımızın bu cür uğurlarının daimi olmasını arzu edirik!

https://youtu.be/sN8o393PjX8
👍4
📢DİQQƏT!
📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.

Son müraciət tarixi: 05.05.2025
Vəzifə: Aparıcı mühasib

QEYD: CV-lərinizi “Aparıcı mühasib” başlığı ilə
Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #aparıcımühasib #vakansiya #işvar
Dövlət Proqramı
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 05.05.2025 Vəzifə: Aparıcı mühasib QEYD: CV-lərinizi “Aparıcı mühasib” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. #Elm…
İş öhdəlikləri:

· Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi;
· Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi;
· Ümumi mühasibat uçotunun təşkili və aparılması;
· İnventarizasiyanın aparılmasında iştirak edilməsi;
· Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi;
· Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi;
· Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi;
· Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi;
· Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması;
· Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi;
· Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi;
· Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi;
· Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
🇺🇸🇦🇿📚 ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tutub

ABŞ-nin Viskonsin-Madison Universitetində "Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbiri baş tutub

Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyaya tanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub.

Tədbirdə universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla 100-dən çox iştirakçı bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə tanış olub, maarifləndirici videoçarxlar izləyiblər.

👉🏻DAHA ƏTRAFLI
1
📚✍🏻 "2019-2023 Dövlət Proqramı" doktorantının kitabı çap edilib

Dövlət Proqramı iştirakçısının müəllifi olduğu kitab dinlər tarixi üzrə, xüsusilə erkən xristianlıqda Gnostisizm üzərindən aparılan araşdırmadır. Magistratura tezisinin daha da genişləndirilmiş, zənginləşdirilmiş və kitab halına salınmış formasıdır. Hazırda Türkiyənin əksər onlayn kitab mağazalarında satışı davam etməkdədir.

Qeyd edək ki, Məmmədxan Məmmədxanov "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində “Humanitar və sosial” ixtisas istiqaməti üzrə doktorantura təhsili alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
3👍1