Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
✍🏻📚 Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının idarəedilməsini təmin edən Rəhbər Komitənin növbəti görüşü baş tutub.

👉🏻
ƏTRAFLI
📚🗓 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri SABAH qruplarının (SABAH groups) tələbələri ilə görüş keçirib


Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib.

Belə görüşlərdən biri də 19.02.2025-ci il tarixində, SABAH qruplarının tələbələri ilə keçirilib. Görüş çərçivəsində gənclərə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri və mərhələləri barədə ətraflı məlumat verilib.

➡️ DAHA ƏTRAFLI
📢 24 fevral 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.

✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00
➡️
QEYDİYYAT LİNKİ

Diqqət! Qeydiyyat üçün son tarix 21.02.2025, saat 17:00.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #görüş #məlumatsessiyası
💧Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

Novruzun ilk çərşənbəsi olan Su çərşənbəniz mübarək.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #novruz #suçərşənbəsi
📚✍🏻 2025/2026-cı tədris ili üzrə də mədəniyyət və incəsənət ixtisas sahəsi üzrə aşağıda qeyd olunan xarici ali təhsil müəssisələrinin birindən qəbul almaqla “2022-2028 Dövlət Proqramı”na müraciət etmək mümkündür:

🇬🇧Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı:
- Guildhall School of Music and Drama
- Royal Academy of Music
- Royal College of Music
- Royal Conservatoire of Scotland (Formerly Royal Scottish Academy of Music and Drama)

🇺🇸Amerika Birləşmiş Ştatları:
- Curtis Institute of Music
- The Juilliard School
- Manhattan School Of Music

🇫🇷 Fransa Respublikası:
- Conservatoire National Supérieur De Musique Et De Danse De Paris (CNSMDP)

🇦🇹 Avstriya Respublikası:
- Universität Für Musik und Darstellende Kunst Wien

🇷🇺 Rusiya Federasiyası:
- Moscow State Conservatory P. I. Tchaikovsky

🇳🇴 Norveç Krallığı:
- Norwegian Academy of Music

🇮🇹 İtaliya Respublikası:
- The Academy - Accademia Teatro Alla Scala
3
Xocalı soyqırımının törədilməsindən 33 il ötür...🥀

Bu gün "Əsrin faciəsi" adını alan Xocalı soyqırımının 33-cü ili tamamlanır.

Qanlı tariximizi unutmadıq və heç vaxt unutmarıq. Xalqımız 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyan amansız cinayəti otuz üç ildir ki, qəlbində daşıyır.

Günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edirik!
📢 28 fevral 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.

✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00

➡️ QEYDİYYAT LİNKİ

Diqqət! Qeydiyyat üçün son tarix 27.02.2025, saat 17:00. (vebinarın keçiriləcəyi gündən bir gün öncə başa çatır)

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #görüş #məlumatsessiyası
Messages in this channel will no longer be automatically deleted
🇦🇿🇰🇿 📚 Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi və bir sıra universitetlərinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Səfər çərçivəsində Qazaxıstan Respublikasının “Bolaşak” Beynəlxalq Təqaüd Proqramının nümayəndələri Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri ilə görüşüb.

5 mart tarixində baş tutan görüşdə tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Bolaşak” Beynəlxalq Təqaüd Proqramı, minlərlə qazaxıstanlıya dünyanın ən nüfuzlu universitetlərində bilik əldə etmək şansı verən unikal təqaüd proqramdır.
Əziz və dəyərli xanımlar!
Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.🌸

Siz bu dünyanı dəyişdirir və gözəlləşdirirsiniz- hər gün, hər yerdə!
8 Mart Beynəlxalq Qadınlar Gününüz Mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #8mart #beynəlxalqqadınlargünü
1