Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
🔹 Dövlət Proqramı məzunlarının məşğulluğunun artırılamsı istiqamətində görüş keçirilib.

Yanvarın 17-də Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları ilə dövlət və özəl sektoru təmsil edən işəgötürən qurumların nümayəndələri arasında görüş keçirilib.

👉🏻 DAHA ƏTRAFLI
1
🥀Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür.

Faciənin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik! 🌺

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #20yanvar #qanlıyanvarfaciəsi #35il
🅰️📚 Dövlət Proqramı iştirakçısı Cəlil Hüseynov payız semestrini yüksək göstəricilərlə (“A”) başa vurmuşdur.

Qeyd edək ki, Cəlil Hüseynov "2022-2028 Dövlət Proqramı" çərçivəsində Sinqapur Respublikasının "National University of Singapore" ali təhsil müəssisəsində Kompüter elmləri" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
👍4
✍🏻 Dövlət Proqramı məzunu yeni vəzifəyə təyin olunub.

"2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Uppsala Universitetində “Külək enerjisi layihələrinin idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsili almış Fəqan Abdurəhmanov, Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Direktor müavini vəzifəsinə təyin olunub.

Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #karyerauğuru
7
📚🅰️ Dövlət Proqramı iştirakçısı Zərinə Məcidova yaz və payız semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur.

Bundan əlavə, Proqram iştirakçısı akademik fəaliyyətinə görə “Margrit Mondavi” mükafatına layiq görülüb.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.


👉🏻DAHA ƏTRAFLI
📚✍🏻 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının “Istanbul University" ali təhsil müəssisəsində humanitar və sosial istiqaməti üzrə doktorantura təhsili alan Əbülfəz Sadıxzadənin müəllifi olduğu "Kesin Hükmün Olumlu Etkisi" kitabı nəşr olunub.

👉🏻 DAHA ƏTRAFLI
Gənclər cəmiyyətin gələcəyini formalaşdıran ən vacib qüvvədir.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edirik!🇦🇿

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #2fevral #gənclərgünü
1👎1
Əziz tələbələr və məzunlar!

Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız

Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır.

Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz.

3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq.

Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə
Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi🗓
15 fevral, 2025-ci il
2
Channel name was changed to «2022-2028 Dövlət Proqramıv»
Channel name was changed to «Dövlət Proqramı»
✍🏻📚 Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının idarəedilməsini təmin edən Rəhbər Komitənin növbəti görüşü baş tutub.

👉🏻
ƏTRAFLI
📚🗓 Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri SABAH qruplarının (SABAH groups) tələbələri ilə görüş keçirib


Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib.

Belə görüşlərdən biri də 19.02.2025-ci il tarixində, SABAH qruplarının tələbələri ilə keçirilib. Görüş çərçivəsində gənclərə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri və mərhələləri barədə ətraflı məlumat verilib.

➡️ DAHA ƏTRAFLI