Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
🏆🇦🇿📚 BMU-İNHA İDP tələbələrinin rəhbərlik etdiyi “Evergreen” komandası "Junction 2024" hakatonunda qalib oldu.

🔹 Azərbaycan Finlandiyada keçirilən "Junction 2024" hakatonunda ilk dəfə təmsil olundu və qalib gəldi.

🔹 Bu tarixi uğur EESTEC Baku (rəhbərləri- BMU-İNHA İDP-nin İnformasiya texnologiyaları 3-cü kurs tələbələri Əli Kərimov və Adil Qasımov)-nun təşkil etdiyi “JunctionX Baku’24” tədbirinin qalibi olan “Evergreen” komandasının zəfəri ilə əldə olundu.

🔹 8-10 noyabr tarixlərində Helsinkidə keçirilən qlobal tədbirdə “Evergreen” komandası, Fingrid Oyj tərəfindən təşkil olunan "Empowering Development Transparency" adlı çağırışda qalib gələrək 1,500 avro mükafat qazandı.

👉🏻DAHA ƏTRAFLI
1👍1
🇦🇿♻️📚Dövlət Proqramının məzunları, eləcə də Qlazqo Universiteti Azərbaycan Məzunlar Assosasiyası birliyinin üzvləri BMT-nin "Conference of Youth-COY19" tədbirində fəal iştirak ediblər.

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻 Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda sahə gəzintisində olublar.

👉🏻DAHA ƏTRAFLI
🇦🇿♻️ Dövlət Proqramı təqaüdçüsü, doktorant Güllər Qədiməliyeva Bakıda keçirilən COP29 konfransında iştirak edib.

Belə ki, konfrans çərçivəsində Güllər Qədiməliyeva ölkəmizə səfər edib və 11-21 noyabr tarixlərində BMT-nin dəvətlisi olaraq bu mötəbər tədbirdə iştirak edib. Güllər Qədiməliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Resursların Səfərbərliyi və Tərəfdaşlıq Komandasında COP29-un hazırlıq mərhələsindən başlayaraq konfransda fəaliyyət göstərib.

👉🏻ƏTRAFLI
🇦🇿 Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür.

Bu gün müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

Unudulmaz şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edirik!
🗓 “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” tədbiri keçirilib.


19 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə yeni məzunlar və işəgötürən qurumları bir araya gətirərək şəbəkələşmələrinin həyata keçirilməsi olmuşdur.

Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın ölkənin nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların nümayəndələri və 150-dən çox Dövlət Proqramı məzunu iştirak etmişdir.

👉🏻DAHA ƏTRAFLI
1👍1