Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
🇦🇿📚"2022-2028 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin “University of Texas at Austin" ali təhsil müəssisəsində Mühəndislik ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil alan Cövdət Rəhimli ilk dəfə bu nailiyyətə imza atıb.

👉🏻DAHA ƏTRAFLI
👍2
♻️🇦🇿 Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universitetinin ikili diplom programı (BMU-İNHA İDP)-nın tələbələri 11-22 noyabr tarixlərində Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensasiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal şəkildə iştirak ediblər.

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻 Dövlət Proqramı təqaüdçüsü Aydan Poladova Imperial College London’da tələbə cəmiyyəti üzvlərinin nümayəndəsi seçilib.

👉🏻DAHA ƏTRAFLI
👍1
🇦🇿♻️✍🏻 "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University of Oxford" ali təhsil müəssisəsində Dövlət idarəetməsi ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Şəbnəm Tağıyevanın Bakıda uğurla keçirilmiş COP29 konfransına dair məqaləsi təhsil aldığı universitet tərəfindən dərc edilib.

👉🏻DAHA ƏTRAFLI
✍🏻📚Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı (BMU-İNHA İDP)-nın məzunları COP29 Beynəlxalq İqlim Dəyişikliyi Konfransında fəal şəkildə iştirak edirlər.

DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4854
✍🏻♻️📚Dövlət Proqramı təqaüdçüsü Eldar Əliyevin Bakıda keçirilən COP29 Konfransına dair məqaləsi dərc edilib.

Belə ki, "Imperial College London" ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil alan Eldar Əliyevin Bakıda uğurla keçirilmiş COP29 konfransına dair məqaləsi universitetin rəsmi tələbə qəzetinin son nəşrində dərc edilib.


👉🏻DAHA ƏTRAFLI
📚ℹ️ Noyabrın 25-də Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndə heyəti və Qazaxıstan Respublikasının “Bolaşak” Beynəlxalq Təqaüd Proqramının icraçı nümayəndələri arasında görüş keçirilib.

Görüşdə tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

👉🏻ƏTRAFLI
🏆🇦🇿📚 BMU-İNHA İDP tələbələrinin rəhbərlik etdiyi “Evergreen” komandası "Junction 2024" hakatonunda qalib oldu.

🔹 Azərbaycan Finlandiyada keçirilən "Junction 2024" hakatonunda ilk dəfə təmsil olundu və qalib gəldi.

🔹 Bu tarixi uğur EESTEC Baku (rəhbərləri- BMU-İNHA İDP-nin İnformasiya texnologiyaları 3-cü kurs tələbələri Əli Kərimov və Adil Qasımov)-nun təşkil etdiyi “JunctionX Baku’24” tədbirinin qalibi olan “Evergreen” komandasının zəfəri ilə əldə olundu.

🔹 8-10 noyabr tarixlərində Helsinkidə keçirilən qlobal tədbirdə “Evergreen” komandası, Fingrid Oyj tərəfindən təşkil olunan "Empowering Development Transparency" adlı çağırışda qalib gələrək 1,500 avro mükafat qazandı.

👉🏻DAHA ƏTRAFLI
1👍1
🇦🇿♻️📚Dövlət Proqramının məzunları, eləcə də Qlazqo Universiteti Azərbaycan Məzunlar Assosasiyası birliyinin üzvləri BMT-nin "Conference of Youth-COY19" tədbirində fəal iştirak ediblər.

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻 Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektrik mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda sahə gəzintisində olublar.

👉🏻DAHA ƏTRAFLI