Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
🇦🇿📚 Dövlət Proqramı iştirakçısı Beynəlxalq Valyuta Fondunun təlimində iştirak edib

"2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Oxford" ali təhsil müəssisəsində Dövlət idarəetməsi ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Ləman Əhmədova Beynəlxalq Valyuta Fondunun təlimində iştirak edib.

👉🏻DAHA ƏTRAFLI
2
🇦🇿📚 2024-2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən sənəd qəbulunun yekunlarına dair məlumat.

👉🏻DAHA ƏTRAFLI
🇦🇿Tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr

Şanlı Zəfər xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsidir. Bu gün Qarabağda qazandığımız tarixi Qələbənin dördüncü ildönümüdür. Bu günü hər birimiz böyük sevinc və qürur hissi ilə yaşayırıq.

Zəfər Günümüz Mübarək!
Qürur Günümüz Mübarək

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #ZəfərGünü #8Noyabr #QarabağAzərbaycandır
9 noyabr Dövlət Bayrağı Günüdür!🇦🇿

Qürur mənbəyimiz - üçrəngli bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Bu gün dövlət bayrağımızın Qarabağda, suveren dövlətimizin hər qarışında dalğalanması hər birimiz üçün böyük qürur hissidir.

Bayrağımız daima zirvələrdə dalğalansın!
Bayramınız mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dövlətbayrağıgünü #9noyabr #QarabağAzərbaycandır
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq.

Noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellər təşkil ediləcək. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı: https://edu.gov.az/az/news-and-updates/21655-1
Noyabrın 18-də COP29 çərçivəsində keçiriləcək İnsan İnkişafı / Uşaq və Gənclər / Sağlamlıq / Təhsil tematik Günündə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq tədbirlərə dair gündəliyi təqdim edirik.

İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə əlaqəli şəkildə yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet məsələ kimi hərtərəfli baxılacaq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzular müzakirə olunacaq.
🇦🇿 Bu gün Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Bu gün xalqımız öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir.

Milli Dirçəliş Günümüz Mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dövlətbayrağıgünü #17noyabr #millidirçəlişgünü
♻️🇦🇿💬 Nüfuzlu Kembric Universiteti Dövlət Proqramı təqaüdçülərinin Bakıda keçirilən COP29 Konfransına dair müsahibələrini işıqlandırıb

👉🏻ƏTRAFLI
2
📚🇦🇿 Dövlət Proqramı çərçivəsində Oksford Universitetində təhsil alan Şəbnəm Tağıyevanı tanıyaq.

https://youtu.be/Uisqt9eEKEU
👍2
🇦🇿📚"2022-2028 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin “University of Texas at Austin" ali təhsil müəssisəsində Mühəndislik ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil alan Cövdət Rəhimli ilk dəfə bu nailiyyətə imza atıb.

👉🏻DAHA ƏTRAFLI
👍2
♻️🇦🇿 Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universitetinin ikili diplom programı (BMU-İNHA İDP)-nın tələbələri 11-22 noyabr tarixlərində Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensasiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal şəkildə iştirak ediblər.

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻 Dövlət Proqramı təqaüdçüsü Aydan Poladova Imperial College London’da tələbə cəmiyyəti üzvlərinin nümayəndəsi seçilib.

👉🏻DAHA ƏTRAFLI
👍1
🇦🇿♻️✍🏻 "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University of Oxford" ali təhsil müəssisəsində Dövlət idarəetməsi ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Şəbnəm Tağıyevanın Bakıda uğurla keçirilmiş COP29 konfransına dair məqaləsi təhsil aldığı universitet tərəfindən dərc edilib.

👉🏻DAHA ƏTRAFLI
✍🏻📚Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı (BMU-İNHA İDP)-nın məzunları COP29 Beynəlxalq İqlim Dəyişikliyi Konfransında fəal şəkildə iştirak edirlər.

DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4854
✍🏻♻️📚Dövlət Proqramı təqaüdçüsü Eldar Əliyevin Bakıda keçirilən COP29 Konfransına dair məqaləsi dərc edilib.

Belə ki, "Imperial College London" ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil alan Eldar Əliyevin Bakıda uğurla keçirilmiş COP29 konfransına dair məqaləsi universitetin rəsmi tələbə qəzetinin son nəşrində dərc edilib.


👉🏻DAHA ƏTRAFLI
📚ℹ️ Noyabrın 25-də Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndə heyəti və Qazaxıstan Respublikasının “Bolaşak” Beynəlxalq Təqaüd Proqramının icraçı nümayəndələri arasında görüş keçirilib.

Görüşdə tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

👉🏻ƏTRAFLI