Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan, ABŞ-nin nüfuzlu "MIT (Massachusetts Institute of Technology)"universitetində magistratura səviyyəsində təhsil alacaq gəncimizi tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
👍1
✍🏻📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində İnşaat mühəndisliyi ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Şahin Hüseynli Beynəlxalq Zəlzələ Konfransında (World Conference on Earthquake Engineering) çıxış edib.

👉🏻ƏTRAFLI
👍4
📚✍🏻 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün Türk dili C1 səviyyəsi üzrə imtahanlar keçirilir.

👉🏻ƏTRAFLI
📚🔍✍🏻 Dövlət Proqramı çərçivəsində təhsil alan doktorantların məqaləsi Böyük Britaniyanın “Central Asian Survey” jurnalında dərc olunub.

"2019-2023 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin Ohayo Dövlət Universitetində Təhsil rəhbərliyi ixtisası üzrə təhsil alan doktorant Günel Ələsgərova və Cənubi Florida Universitentində Təhsilin idarə olunması ixtisası üzrə təhsil alan doktorant Nailə Pekenin birgə müəllifi olduğu “Girls Education and Success in Azerbaijan: comparative document analysis” başlıqlı məqalə Böyük Britaniyanın Q2 impakt faktorlu “Central Asian Survey” jurnalında dərc olunmuşdur.

Məqaləni oxumaq üçün
keçiddən istifadə edə bilərsiniz.
👍1
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan ABŞ-nin nüfuzlu Harvard universitetində magistratura səviyyəsində təhsil alacaq Dövlət təqaüdçülərini tanıyaq!

Qeyd edək ki, Dövlət Proqramı Təqaüdçüsü adını qazanan 500 nəfər gəncin 135-i dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar. Cari ildə təqaüd almaq hüququ əldə etmiş namizədlərdən 6 nəfər "Harvard University"də təhsil alacaq.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
🇦🇿📚 15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı – Bilik Günüdür.

💡Uğurlu gələcəyə aparan yol təhsil almaq və bilik verməkdən keçir.

📚Yeni dərs ili böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcı deməkdir. 2024/2025-ci tədris ilinin hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olmasını arzu edirik.

Hörmətli müəllimlər, əziz tələbələr və şagirdlər Bilik Günü münasibətilə sizləri təbrik edir, yeni tədris ilində uğurlar arzulayırıq!

Bayramınız mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #15sentyabr #BilikGünü
🇦🇿 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.

Bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla dalğalanır.

Dövlət Suverenliyi Günümüz Mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #20sentyabr #DövlətSuverenliyiGünü
2
📚💬 ADAU-nun rektoru Zəfər Qurbanov:

ADAU-EGE beynəlxalq ikili diplom proqramı ölkəmizdə bu sahədə aparılan ən uğurlu layihələrdən biridir

Bu fikirləri ikili diplom proqramı çərçivəsində Ege Universitetindən Azərbaycan Dövlət Aqrar Universitetinə dərs tədris etmək üçün gələn bir qrup professor-müəllim heyəti ilə görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov deyib.


👉🏻Daha ətraflı
1
🇦🇿📚 Dövlət Proqramı iştirakçısı BERA Conference 2024 və WERA Focal Meeting tədbirlərində iştirak edib


"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində Təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Lalə İsmayılova BERA (British Educational Research Association) Conference 2024 və WERA (World Education Research Association) Focal Meeting tədbirlərində iştirak etmişdir.

👉🏻Daha ətraflı
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan ABŞ-nin nüfuzlu Kolumbiya universitetində magistratura səviyyəsində təhsil alan Dövlət təqaüdçülərini tanıyaq!

Qeyd edək ki, Dövlət Proqramı Təqaüdçüsü adını qazanan 500 nəfər gəncin 135-i dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar. Cari ildə təqaüd almaq hüququ əldə etmiş namizədlərdən bakalavriat təhsil səviyyəsi üzrə 5, magistratura təhsil səviyyəsi üzrə isə 10 nəfər olmaqla 15 nəfər "Columbia University"də təhsil alır.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
👍1
27 sentyabr - Anım Günüdür 🇦🇿

🥀 Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Vətənimiz uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq. Onlar bizim qəlbimizdə əbədi yaşayacaq və hər zaman qürur mənbəyimiz olaraq qalacaqlar!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #27sentyabr #AnımGünü
1
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan ABŞ-nin nüfuzlu Kolumbiya universitetində bakalavriat səviyyəsində təhsil alan Dövlət təqaüdçülərini tanıyaq!

Qeyd edək ki, Dövlət Proqramı Təqaüdçüsü adını qazanan 500 nəfər gəncin 135-i dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar. Cari ildə təqaüd almaq hüququ əldə etmiş namizədlərdən bakalavriat təhsil səviyyəsi üzrə 5, magistratura təhsil səviyyəsi üzrə isə 10 nəfər olmaqla 15 nəfər "Columbia University"də təhsil alır.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
👍3
📚✍🏻 BMU-İNHA İDP-nin tələbələrindən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” Pilotuz Uçuş Aparatı ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində nümayiş olunub.

👉🏻DAHA ƏTRAFLI
👍3
📚✍🏻 Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 30 nəfərdən ibarət II və III kurs tələbələri Xırdalan Seconq İnstitutunda “Koreya kalliqrafiyası” adlı tədbirdə iştirak ediblər.

➡️ ƏTRAFLI
👍3
📚✍🏻Dövlət Proqramı iştirakçısı Malayziyanın “International Institute of Islamic Thought and Civilization” institutunda xüsusi mühazirə ilə çıxış edəcək

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov, 4 oktyabr tarixində Malayziyanın “International Institute of Islamic Thought and Civilization” tədqiqat institutunda xüsusi mühazirə ilə çıxış edəcək.

Qeyd edək ki, baş tutacaq mühazirənin moderatoru institutun Professoru Dato’ Dr. Ahmad Murad Merican olacaq.

Mühazirə institutun youtube kanalında canlı yayımlanacaqdır.

Mühazirəyə qoşulmaq üçün ➡️ keçid.
👍1