Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚🎓 Böyük Britaniyada təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirildi

24 avqust tarixində Qlazqo Azərbaycan Məzunları Assosiasiyasının ("University of Glasgow Azerbaijan Alumni Association") təşkilatçılığı, Dövlət Proqramı İdarəetmə Qrupunun və Azərbaycan-Fransız Universitetinin dəstəyi ilə “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024/2025 tədris ili üzrə Böyük Britaniya universitetlərində təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirildi.

👉🏻ƏTRAFLI
1👍1
📚🇦🇿 Bu gün ölkəmizin təhsil salnaməsini yaradan, yaşadan "Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur.

Özünün müdriklik çağını yaşayan "Azərbaycan müəllimi" 1934-cü il sentyabrın 2-də "Qommunist məarifi" ("Kommunist maarifi") adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrdə, 1938-1941-ci illərdə "Müəllim qəzeti", 1946-cı ilin aprelindən bu günə kimi isə "Azərbaycan müəllimi" adı ilə nəşr olunur.

Ətraflı: https://lnkd.in/ec3zyeca
1
✍🏻 Dövlət Proqramı məzunu Prezident Administrasiyasına təyinat alıb

"2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Harvard Universiteti hüquq fakültəsində təhsil almış Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna Böyük məsləhətçi təyin olunub.

Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

👉🏻ƏTRAFLI
4👍1
✍🏻📚BMU-İNHA İDP-nin 3 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq!

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) builki məzunlarından 3 nəfəri Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq.

👉🏻ƏTRAFLI
🇦🇿📚 Beynəlxalq layihə və müsabiqələrdə uğura imza atmış Dövlət Proqramı iştirakçısı Afaq Nuriyeva

"2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində "Hüquq" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq Dövlət Proqramı təqaüdçüsü Afaq Nuriyeva çoxsaylı beynəlxalq layihə və müsabiqələrdə qalib seçilib.

👉🏻DAHA ƏTRAFLI
🙏3
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan, ABŞ-nin nüfuzlu "MIT (Massachusetts Institute of Technology)"universitetində magistratura səviyyəsində təhsil alacaq gəncimizi tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
👍1
✍🏻📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində İnşaat mühəndisliyi ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Şahin Hüseynli Beynəlxalq Zəlzələ Konfransında (World Conference on Earthquake Engineering) çıxış edib.

👉🏻ƏTRAFLI
👍4
📚✍🏻 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün Türk dili C1 səviyyəsi üzrə imtahanlar keçirilir.

👉🏻ƏTRAFLI
📚🔍✍🏻 Dövlət Proqramı çərçivəsində təhsil alan doktorantların məqaləsi Böyük Britaniyanın “Central Asian Survey” jurnalında dərc olunub.

"2019-2023 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin Ohayo Dövlət Universitetində Təhsil rəhbərliyi ixtisası üzrə təhsil alan doktorant Günel Ələsgərova və Cənubi Florida Universitentində Təhsilin idarə olunması ixtisası üzrə təhsil alan doktorant Nailə Pekenin birgə müəllifi olduğu “Girls Education and Success in Azerbaijan: comparative document analysis” başlıqlı məqalə Böyük Britaniyanın Q2 impakt faktorlu “Central Asian Survey” jurnalında dərc olunmuşdur.

Məqaləni oxumaq üçün
keçiddən istifadə edə bilərsiniz.
👍1
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan ABŞ-nin nüfuzlu Harvard universitetində magistratura səviyyəsində təhsil alacaq Dövlət təqaüdçülərini tanıyaq!

Qeyd edək ki, Dövlət Proqramı Təqaüdçüsü adını qazanan 500 nəfər gəncin 135-i dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar. Cari ildə təqaüd almaq hüququ əldə etmiş namizədlərdən 6 nəfər "Harvard University"də təhsil alacaq.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
🇦🇿📚 15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı – Bilik Günüdür.

💡Uğurlu gələcəyə aparan yol təhsil almaq və bilik verməkdən keçir.

📚Yeni dərs ili böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcı deməkdir. 2024/2025-ci tədris ilinin hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olmasını arzu edirik.

Hörmətli müəllimlər, əziz tələbələr və şagirdlər Bilik Günü münasibətilə sizləri təbrik edir, yeni tədris ilində uğurlar arzulayırıq!

Bayramınız mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #15sentyabr #BilikGünü