Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚🔩⚙️Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” müsabiqəsinin qalibi olan "Gənc Robotçu" layihəsi üzrə təlimlər başa çatıb.

Layihənin rəhbəri Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının (BMU - İNHA İkili Diplom Proqramı) “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbəsi Nihad Məhərrəmov layihə çərçivəsində keçirilən təlimlərdə mühəndislik sahəsinin cəmiyyətdəki rolu və əhəmiyyəti barədə danışıb. O, gənclərə mühəndisliyin innovativ həllərin yaradılmasında və texnoloji inkişafın təmin edilməsində oynadığı əsas rol haqqında ətraflı məlumat verib.

👉🏻ƏTRAFLI
1👍1
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan İsveçrə Konfederasiyasının nüfuzlu “ETH Zurich” (Sürix Federal Texnologiya İnstitutu) ali təhsil müəssisəsində, magistratura səviyyəsində təhsil alacaq gənclərimizi tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları #ethzurich
2
📚🎓 Böyük Britaniyada təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirildi

24 avqust tarixində Qlazqo Azərbaycan Məzunları Assosiasiyasının ("University of Glasgow Azerbaijan Alumni Association") təşkilatçılığı, Dövlət Proqramı İdarəetmə Qrupunun və Azərbaycan-Fransız Universitetinin dəstəyi ilə “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024/2025 tədris ili üzrə Böyük Britaniya universitetlərində təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirildi.

👉🏻ƏTRAFLI
1👍1
📚🇦🇿 Bu gün ölkəmizin təhsil salnaməsini yaradan, yaşadan "Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur.

Özünün müdriklik çağını yaşayan "Azərbaycan müəllimi" 1934-cü il sentyabrın 2-də "Qommunist məarifi" ("Kommunist maarifi") adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrdə, 1938-1941-ci illərdə "Müəllim qəzeti", 1946-cı ilin aprelindən bu günə kimi isə "Azərbaycan müəllimi" adı ilə nəşr olunur.

Ətraflı: https://lnkd.in/ec3zyeca
1
✍🏻 Dövlət Proqramı məzunu Prezident Administrasiyasına təyinat alıb

"2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Harvard Universiteti hüquq fakültəsində təhsil almış Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna Böyük məsləhətçi təyin olunub.

Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

👉🏻ƏTRAFLI
4👍1
✍🏻📚BMU-İNHA İDP-nin 3 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq!

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) builki məzunlarından 3 nəfəri Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq.

👉🏻ƏTRAFLI
🇦🇿📚 Beynəlxalq layihə və müsabiqələrdə uğura imza atmış Dövlət Proqramı iştirakçısı Afaq Nuriyeva

"2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində "Hüquq" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq Dövlət Proqramı təqaüdçüsü Afaq Nuriyeva çoxsaylı beynəlxalq layihə və müsabiqələrdə qalib seçilib.

👉🏻DAHA ƏTRAFLI
🙏3
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan, ABŞ-nin nüfuzlu "MIT (Massachusetts Institute of Technology)"universitetində magistratura səviyyəsində təhsil alacaq gəncimizi tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
👍1
✍🏻📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində İnşaat mühəndisliyi ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Şahin Hüseynli Beynəlxalq Zəlzələ Konfransında (World Conference on Earthquake Engineering) çıxış edib.

👉🏻ƏTRAFLI
👍4