Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚✍🏻 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti aras;nda birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan IV kurs tələbələri İzmir şəhərinə çatıblar.

🔸Tələbər Ege Universitetində bir tədris ili təhsil alaraq buradan məzun olub hər iki universitetin diplomunu əldə edəcəklər.

🔸 Beynəlxalq ikili diplom proqramının tələbələri ilə görüşən Ege Universitetinin rektoru Necdet Budak onları salamlayaraq, uğurlar arzu edib.

🔸 Daha sonra tələbələrə tələbə biletləri təqdim olunub.
📚📄✍🏻 "2022-2026 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanan tələbələr müqavilələrin imzalanması üçün təşkil olunan görüşdə iştirak ediblər.

DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4813
1
‼️✍🏻 Xaricdə təhsilə dair Dövlət Proqramı ilə bağlı yeniliklər edilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

👉🏻ƏTRAFLI
🙏63🎉3👍1
✍🏻 Xaricdə təhsilə dair Dövlət Proqramı ilə bağlı yeniliklər edilib

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sərəncam
2
✍🏻 Daha 205 nəfər növbəti tədris ilində Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.

Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.

Təqaüd qaliblərini təbrik edirik!

👉🏻ƏTRAFLI
6
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Real intervyu" verlişində qonaq olub

https://youtu.be/KqAYDS3gyTY
✍🏻📚🎓 Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində Koreya Respublikasının İnçon şəhərində təşkil edilən 3 həftəlik “Yay məktəbi”nin ikinci həftəsi başa çatıb

👉🏻DAHA ƏTRAFLI
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan ABŞ-nin nüfuzlu Stenford Universitetində magistratura səviyyəsində təhsil alacaq gəncimizi tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP #qəbul #proqramiştirakçılarıBöyük
👍4
Media is too big
VIEW IN TELEGRAM
📚✍🏻 Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının “İnşaat mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Emiliya Xəlilova BMU - İNHA İkili Diplom Proqramı ilə bağlı təəssüratlarını bölüşüb
Forwarded from UNEC
UNEC-in 53 məzunu 2024/2025-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Onlardan 10 nəfər ABŞ, 41 nəfər Birləşmiş Krallıq, 1 nəfər İtaliya, 1 nəfər isə Sinqapurun nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Məzunlarımızla qürur duyuruq, onlara təhsillərində və gələcək karyeralarında uğurlar arzulayırıq!

Daha ətraflı: https://news.unec.edu.az/xeber/125-universitet/12097-unec-in-53-mezunu-dovlet-programinin-galibi-olub
👍1