Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚BMU-İNHA İDP tələbələri “Azərbaycan Günü” tədbirində təqdimatla çıxış ediblər


Cənubi Koreya Respublikasının İNHA Universitetində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Azərbaycan Günü” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Koreyadakı səfirliyimizin birgə əməkdaşlığı çərçivəsində baş tutan tədbirdə Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU - İNHA İkili Diplom Proqramı) tələbələri də iştirak ediblər.

Daha ətraflı👇🏻
https://dp.edu.az/az/news/4796
👍1
📚✍🏻 Böyük Britaniyanın “Warwick” Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Bərpa olunan enerji üzrə birgə İkili diplom proqramının həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr İngiltərədə Yay Məktəbinə cəlb olunublar

👉🏻Daha ətraflı
📚✍🏻 Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın INHA Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Niyyət məktubu imzalanıb.

BMU-nun rektoru Yaqub Piriyev və INHA Universitetinin rəhbəri Cho Myong Voo tərəfindən imzalanan sənəd əlaqələrin gücləndirilməsi, eyni zamanda, hər iki tərəfin tələbələri üçün təhsil təcrübəsi və imkanlarını artırmaq məqsədi daşıyır.

İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, nazirin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, eləcə də hər iki universitetin rəhbər şəxsləri iştirak ediblər.

👉🏻ƏTRAFLI
👍1
📚ADA-Corc Vaşinqton ikili diplom proqramının növbəti Rəhbər Komitə iclası keçirilib


Elm və Təhsil Nazirliyi və ADA Universitetinin nümayəndələri ABŞ-yə səfər ediblər. Onlar ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramlarının Rəhbər Komitə iclasında iştirak ediblər.

Səfərin ikinci günündə baş tutan Rəhbər Komitə iclasında bir sıra məsələlər müzakirə olunub. İclasda ADA-nın professor-müəllim və işçi heyətinin peşəkar inkişafı ilə bağlı müzakirələrlə yanaşı, yeni təqdim edilən Kompüter Mühəndisliyi və Yüksək Performanslı Hesablamalar proqramı barədə danışılıb.


👉🏻DAHA ƏTRAFLI
👍2
📚🎓Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk “Məzun Günü” keçirilib.

👉🏻DAHA ƏTRAFLI
🎉2