Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
🎓📚 Ege Universitetində ADAU - Ege Universiteti ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

👉🏻Daha ətraflı
🎓📚 Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk məzunları üçün Koreya (Cənubi) Respublikasında 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” təşkil edilib.

👉🏻Daha ətraflı
👍2
📚🎓 İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının üçüncü məzun buraxılışı keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər.

👉🏻Daha ətraflı
ℹ️ “2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu yekunlaşıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb.

Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib. 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.

👉🏻Daha ətraflı
👎3👍1
📚✍🏻 Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universiteti arasında bitgə həyata keçirilən ikili diplom proqramının növbəti Rəhbər Komitə iclası keçirilib

👉🏻
DAHA ƏTRAFLI
✍🏻📚🎓 ADAU-EGE ikili diplom proqramının tələbəsi Ege Universitetindən birinciliklə məzun oldu

👉🏻ƏTRAFLI
🇦🇿 Bu gün Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür.

Yaşasın Qalib Azərbaycan Ordusu!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #26iyun #SilahlıQüvvələrGünü #Azərbaycan
2
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “Queen Mary University of London” ali təhsil müəssisəsində “İqtisadiyyat, maliyyə və idarəetmə” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan Müjgan Bayramova “Azərbaycan müəllimi” qazetinə müsahibə verib

Müsahibəni tam oxumaq üçün
keçid edin.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #tələbəninfikri
🅰️📚✍🏻 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikası "İstanbul Teknik Üniversitesi" ali təhsil müəssisəsində "Electronics and Communication Engineering (Elektronik və kommunikasiya mühəndisliyi)" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan Nahid Qüdrətli 2023/2024-cü tədris ilinin yaz semestrini yüksək göstəricilərlə (“A” / “A”) başa vurmuşdur.


Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
1