Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📢DİQQƏT!

ℹ️ 2024–2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb.

portal.edu.az üzərindən ərizəsini təsdiqləyə bilməyən namizədlər üçün sənəd qəbulu iyunun 20-dək davam edəcək.

👉🏻Daha ətraflı
3
🇦🇿 Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirik!

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #15iyun #QurtuluşGünü #Azərbaycan
2
🕌🐑 Bu gün İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramıdır.

Birlik, bərabərlik və qardaşlıq rəmzi olan bu bayramın hər evə sağlamlıq, əmin-amanlıq, xoşbəxtlik və bərəkət gətirməsi diləyi ilə Qurban Bayramınız mübarək olsun!

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #qurbanbayramı
1
🎓📚 Ege Universitetində ADAU - Ege Universiteti ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

👉🏻Daha ətraflı
🎓📚 Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) ilk məzunları üçün Koreya (Cənubi) Respublikasında 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” təşkil edilib.

👉🏻Daha ətraflı
👍2
📚🎓 İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının üçüncü məzun buraxılışı keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər.

👉🏻Daha ətraflı
ℹ️ “2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu yekunlaşıb

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb.

Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib. 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.

👉🏻Daha ətraflı
👎3👍1