Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
🅰️📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "University of Illinois at Urbana-Champaign" ali təhsil müəssisəsində "Finance (Maliyyə)" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Mehri Əliyeva 2023-2024-cü tədris ili üzrə payız və yaz semestrlərini bütün fənnlər üzrə yüksək göstəricilərlə ("A” / “A”) başa vurmuşdur.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dpiq #akademikuğur
👨‍👧‍👧1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqlar bizim gələcəyimizdir. Bir uşaq bir ailənin ümidi, bir millətin gələcəyidir. Bütün uşaqları sevək və qoruyaq ki, sabahlara olan ümidimiz heç azalmasın.

👏🏻 Bütün uşaqlara sağlamlıq və xoşbəxt gələcək arzulayırıq!🎈

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #1iyun #uşaqlarınbeynəlxalqmüdafiəsigünü #Azərbaycan
1
🇦🇿"University of Malaya" ali təhsil müəssisəsində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş müzakirə paneli təşkil edilib

👉🏻DAHA ƏTRAFLI
ℹ️ 📈 May ayı üzrə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən cavablandırılan vətəndaş müraciətiləri.

2024-cü ilin may ayı üzrə Dövlət Proqramı İdarəetmə Qrupuna ümumilikdə 1467 müraciət daxil olub. Hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və cavablandırılıb.

#ElmVəTəhsilNazirliyi #EduAz #DPİQ #xaricdətəhsil #bakalavriat #magistratura #DövlətProqramı #dpiq #vətəndaşmüraciətləri #statistika
📢 07 iyun 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı məlumat sessiyası həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili
Saat: 16:00
👉🏻QEYDİYYAT LİNKİ

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası
ℹ️ ADAU-EGE ikili diplom proqramının akademik heyəti Gədəbəydə fermerlərlə görüşüb

👉🏻ƏTRAFLI
🥇📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University College London” ali təhsil müəssisəsindəBeyin bərpa və reabilitasiya (Alzheymer xəstəliyi) üzrə doktorantura səviyyəsində təhsil alan Aygün Bədəlova PhD Power Pitch simpoziumunda qalib seçilib.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿📚☕️Qlazqo universitetində “Azərbaycan Çay süfrəsi” tədbiri keçirilib

Qlazqo universitetində UNESCO-nun ənənəvi “RILA Spring School” layihəsi çərçivəsində UNESCO-nun təşkilatçılığı, Azərbaycan Diasporasının və Qlazqo Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan Çay süfrəsi” tədbiri keçirilmişdir.


👉🏻ƏTRAFLI
🏆📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "Queen Mary University of London" ali təhsil müəssisəsində "İqtisadiyyat, maliyyə və idarəetmə" ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan Müjgan Bayramova ayın tələbəsi seçilib.

👉🏻ƏTRAFLI
👍2
🏆📚✍🏻 Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbələri “Zərif mühəndislər” təqaüd proqramının qalibi olublar

👉🏻DAHA ƏTRAFLI
📢 Hörmətli müraciətçilər
my.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur!