Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
ℹ️📚 29 aprel - 3 may 2024-cü il tarixlərində “Warwick” Universitetinin "WMG" departamentinin əcnəbi-professor müəllim heyətindən olan dosent Maria Tareen Bərpa olunan enerji mənbələri ixtisası üzrə İkili Diplom Proqramı çərçivəsində "Advanced Renewable Energy Technologies" modulu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunmuş intensiv tədris sessiyasına rəhbərlik etdi. Tələbələr külək enerjisi, günəş enerjisi, bioenerji, hidrogen enerjisi və hibrid enerji də daxil olmaqla, bərpa olunan enerji texnologiyalarının müxtəlif istiqamətləri ilə bağlı olan bu fənni maraqla qarşıladılar.

👉🏻ƏTRAFLI
👍21
ℹ️📚 Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının akademik heyəti Şəki şəhərinə səfər edib

👉🏻Ətraflı
📚🥇 BMU-İNHA ikili diplom proqramı tələbələri Təhsilin İnkişafı Fondunun təşkil etdiyi “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsində qalib oldular

👉🏻DAHA ƏTRAFLI
🔴 17 may saat 16:00-da Təhsil TV-nin rəsmi “Facebook” və "YouTube" səhifələrində “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası baş tutacaq və suallar cavablandırılacaq.

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı suallarınızı bu postun “Rəy” bölməsində, eləcə də canlı yayım zamanı qeyd edə bilərsiniz.

#ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #DövlətProqramı #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası #canlıyayın
📚🏆"2019-2023 Dövlət Proqramı" doktorantı tezis müsabiqəsinin qalibi seçildi

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Essex" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Fərid Ədilov "3 dəqiqəlik tezis yarışması"nın (Three Minutes Thesis Competition- 3MT) tezis müsabiqəsinin qalibi seçilib.

👉🏻ƏTRAFLI
👍1
Dövlət Proqramına müraciət etmək istəyənlərin nəzərinə!📢


ℹ️ 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə sənəd qəbulunun başa çatmasına son 30 gün qaldı.

📌Qeyd edək ki, hazırda 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu davam edir.

📌Xatırlatmaq istərdik ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə 1 mart 2024-cü il tarixindən sənəd qəbuluna start verilib.

ℹ️ Sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #sənədqəbulu
#son30gün
📚 Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün növbəti karyera görüşü təşkil olunub

👉🏻Daha ətraflı
👍1