Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
ℹ️📚 "2019-2023 Dövlət Proqramı" doktorantının vebinarı baş tutub

26 Aprel 2024-cü il tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi Elmi Cəmiyyətinin təşkilati dəstəyi ilə vebinar keçirmişdir. Vebinarda sosial elmlər üzrə keyfiyyət tədqiqatlarında “Grounded Theory” metodologiyasının istifadəsi haqqında məlumat verilmişdir və vebinar iştirakçılarıyla fikir mübadiləsi aparılmışdır.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #doktorantura #vebinar
1
🗓 3 may 2024-cü il tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası baş tutacaq.

Qeyd edək ki, məlumat sessiyası Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Facebook hesabında canlı yayımlanacaq. Məlumat sessiyasında mütəxəssisimiz tərəfindən proqrama dair ətraflı məlumat verilərək və izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

📌Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili;
Saat: 15.00;
Platforma: Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Facebook hesabı

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası #canlıyayın
BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.

Hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa Koreya nümayəndələri onlayn qoşulub.

İclasda 2023-cü ilin maliyyə hesabatı, 2023/2024-cü tədris ili üzrə payız semestrinin akademik nəticələri, 2024-cü ildə baş tutacaq fəaliyyətlərin təqvimi, təkrar imtahan meyarlarının dəyişdirilməsi, proqram üzrə tədris planı və digər məsələlər müzakirəyə çıxarılıb. Gündəlikdə yer alan istiqamətlərlə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və digərləri çıxış ediblər. Müvafiq qərarların qəbul olunduğu iclasda bəzi məsələlərə və səsləndirilən təkliflərə qısa müddətdə yenidən baxılması razılaşdırlıb.

👉🏻ƏTRAFLI
📚 Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində "Sinifdə məzun var" layihəsi start götürüb

👉🏻Daha ətraflı