Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Bristol" ali təhsil müəssisəsində "Neyroelm və təhsil” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Günay Qocalı “Azərbaycan müəllimi” qazetinə müsahibə verib.

Müsahibəni tam oxumaq üçün👇🏻
https://www.muallim.edu.az/news.php?id=29171
📚📖 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Warwick" ali təhsil müəssisəsində informasiya texnologiyaları ixtisas istiqaməti, “Kibertəhlükəsizlik mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Canıbaba Hacızadə "Black Hat Europe 2023" adlı beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak üçün təqaüd proqramını qazanmış və konfransda iştirak etmişdir.

👉🏻ƏTRAFLI
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
❗️📚 Dövlət Proqramı iştirakçısının elmi-tədqiqat nəticələri ABŞ Dövlət Departamentində dinlənilib

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Raul Məmmədov, ötən il bir neçə tələbə yoldaşları ilə ABŞ Dövlət Departamenti üçün tədqiqat aparmaq hüququnu qazanmışdı.

12 aprel, 2024-cü il tarixində Raul Məmmədov tələbə yoldaşlarından ibarət qrupa rəhbərlik edərək, paytaxt Vaşinqtonda yerləşən Dövlət Departamentində "Şərqi Avropada Lüstrasiya Siyasətin İnsan Haqlarına Təsiri” mövzusunda aparılan tədqiqatlarının nəticələri haqqında təqdimatla çıxış edib.

👉🏻ƏTRAFLI

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #proqramiştirakçıları #tələbəninuğuru
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
🏆🇦🇿 20-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış edən BMU-İNHA İDP tələbələrindən ibarət komandaları-“ROBOXIDE” (Mayis Əzizov, Mentor - Əli Həsənov; tələbələr: Alpər Qəhrəmanlı, Məhəmməd Qurbanzadə, Nicat Məlikli) və “A-MAZE” (Mentor - Elməddin Hüseynov; tələbələr: Nihad Məhərrəmov, Şahanə Mirəliyeva, Murad Kərimli, Yelmar Fərhadov, Elturan Əliyev) birinci yerin qalibi olub.

Dünyanın ən böyük robototexnika yarışması olan “Robotex”in yarımfinal mərhələsində böyük uğura imza atan “ROBOXIDE” “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub. Komandalara “Robotex Türkiyə” Milli Cempionatının sertifikatları təqdim olunub.

👉🏻Ətraflı
📢25 aprel 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

✍🏻Məlumat sessiyasına dair detallar:

Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili
Saat: 16:00

👉🏻
QEYDİYYAT

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası
📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Edinburgh" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Cəvahir Ələkbərli Avropa parlamentində təşkil edilən "Level Up!" adlı gənclər forumunda Azərbaycanı təmsil edib.

👉🏻ƏTRAFLI

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #proqramiştirakçıları #tələbəninuğuru
📢 DİQQƏT!
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2022-2026 Dövlət Proqramı”nın müvafiq seçim qaydasının 3.1-ci yarımbəndi, “2022-2026 Dövlət Proqramı” çərçivəsində daha öncə həyata keçirilmiş sənəd qəbulu tarixləri və proqram çərçivəsində seçiləcək namizədlərin vaxtında təhsil ölkəsində olması əsas götürülərək proqram iştirakçılarının seçimi barədə elan hər tədris ilinin başlanmasına azı 6 (altı) ay qalmış Nazirliyin rəsmi internet saytında verilir.

👉🏻ƏTRAFLI
📚"Grounded Theory" metodologiyası mövzusunda vebinar

👥Vebinar "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov tərəfindən həyata keçiriləcəkdir.

ℹ️ Vebinara dair detallar:
Tarix: 26 aprel
Saat: 20:00
Platforma: Microsoft Teams platforması

İştirak etmək üçün link:
https://us06web.zoom.us/j/82730448654
👍1
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
❗️✍🏻 BMU-da TOPİK imtahanı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 93-cü TOPİK (Test of Proficiency in Korean) imtahanı keçirilib. İmtahan Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) təşkilatçılığı ilə baş tutub.

👉🏻DAHA ƏTRAFLI
ℹ️ Dövlət Proqramı iştirakçısı BMT-nin Sammitində iştirak edib

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Columbia University” ali təhsil müəssisəsində “Beynəlxalq Təhsilin İnkişaf etdirilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Günay Məmmədova Birləşmiş Millətlər Təşkilatının Qlobal Öhdəlik Sammitində iştirak edib.

👉🏻DAHA ƏTRAFLI
1
ℹ️📚 "2019-2023 Dövlət Proqramı" doktorantının vebinarı baş tutub

26 Aprel 2024-cü il tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın "University of Malaya" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Elçin Hüseynov, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi Elmi Cəmiyyətinin təşkilati dəstəyi ilə vebinar keçirmişdir. Vebinarda sosial elmlər üzrə keyfiyyət tədqiqatlarında “Grounded Theory” metodologiyasının istifadəsi haqqında məlumat verilmişdir və vebinar iştirakçılarıyla fikir mübadiləsi aparılmışdır.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #doktorantura #vebinar
1
🗓 3 may 2024-cü il tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası baş tutacaq.

Qeyd edək ki, məlumat sessiyası Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Facebook hesabında canlı yayımlanacaq. Məlumat sessiyasında mütəxəssisimiz tərəfindən proqrama dair ətraflı məlumat verilərək və izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

📌Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili;
Saat: 15.00;
Platforma: Dövlət Proqramı İdarəetmə Qrupunun rəsmi Facebook hesabı

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası #canlıyayın