Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "London School of Economics" (LSE) ali təhsil müəssisəsində "Dövlət idarəetməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Aydan Abbasquliyeva “Azərbaycan müəllimi” qazetinə müsahibə verib.


Müsahibəni tam oxumaq üçün
👉🏻keçid edin.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #tələbəninfikri
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
ℹ️ Dövlət Proqramı İdarəetmə Qrupunun vətəndaş qəbulu təqdim edilən cədvəl əsasında həyata keçirilir.

⚠️ VACİB QEYD: Vətəndaş qəbuluna yazılmaq üçün hər həftənin cümə axşamı saat 12:00-a qədər qeydiyyatdan keçməyiniz mütləqdir.

Vətəndaş qəbuluna yazılmaq üçün:
edu.gov.az rəsmi veb səhifəsinə daxil olaraq müvafiq bölmə üzərindən qəbula yazıla bilərlər.

#ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #XaricdəTəhsil #vətəndaşqəbulu
“2022-2026 Dövlət Proqramı”na sənəd qəbulu hansı formada həyata keçirilir?

2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu
portal.edu.az üzərindən həyata keçirilir.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #sənədqəbulu

https://youtu.be/qMOxNYYU3rw?t=1
Böyük Britaniyanın “Warwick” Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Bərpa olunan enerji üzrə İkili diplom proqramının Rəhbər Komitə iclası “Warwick” Universitetində baş tutmuşdur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #ADNSU #WarwickUniversty #İkiliDiplomProqramı #DualDiplomaProgram
Böyük Britaniyanın “Warwick” universitetində təhsil alan Dövlət Proqramı iştirakçıları ilə görüş keçirilib.

16 aprel tarixində Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşavirinin, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbərinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyətinin Böyük Britaniyanın “Warwick” universitetinə səfəri çərçivəsində “Warwick” Universitetində təhsil alan Dövlət Proqramı iştirakçıları ilə görüş keçirilib.

Görüş zamanı tələbələrin “Warwick” universitetində təhsilləri ilə bağlı məsələlər daha yaxından öyrənilib, sual və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

👉🏻ƏTRAFLI

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #WarwickUniversty
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Bristol" ali təhsil müəssisəsində "Neyroelm və təhsil” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Günay Qocalı “Azərbaycan müəllimi” qazetinə müsahibə verib.

Müsahibəni tam oxumaq üçün👇🏻
https://www.muallim.edu.az/news.php?id=29171
📚📖 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Warwick" ali təhsil müəssisəsində informasiya texnologiyaları ixtisas istiqaməti, “Kibertəhlükəsizlik mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Canıbaba Hacızadə "Black Hat Europe 2023" adlı beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak üçün təqaüd proqramını qazanmış və konfransda iştirak etmişdir.

👉🏻ƏTRAFLI
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
❗️📚 Dövlət Proqramı iştirakçısının elmi-tədqiqat nəticələri ABŞ Dövlət Departamentində dinlənilib

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Raul Məmmədov, ötən il bir neçə tələbə yoldaşları ilə ABŞ Dövlət Departamenti üçün tədqiqat aparmaq hüququnu qazanmışdı.

12 aprel, 2024-cü il tarixində Raul Məmmədov tələbə yoldaşlarından ibarət qrupa rəhbərlik edərək, paytaxt Vaşinqtonda yerləşən Dövlət Departamentində "Şərqi Avropada Lüstrasiya Siyasətin İnsan Haqlarına Təsiri” mövzusunda aparılan tədqiqatlarının nəticələri haqqında təqdimatla çıxış edib.

👉🏻ƏTRAFLI

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #proqramiştirakçıları #tələbəninuğuru
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
🏆🇦🇿 20-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış edən BMU-İNHA İDP tələbələrindən ibarət komandaları-“ROBOXIDE” (Mayis Əzizov, Mentor - Əli Həsənov; tələbələr: Alpər Qəhrəmanlı, Məhəmməd Qurbanzadə, Nicat Məlikli) və “A-MAZE” (Mentor - Elməddin Hüseynov; tələbələr: Nihad Məhərrəmov, Şahanə Mirəliyeva, Murad Kərimli, Yelmar Fərhadov, Elturan Əliyev) birinci yerin qalibi olub.

Dünyanın ən böyük robototexnika yarışması olan “Robotex”in yarımfinal mərhələsində böyük uğura imza atan “ROBOXIDE” “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub. Komandalara “Robotex Türkiyə” Milli Cempionatının sertifikatları təqdim olunub.

👉🏻Ətraflı