Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
Dövlət Proqramı
02 aprel 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və…
02 aprel 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib.

👉🏻Ətraflı
Media is too big
VIEW IN TELEGRAM
"2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun #görüş #karyerasərgisi
Media is too big
VIEW IN TELEGRAM
🎓 “2022–2026-cı illər üzrə Dövlət Proqramı”nın ilk məzunları üçün karyera sərgisi keçirilib.

Ətraflı:
https://dp.edu.az/az/news/3741

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun #görüş #karyerasərgisi #DövlətProqramı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇬🇧 Böyük Britaniyada azərbaycanlı tələbələr və məzunlar şəbəkələşmə və əməkdaşlıq üçün Londonda baş tutan faydalı tədbirdə bir araya gəliblər.
@lsesu.azsoc

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı
Media is too big
VIEW IN TELEGRAM
"2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə namizədlərin müsahibə mərhələsinə start verildi

👉🏻ƏTRAFLI
ℹ️ Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə düyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələ olan müsahibə mərhələsinə keçid əldə edirlər.

Qəbul prosesinin tərkib hissəsi olan müsahibələrin keçirilməsinə 5 aprel 2024-cü il tarixindən start verildi.

Müsahibə mərhələsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçid alır.

Ətraflı: https://dp.edu.az/az/news/3742
Əziz tələbələr və məzunlar!

Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız

Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır.

Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz.

İş qrafikiniz sərbəstdir. 3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq.

Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə
Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi🗓
10 aprel, 2024-cü il
🎓📃 Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan 5 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsil müəssisəsində 3 aya qədər davam edən tədqiqat proqramında iştirak edib.

👉🏻Ətraflı
Reytinq cədvəllərinə dair açıqlama ℹ️

Məlum olduğu kimi, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı” əsas götürülərək həyata keçirilir. Bununla yanaşı, 2024/2025-ci tədris ilində "Times Higher Education", “QS World University Rankings” və “Academic Rankıng of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər “2022-2026 Dövlət Proqramı”na müraciət edə bilərlər.

👉🏻ƏTRAFLI
Həmrəylik və bərabərlik rəmzi olan Ramazan bayramınız mübarək!🌙
Allah ibadətlərinizi qəbul etsin!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #ramazanbayramı #11ayınsultanı