Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
ℹ️ VACİB MƏLUMAT!

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə keçirilən müsahibələr aprel ayından başlayacaq.

Əlavə məlumat üçün:
📞 146-9
🌐
dp.edu.az

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #müsahibə #tarix
Media is too big
VIEW IN TELEGRAM
🌱🎉20 mart tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində "İmperial College London" ali təhsil müəssisəsində təhsil alan Samir Rzayev və “London School of Economics” ali təhsil müəssisəsində təhsil alan Aydan Abbasquliyeva tərəfindən qeyd edilən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Novruz tədbiri təşkil edilib.

Tədbir çərçivəsində Hindistan, Amerika Birləşmiş Ştatları, İtaliya, Pakistan, Çin, Almaniya, Kolumbiya və Meksika kimi müxtəlif ölkələrdən olan xarici tələbələr Novruz adət-ənənələri, qədim dəyərlərimiz və mədəniyyətimiz ilə tanış olublar. Tədbirdə yumurta döyüşü, ölkəmizlə bağlı intellektual suallardan ibarət "quiz" kimi əyləncəli oyunlar da təşkil edilib, qaliblərə Azərbaycanla bağlı hədiyyələr təqdim edilib.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #novruzbayramı #london
ℹ️ “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024/2025-ci tədris ilində təhsil üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının xarici ali təhsil müəssisələri üzrə siyahısı ilə tanış ola bilərsiniz.

Müvafiq siyahıya keçid:
https://rb.gy/408nxd

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #ixtisaslar #siyahı
📚 Bu gün Azərbaycanda Elm Günüdür

Bu gün münasibəti ilə ölkəmizin bütün elm ictimaiyyətini təbrik edir, yeni-yeni elmi uğurlar və nailiyyətlər arzu edirik.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #elmgünü
#birsualbircavab

ℹ️ Dövlət Proqramına Müvafiq qaydalara əsasən, sənədlər ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu təqdirdə Azərbaycan dilinə tərcümə olunaraq notariat qaydasında təsdiq edilməlidir.

🗓 Qeyd edək ki, qəbula müraciət üçün son tarix: 15 iyun müəyyən edilmişdir.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #sənədqəbulu #birsualbircavab
🎉🌱 "King's College London"da tələbələrimizin təşkil etdiyi Novruz Bayramı tədbiri keçirilib.

19 Mart tarixində King's College London ali təhsil müəssisəsində təhsil alan Dövlət Proqramı iştirakçıları, eyni zamanda KCL Azərbaycan Cəmiyyətinin üzvləri Aygün Səmədli, Nərmin Quliyeva, Vaqif Quliyev və İslam Kərimli tərəfindən King's College Londonda Novruz Bayramı tədbiri təşkil olunmuşdur.

Tədbirdə ümumilikdə Çin, Rusiya, Qazaxıstan, Hindistan, Pakistan, Filippin və Polşa da daxil olmaqla 10-a yaxın ölkədən 30-dan çox tələbə iştirak etmişdir.

Ətraflı:
https://dp.edu.az/az/news/3739
🔴 29 mart tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasında "Istanbul University" ali təhsil müəssisəsində "İqtisadiyyat və idarəetmə" ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Məmməd Qurbanlının "Öyrənən Təşkilatlar" mövzusunda elmi müzakirəsi baş tutacaq.

Görüş 29 mart tarixində saat 12:00-da baş tutacaq və “UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi”nin Facebook sosial şəbəkəsi hesabı üzərindən canlı olaraq yayımlanacaqdır.

👉🏻Facebook səhifəsinə keçid.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #canlıyayım
🎉🌱 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil alan tələbələr - Günay Məmmədovanın təsis və sədrlik etdiyi və İlqar Məmmədovun şəbəkələşmə və yeni üzvlər üzrə məsul olduğu “Azərbaycan-Amerika Gənclər Federasiyası” qeyri-hökumət təşkilatının (AAYF) təşkilatçılığı ilə Kolumbiya Universitetində Novruz bayramı qeyd olunub.

Tədbirdə Nyu-Yorkda, eləcə də yaxın ştatlarda yaşayan 30-a yaxın tələbə, məzun və gənc, o cümlədən Kolumbiya Universiteti və Nyu York Universitetinin "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarınında təhsil alan tələbələri iştirak edib.

👉🏻Ətraflı
#birbaşayayın 🔴

🎙 Bu gün saat 14:00-da Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşı Proqram Mütəxəssisi Gülnarə Məmmədovanın ARAZ FM radiosu “QƏBUL VAXTI” verlişində çıxışı baş tutacaq.

Çıxışı həm radio üzərindən dinləyə, həm də “ARAZ FM”in Facebook sosial şəbəkəsi hesabı üzərindən canlı izləyə bilərsiniz.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #canlıyayım #arazradio #məlumatsessiyası
31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür🥀

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə, təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Soyqırım qurbanı olan soydaşlarımızın əziz xatirəsini hüznlə anırıq!

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #31mart #azərbaycanlılarınsoyqırımıgünü