Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
13 sentyabr 2023-cü il tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair canlı məlumat sessiyası həyata keçiriləcək. Qeyd edək ki, məlumat sessiyasında proqrama dair ətraflı məlumat verilərək izləyiciləri maraqlandıran suallar cavablandırılacaq. Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili;
Saat: 15:00;
Platforma: Dövlət Proqramının rəsmi Instagram səhifəsi - https://www.instagram.com/dpeduaz/

#dpiq #xaricdetehsil #DövlətProqramı #EduAz #canliyayim
15 sentyabr 2023-cü il tarixində "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair növbəti canlı məlumat sessiyası həyata keçiriləcək. Qeyd edək ki, məlumat sessiyasında "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of Strathclyde" ali təhsil müəssisəsində təhsil alan Turan Nağıyeva da iştirak edərək izləyiciləri maraqlandıran sualları cavablandıracaq. Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək. Məlumat sessiyasına dair detallar:

Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili;
Saat: 15:00;
Qeydiyyat linki: https://forms.gle/Q8i2yV3Eu7iKbHX1A

#dpiq #xaricdetehsil #DövlətProqramı #EduAz #canliyayim
Sentyabrın 13-də “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023–2024-cü tədris ilində dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış proqram iştirakçıları, eyni zamanda, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın bir qrup məzununun iştirakı ilə görüş keçirilib.

Ətraflı- https://dp.edu.az/az/news/3655

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #dpiq
Media is too big
VIEW IN TELEGRAM
2023–2024-cü tədris ilində dövlət proqramları çərçivəsində xaricdə təhsil hüququ qazanan şəxslər və məzunlarla görüş keçirilib.

Tələbələrə təhsil və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

#ElmVəTəhsilNazirliyi #DövlətProqramı
Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) 2023/2024 tədris ili üzrə qəbul olmuş tələbələrlə görüş keçirilib.

Ətraflı: https://dp.edu.az/az/news/3658

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #BMU #BEU #BakıMühəndislikUniversiteti #INHAUniversity #SouthKorea #BMUİNHAİDP #BEUINHADDP #İkiliDiplomProqramı #DualDiplomaProgram
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 30 sentyabr saat 23:59-da başa çatacaq.

Ətraflı: https://dp.edu.az/az/news/3660

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #doktorantura #dpiq
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə namizədlərin seçimi iki mərhələdən ibarətdir.

İlk mərhələdə namizəd tələb olunan sənədlərin skan edilmiş surətini elektron ərizə sistemində “Şəxsi kabinet” yaradaraq əlavə edib, elektron ərizəni təsdiq etməlidir. İlkin mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsinə dəvət olunur.

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 10 oktyabr saat 23:59-da başa çatacaq.

Ətraflı: https://dp.edu.az/az/news/3665

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #doktorantura #dpiq
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu 10.10.2023-cü ildə başa çatır.

Ətraflı- https://dp.edu.az/az/news/3665

#ElmVəTəhsilNazirliyi #EduAz #XaricdəTəhsil
Bakalavriat təhsil səviyyəsi üzrə aqrar ixtisaslar sahəsində artıq dördüncü ildir həyata keçirilən ADAU-EGE birgə ikili diplom proqramının növbəti Rəhbər Komitə görüşü 25 oktyabr tarixində Türkiyə Respublikasının İzmir şəhərində, Ege universitetində baş tutmuşdur.
Ətraflı: https://dp.edu.az/az/news/3673

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq #ADAU #ege #IDP
ADAU-EGE İDP çərçivəsində Ege Universitetində təhsil alan tələbələrlə görüş keçirilib.
Ətraflı: https://dp.edu.az/az/news/3675

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq #ADAU #ege #IDP
"2019-2023 Dövlət Proqramı" çərçivəsində İsveçrə Konfederasiyasının "Zurich University" ali təhsil müəssisəsində "Təbiət" ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Elxan Yusifov tərəfindən 24-26 noyabr tarixlərində International Brain Research Organization (#IBRO) əməkdaşlığı ilə, “3P necə effektiv hazırlanır: Paper, Poster, Presentation” mövzusunda vörkşop təşkil ediləcək.

Ətraflı: https://dp.edu.az/az/news/3678

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq
Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (IDP) üzrə təhsil alan II və III kurs tələbələri ilə görüşlər keçirilib.

Ətraflı: https://dp.edu.az/az/news/3679

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq
BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının "İnformasiya texnologiyaları" ixtisasında təhsil alan III kurs tələbələri Ayxan Ələkbərov və Nəbi Şirinov “MDB üçün 100 ideya” Beynəlxalq gənclər yarışında təhlükəsizlik istiqaməti üzrə “MineOP” layihəsi ilə çıxış ediblər.

Ətraflı: https://dp.edu.az/az/news/3680

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 2023/2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələrinə start verilib.

Ətraflı: https://dp.edu.az/az/news/3681

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdetehsil #dpiq
2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Ətraflı: https://dp.edu.az/az/news/3682

#ElmVəTəhsilNazirliyi #EduAz #XaricdəTəhsil
2024/2025-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət etmək üçün universitet və ixtisasların siyahısı Elm və Təhsil Nazirliyini tərəfindən təsdiq olunmuşdur. Sözügedən proqram çərçivəsində dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində 15 prioritet ixtisas istiqaməti üzrə təhsil almaq imkanı mövcuddur.
Ətraflı: https://dp.edu.az/az/news/3682

#ElmVəTəhsilNazirliyi #EduAz #XaricdəTəhsil #dpiq