Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
______________________________________________________________

Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.
Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz:
https://dp.edu.az/uploads/fileuploads/2022/12/bb6c86b54d0f4881a38cac1ae80b4a8f.pdf
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #DövlətProqramı
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “Queen’s University Belfast” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Məmmədzadə Mirazər, Paşayeva Nuriyyə və İmanzadə Ülkər və digər azərbaycanlı tələbələr tərəfindən Gənclər Fondu və ASAP-ın dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Azərbaycan dünəndən bu günə" adlı tədbir təşkil olunub. Tədbirdə müxtəlif ölkələrin tələbələri iştirak edərək Azərbaycanın tarixi və bu günü haqqında geniş məlumat əldə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov video müraciətlə çıxış edərək Azərbaycanın Dövlətçilik tarixi, eyni zamanda Müstəqillik gününün tarixi ilə bağlı məlumat verib.
Ətraflı: https://dp.edu.az/az/news/3552

#xaricdetehsil #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #DövlətProqramı #magistratura #bakalavriat
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci bəndində verilən prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər təqaüd üçün müraciət edə biləcəklər. Sənəd qəbulu 14.07.2023-cü il tarixinədək həyata keçiriləcək.
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

Ətraflı: https://dp.edu.az/az/news/3554

#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil
İyun ayının 5-dən etibarən 2023/2024-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU - İNHA İkili Diplom Proqramı) dair onlayn qeydiyyat prosesinə start verilib. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib.

Ətraflı: https://dp.edu.az/az/news/3553

#dpiq #ElmVəTəhsilNazirliyi #bmuinha
Dövlət Proqramına son müraciət tarixi 14 iyul 2023-cü ildir.
Ətraflı: https://dp.edu.az/az/news/3554

#xaricdetehsil #ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #bakalvriat #magistratura
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələri davam edir. Prosesi izləmək məqsədilə iyunun 21-də media nümayəndələrinin iştirakı ilə müsahibələrin təşkil edildiyi mərkəzə mediatur keçirilib.

Ətraflı: https://dp.edu.az/az/news/3556

#dpiq #EduAz #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #magistratura #bakalvriat
"2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı"na müraciət etmiş namizədlərin müsahibələri davam edir.

Qeyd edək ki, sözügedən proqrama 2023-2024-cü tədris ili üzrə müraciət üçün son tarix 14 iyul 2023-cü ildir.

https://www.youtube.com/watch?v=V8ObyWeIAro

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil
📢24 iyun saat 15:00-da "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsillə bağlı canlı yayım olacaq.
📌Müvafiq suallarınıza aydınlıq gətirmək üçün canlı yayımı izləməyi unutmayın.
✅️Qeyd edək ki, növbəti tədris ili üzrə proqrama son müraciət tarixi 14 iyul 2023-cü ildir.

#ElmVəTəhsilNazirliyi #dpiq #EduAz #xaricdetehsil #magistratura #bakalavriat
BDU və HUJI arasında magistratura səviyyəsində ”Biotexnologiya” ixtisası üzrə həyata keçiriləcək ikili diplom proqramına qəbul müvafiq tədris ilində mərkəzləşdirilmiş qəbul imtahanında əldə olunmuş nəticələr əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
İkili diplom proqramına müraciət etmək istəyənlərdən aşağıdakılar tələb olunur:
· “Biologiya”, “Kimya”, “Kimya mühəndisliyi”, “Fizika” və ya “Ekologiya” ixtisaslarından biri üzrə bakalavr dərəcəsinə malik olmaq;
· Yüksək akademik göstəriciyə malik olmaq (Ümümi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – 80+);
· IELTS balı minimum 6 və ya internet əsaslı TOEFL testində minimum 89 bal;
· Bakalavr dərəcəsinin alındığı ali məktəbin professor-müəllim heyətindən tövsiyə məktubu;
· Tibbi arayış.

Ətraflı: https://dp.edu.az/az/news/3559

#dpiq #EduAz #ElmVəTəhsilNazirliyi #ikilidiplom
1
Elm və təhsil naziri #ADPU ilə ABŞ universitetinin ikili diplom proqramının məzun günündə iştirak edib

#ElmVəTəhsilNazirliyi #EduAz #məzungünü #dpiq #ikilidiplom

Ətraflı: https://dp.edu.az/az/news/3561
"2019-2023 Dövlət Proqramı" çərçivəsində İsveçrənin "Zurich University" ali təhsil müəssisəsində təbiət ixtisas istiqaməti üzrə təhsil alan doktorant Elxan Yusifov, “2007-2015 Dövlət Proqramı” çərçivəsində Kanadanın “Queen`s University” ali təhsil müəssisəsindən məzun olan Cəmil Muradov ilə birgə “Azərbaycan Neyroelm Cəmiyyəti” (ANC) təsis etmişdir. Azərbaycanda ilk neyroelm cəmiyyəti olan ANC-nin məqsədi sinir sisteminin heyrətamiz inkişafını tədqiq edən peşəkarlar arasında tədqiqat, təhsil və əməkdaşlığın inkişaf etdirilməsidir. Qeyd edək ki, cəmiyyətin idarə heyətinin üzvlərindən ikisi - Sadiq Niftullayev və Ərtoğrul Alışbəyli - “2007-2015 Dövlət Proqramı” çərçivəsində Kanadada neyroelm üzrə bakalavr təhsili almışlar və hazırda bu istiqamətdə araşdırlmalarını davam etdirirlər.

ANC haqqında ətraflı məlumat vebsaytdan əldə oluna bilər: neuroscience.az

#ElmVəTəhsilNazirliyi #dpiq #doktorantura #doktorantlarimizitaniyaq #xaricdətəhsil #EduAz
"2019-2023 Dövlət Proqramı" çərçivəsində bakalavriat səviyyəsi üzrə mühəndislik ixtisasları üzrə BMU-İNHA arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının direktoru Humay Cəfərli "Azərbaycan müəllimi" qəzetinə proqram haqqında müsahibə vermişdir. Humay Cəfərli beynəlxalq ikili diplom proqramının icrası və əhəmiyyəti, proqrama yeni qəbul kampaniyası barədə öz fikirlərini oxucularla bölüşmüşdür.
Müsahibə ilə keçiddən tanış olmaq olar: https://muallim.edu.az/news.php?id=25183
BMU - İNHA İkili Diplom Proqramı

#EduAz #ElmVəTəhsilNazirliyi #ikilidiplom #bakalavriat #bmuinha
“2019-2023 Dövlət Proqramı” çərçivəsində BMU-İNHA arasında bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramına 2023/2024-cü tədris ili üçün qəbul prosesi aparılan mühəndislik ixtisaslarından biri də “Elektrik mühəndisliyi”dir.
Proqram haqqında ətraflı məlumat: https://dp.edu.az/az/news/3565

Qeyd edək ki, qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib.

#dpiq #ElmVəTəhsilNazirliyi #bmuinha #DualDiplomaProgram