Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
Mayın 24-də Bakı Dövlət Universiteti (#bdu) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında #ikilidiplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.
#ElmVəTəhsilNazirliyi #EduAz #dpiq
Ətraflı: https://dp.edu.az/az/news/3539
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “University of Glasgow” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Əliyeva Ləman, Hacızadə Kamran, Məmmədova Nərgiz, Ələkbərov Cavid, Quliyeva Ətir, Xasməmmədov Murad, İsmayılova Samirə, Məmmədova Fatimə və digər azərbaycanlı tələbələr 28 May – Müstəqillik Günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər. Tədbir zamanı Azərbaycanın müstəqillik tarixindən bəhs edilmiş və sonda Müstəqillik Gününə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilmişdir. Qalib olan komandaya Azərbaycana dair attributlar və kitablar hədiyyə edilmişdir.

#ElmVəTəhsilNazirliyi #dpiq #MüstəqillikGünü #DövlətProqramı #xaricdetehsil
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın “University of Malaya” ali təhsil müəssisəsində sosiologiya ixtisası üzrə doktorantura təhsili alan Elçin Hüseynov Bakı Dövlət Universitetində "Etnoqrafik tədqiqat metodu" adlı mövzuda vebinar keçirmişdir.

#dpiq #DövlətProqramı #doktorantlarimizitaniyaq #doktorantura #ElmVəTəhsilNazirliyi
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
______________________________________________________________

Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.
Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz:
https://dp.edu.az/uploads/fileuploads/2022/12/bb6c86b54d0f4881a38cac1ae80b4a8f.pdf
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #DövlətProqramı
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “Queen’s University Belfast” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Məmmədzadə Mirazər, Paşayeva Nuriyyə və İmanzadə Ülkər və digər azərbaycanlı tələbələr tərəfindən Gənclər Fondu və ASAP-ın dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Azərbaycan dünəndən bu günə" adlı tədbir təşkil olunub. Tədbirdə müxtəlif ölkələrin tələbələri iştirak edərək Azərbaycanın tarixi və bu günü haqqında geniş məlumat əldə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov video müraciətlə çıxış edərək Azərbaycanın Dövlətçilik tarixi, eyni zamanda Müstəqillik gününün tarixi ilə bağlı məlumat verib.
Ətraflı: https://dp.edu.az/az/news/3552

#xaricdetehsil #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #DövlətProqramı #magistratura #bakalavriat
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci bəndində verilən prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər təqaüd üçün müraciət edə biləcəklər. Sənəd qəbulu 14.07.2023-cü il tarixinədək həyata keçiriləcək.
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.

Ətraflı: https://dp.edu.az/az/news/3554

#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil
İyun ayının 5-dən etibarən 2023/2024-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU - İNHA İkili Diplom Proqramı) dair onlayn qeydiyyat prosesinə start verilib. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib.

Ətraflı: https://dp.edu.az/az/news/3553

#dpiq #ElmVəTəhsilNazirliyi #bmuinha
Dövlət Proqramına son müraciət tarixi 14 iyul 2023-cü ildir.
Ətraflı: https://dp.edu.az/az/news/3554

#xaricdetehsil #ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #bakalvriat #magistratura
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələri davam edir. Prosesi izləmək məqsədilə iyunun 21-də media nümayəndələrinin iştirakı ilə müsahibələrin təşkil edildiyi mərkəzə mediatur keçirilib.

Ətraflı: https://dp.edu.az/az/news/3556

#dpiq #EduAz #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #magistratura #bakalvriat
"2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı"na müraciət etmiş namizədlərin müsahibələri davam edir.

Qeyd edək ki, sözügedən proqrama 2023-2024-cü tədris ili üzrə müraciət üçün son tarix 14 iyul 2023-cü ildir.

https://www.youtube.com/watch?v=V8ObyWeIAro

#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil