Dövlət Proqramı
1.78K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2022-ci il üzrə həyata keçirilmiş ikinci sənəd qəbulu zamanı xaricdə doktorantura təhsili almaq hüququ əldə edən 42 namizədlə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən dekabr ayının 13-də onlayn Orientasiya görüşü keçirilmişdir.
Ətraflı: https://dp.edu.az/az/news/2486#.Y5iGJHZBzIU

#dpiq #doktorantura #EduAz #ElmVəTəhsilNazirliyi
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının "İstanbul" Universitetində "Sosiologiya" ixtisası üzrə doktorantura təhsili alan Turac Əliyeva məktəblilər və valildeynlər üçün onlayn mühazirə keçəcəkdir. "Universitet təhsilinə doğru: dünyaya açılmaq imkanları" adlı vebinar 29 dekabr 2022-ci il saat 16.00 baş tutacaq.

Vebinardan qeydiyyatdan keçmək üçün: events@ada.edu.az

#ElmVəTəhsilNazirliyi #dpiq #doktorantlarimizitaniyaq #doktorantura #vebinar
Həmrəylik Günümüz mübarək!
#Birolaq #Həmrəyolaq
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyada təhsil alan təqaüdçülər Londonda "Həmrəylik Günü"nü qeyd edirlər.
#birolaq #dpiq #EduAz
Həmrəylik Günü və Yeni il münasibətilə AzTv müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ürək sözlərini paylaşdığı video hazırlayıb. Müsahibə verən həmvətənlərimizdən biri də "2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyada doktorantura təhsili alan Elçin Hüseynovdur.
Videonu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=aEPqOK9UMwE
#dpiq #doktorantura #EduAz #birolaq #hemreyolaq
#Yeniİl münasibətilə təbrik edirik!
"2022-2026 Dövlət Proqramı" çərçivəsində İsveç Krallığının "Uppsala University" ali təhsil müəssisəsində "Wind Power Project Management" ixtisası üzrə magistratura təhsili alan Fəqan Abdurəhmanov "Əməkdar energetik" fəxri adına layiq görülmüşdür. Qeyd edək ki, Fəqan Abdurəhmanov Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində ərazilərin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışır və bərpa olunan enerji sahəsində 10 ilə yaxın iş təcrübəsi var.

#dpiq #ElmVəTəhsilNazirliyi #DovletProqrami #magistratura
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Almaniya Federativ Respublikasının "Johann Wolfgang Goethe-Universität Frankfurt Am Main" ali təhsil müəssisəsində ginekologiya ixtisası üzrə doktorantura təhsili alan Nurlanə Qasımlının seminarı keçirilmişdir. “KRAS-və Pİ3K mutasiyalı endometrialkarsinoma toxumasının müvüfiq inhibitorlarla mono və kombinasiyalı terapiyası” adlı seminar tərəfdaş yerli ali təhsil müəssisəsi olan Odlar Yurdu Universitetində baş tutmuşdur.

#doktorantura #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #seminar
ADPU-CVU ikili diplom proqramının ilk məzunlarından Günəş Həşimovanın proqram barədə fikirlərini təqdim edirik:

"Bu proqram sizə dərin nəzəri və praktik biliklərlə yanaşı, faydalı təcrübə və peşəkar təhsil işçiləri şəbəkəsi də qazandıracaq. Sözügedən proqramda təhsil almaq sizin gələcək uğurlarınız üçün böyük sərmayədir. Proqram sayəsində əzmli, potensiallı biri kimi formalaşmaq sizə fərqli qürur hissi yaşadacaq".

Proqram barədə ətraflı məlumat: https://adpu.edu.az/images/adpu_files/popups/Elan_ADPU-CVU-2023.pdf?v=1

#EduAz #AliTəhsil #ikilidiplom #dpiq
20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin simvoludur.

#BlackJanuary #20January1990
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-ci il üzrə ilk sənəd qəbuluna indidən hazırlaşın
_____________________________________________________________________
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Ətraflı məlumat: https://dp.edu.az/az/news/2494#.Y89-c3ZBzIU
#dpiq #ElmVəTəhsilNazirliyi #EduAz #doktorantura
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"2019-2023 Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna 1 fevral 2023-cü il tarixindən etibarən start verilir.
Ətraflı: https://dp.edu.az/az/news/2496#.Y9kYnnZBzIU

#doktorantura #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq
"2019-2023 Dövlət Proqramı" çərçivəsində "Təhsil siyasəti və idarəedilməsi" ixtisası üzrə ADPU-CVU arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına dair canlı məlumat sessiyası baş tutacaq.
Sessiyaya dair məlumat:
Tarix: 03.02.2023-cü il
Saat: 18.00-da
Platforma: Elm və Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsi
#ElmVəTəhsilNazirliyi #dpiq #EduAz #ikilidiplom
Dövlət Proqramı təqaüdçülərinin səyi nəticəsində Ermənistan səfirinin London universitetindəki çıxışının ləğv edilmişdir.
Ətraflı məlumat: https://dp.edu.az/az/news/2497#.Y9pQkuzrJPw

#dpiq #ElmVəTəhsilNazirliyi
BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün Koreya Respublikasında təlimin keçirilməsi planlaşdırılır
Son müraciət tarixi: 22 fevral 2023-cü il
Ətraflı məlumat: https://dp.edu.az/az/news/2499#.Y9urxnZBzIU

#dpiq #EduAz #ikilidiplom #ElmVəTəhsilNazirliyi
Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat, magistratura və doktorantura səviyyəsi üzrə ətraflı məlumat "Təhsil Masası"nda
https://fb.watch/iAlE4xDrfK/

#ElmVəTəhsilNazirliyi #canliyayim #dpiq #EduAz
17 fevral 2023-cü il tarixində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil proqramlarına dair canlı məlumat sessiyaları həyata keçiriləcək. Qeyd edək ki, məlumat sessiyalarında proqramlara dair ətraflı məlumat verilərək izləyiciləri maraqlandıran suallar cavablandırılacaq. Məlumat sessiyalarına dair detallar:
1. Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavrait və magistratura təhsilinə dair;
Saat: 11.00;
Sosial media şəbəkəsi: Dövlət Proqramının rəsmi Facebook səhifəsi.
2. Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə dair;
Saat: 16.00;
Sosial media şəbəkəsi: Dövlət Proqramının rəsmi İnstagram səhifəsi.

#canliyayim #doktorantura #magistratura #bakalavr #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq