Dövlət Proqramı
1.75K subscribers
1.14K photos
36 videos
454 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
✅ Dövlət Proqramı çərçivəsində ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib.

🎓 Görüşdə “Kompüter elmləri və verilənlərin təhlili”, “Elektrik və elektroenergetika mühəndisliyi” və “Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar” ixtisasları üzrə üç magistratura proqramının inkişaf göstəriciləri, tədris prosesinin cari vəziyyəti və tələbə qəbulu planları müzakirə olunub.

ℹ️ Həmçinin proqramların davamlı inkişafı, əməkdaşlıq müqaviləsinə təklif olunan dəyişikliklər və akademik əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

🔗Ətraflı dp.edu.az saytında.
🔝 Məzunumuz dünyanın ən nüfuzlu alimləri sırasında!

🎓 Dövlət Proqramı məzunu Həsrəddin Quliyev ABŞ-nin Stenford Universiteti və dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.

✅ Bu nəticə məzunumuzun araşdırmalarına digər alimlərin öz elmi işlərində müraciət etdiyini göstərir və 🇦🇿Azərbaycanda aparılan ekonometrik modellərə əsaslanan tədqiqatların beynəlxalq səviyyədə görünməsinə töhfə verir.

🏛️ Dövlət Proqramı çərçivəsində İstanbul Universitetində “Ekonometrika” üzrə doktorantura təhsili almış Həsrəddin Quliyev hazırda UNEC-in Magistratura Məktəbində tədqiqatçı-müəllim kimi çalışır. O, statistik təhlil və maşın öyrənməsi üsullarından istifadə edərək ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı istifadə məsələlərini araşdırır.

Ətraflı dp.edu.az saytında.
🎙️ Yeni podkast seriyamız – DPodkast başlayır!

Təhsil TV ilə birgə həyata keçirdiyimiz bu layihədə Dövlət Proqramı təqaüdçüləri və məzunları ilə həmsöhbət olacaq, onların xaricdə təhsil təcrübələrini, uğur hekayələrini və gələcək hədəflərini sizinlə bölüşəcəyik.

🎓 DPodkastın ilk qonağı 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Birləşmiş Krallığın “King’s College London” universitetində “STEM Education” ixtisası üzrə təhsil almaq hüququ qazanan Şəhla Baxışovadır.

📺 İlk buraxılışı tam şəkildə “YouTube” kanalımızda izləyə bilərsiniz!

🔗 Keçid: https://youtu.be/OPyzbCIT2gM?si=sAPTRZac4FyTBdr_
🏫 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə 🇹🇷Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib.

📌 Görüşdə proqramın icra vəziyyəti, tələbələrin istehsalat təcrübəsinin nəticələri, tədrisin keyfiyyətinin artırılması və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

✅ Həmçinin qarşıdakı fəaliyyət istiqamətləri, birgə layihələrin icrası və əməkdaşlığın növbəti mərhələləri barədə fikir mübadiləsi aparılıb.

🔗 Ətraflı dp.edu.az saytında.
🎓 Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Türkiyənin Ege Universitetinin rektorları beynəlxalq ikili diplom proqramının müəllim və tələbələri ilə görüşüblər.

📌 Görüşlərdə proqramın tələbələrə yaratdığı akademik və peşəkar inkişaf imkanları, tədrisin keyfiyyətinin artırılması, eləcə də universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

💬 Həmçinin tələbə və müəllimlərin tədris prosesi ilə bağlı fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

🔗 Ətraflı dp.edu.az saytında.
🎓 Bristol Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib!

🇬🇧 Azərbaycanın Birləşmiş Krallıqdakı Səfirliyinin təşəbbüsü və Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə baş tutan görüşdə tələbələrimizin universitet həyatı, akademik fəaliyyətləri və gələcək planları müzakirə olunub.

Görüşdə əhatə olunan əsas istiqamətlər:

✔️ Tələbələrin ehtiyaclarının müəyyənləşdirilməsi və mövcud dəstək mexanizmləri ilə bağlı məlumatlılığın artırılması;
✔️ Milli-mədəni irsimizin beynəlxalq tələbə mühitində tanıdılması;
✔️ Təqaüdçülərin gələcək akademik və peşəkar inkişaf planları;
✔️ Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı gənclər arasında əlaqələrin gücləndirilməsi.

🔗Ətraflı dp.edu.az saytında.

#xaricdətəhsil #dövlətproqramı #bristoluniversity
Media is too big
VIEW IN TELEGRAM
🎙️ Dövlət Proqramı İdarəetmə Qrupunun Akademik işlər və tələbə qəbulu şöbəsinin rəhbəri Vüsalə Niftəliyeva ASAN TV-də yayımlanan “Könüllüsən” verilişinin qonağı olub.

ℹ️ Dövlət Proqramına qəbul prosesi, namizəd və məzunlardan gözləntilər, Proqramın qarşıya qoyduğu məqsədlər və yaratdığı imkanlar haqqında sualları cavablandırıb.

▶️ Buraxılışın tam hissəsini “Youtube” kanalımızda izləyə bilərsiniz!

🔗 Keçid: https://youtu.be/-v8cOOjCGNM?si=zoFppp7DjbGARL-r
Bakıda 🇪🇸İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub.

📌 Mərkəz Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “PAŞA Holding”, SOCAR və IE Universiteti arasında strateji tərəfdaşlıq çərçivəsində yaradılıb.

✅ Bu təşəbbüs insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, liderlik bacarıqlarını gücləndirmək, eləcə də innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq məqsədi daşıyır.

ℹ️ Qeyd edək ki, tədbir çərçivəsində IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsono ilə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov arasında görüş keçirilib. Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

🔗 Ətraflı dp.edu.az saytında.