📣 Dövlət Proqramı məzunlarının nəzərinə!
Dövlət Proqramı İdarəetmə Qrupu və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə sizi yeni karyera imkanlarını kəşf etməyə və məzun icmamızla bir araya gəlməyə dəvət edirik.
💼 Sərgidə dövlət və özəl sektorun təmsilçisi olan ümumilikdə 40-dan çox qurum 150-dən çox vakansiya ilə iştirak edəcək. İşəgötürənlərlə birbaşa əlaqə qurmaq və mövcud imkanlarla tanış olmaq üçün bizə qoşulun!
📅 Tarix: 19 oktyabr
Əziz məzunlarımız, yeni iş imkanları və karyera fürsətləri sizi gözləyir!
📌Qeyd: Tədbirdə iştirak üçün məzunların onlara göndərilən qeydiyyat formunu doldurmaları xahiş olunur.
#xaricdətəhsil #dövlətproqramı

👍1
✈️ Dövlət Proqramı İdarəetmə Qrupu ilə “Azərbaycan Hava Yolları” (AZAL) arasında Dövlət Proqramı təqaüdçüləri üçün daha əlverişli səfər şərtlərinin təmin edilməsi imkanları nəzərdən keçirilib.
📌 Müzakirələr aşağıdakı məsələləri əhatə edib:
🔻 Xüsusi korporativ tariflərin və endirimlərin tətbiqi;
🛄 Əlavə baqaj imkanlarının təmin olunması;
🎟️ Aviabiletlərin dəyişdirilməsi və ləğvi zamanı daha çevik şərtlərin yaradılması;
✅ Digər mümkün güzəştlərin nəzərdən keçirilməsi.
🔗 Ətraflı dp.edu.az saytında.

👍2
🎓Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib!
Sərgi Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
📌 Sərgidə:
✅ 150-dən çox Dövlət Proqramı məzunu iştirak edib;
✅ 40-dan çox dövlət və özəl qurum nümayəndəsi 150-dən çox vakansiya ilə yer alıb;
✅ Məzunlar işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq, CV-lərini təqdim edib və mövcud karyera imkanlarını müzakirə etmək fürsəti qazanıblar.
🔗Ətraflı dp.edu.az saytında.

🎓 ADNSU ilə Vorvik Universiteti arasında “Bərpa olunan enerji mənbələri” ixtisaslaşması üzrə həyata keçirilən İkili Diplom Proqramının Rəhbər Komitəsinin 6-cı görüşü baş tutub.
📌 Görüşdə əvvəlki qərarların icrası, maliyyə və hesabatlılıq məsələləri, eləcə də proqramdan məzunolma planı müzakirə edilib.
✅Proqramın davamlılığı, gələcək qəbullar və universitetlər arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

🌏🏛️ Dünyanın aparıcı universitetləri ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik!
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti 🇬🇧Birləşmiş Krallıq, 🇺🇸ABŞ və 🇨🇳Çinin nüfuzlu universitetlərinin nümayəndələri ilə görüşlər keçirib.
🎓 Görüşlərdə “University of Warwick”, “University of Birmingham”, “University of Manchester”, “University of Chicago” və “Hong Kong Polytechnic University” ilə əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub.
📌 Əsas müzakirə mövzuları:
✅ Dövlət Proqramının prioritet ixtisas sahələri üzrə universitetlərin tədris imkanlarının və akademik potensialının dəyərləndirilməsi;
✅ Azərbaycan və xarici ali təhsil müəssisələri arasında uzunmüddətli akademik tərəfdaşlıqların qurulması;
✅ Təqaüdçülərin akademik fəaliyyətinin izlənilməsi və tələbələrə dəstək mexanizmlərinin gücləndirilməsi;
✅ Dövlət Proqramı məzunlarının beynəlxalq akademik və peşəkar təşəbbüslərə cəlb olunması.

🎓 Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə beynəlxalq ikili diplom proqramlarının icrası üzrə strateji və maliyyə məsələlərinə həsr olunmuş görüş keçirilib.
📌 Görüşdə Dövlət Neft Fondunun və yerli ali təhsil müəssisələrinin nümayəndələri ilə proqramların maliyyələşdirilməsi, idarə olunması və tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
📑 Həmçinin maliyyə prosedurlarına dair təlimat kitabçası təqdim olunub, iştirakçıların sualları cavablandırılıb və irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

🎓Sevindirici xəbər!
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb.
Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçümüz təhsilini davam etdirməklə yanaşı, Oksford Universitetinin “Qlobal idarəetmə və diplomatiya” (MSc in Global Governance and Diplomacy) magistraturaproqramının müəllim heyətində yer alacaq.
📚 O, proqram çərçivəsində qlobal idarəetmə və diplomatiya üzrə təməl fənlərin tədrisində və magistrantların akademik hazırlığında iştirak edəcək.
🏛️ Nuranə həmçinin Oksford Universitetində üzvü olduğu kollecin köməkçi dekanı (Junior Dean) vəzifəsinə seçilib.
🌍 Təhsil aldığı müddətdə beynəlxalq akademik mühitdə qazandığı tədris, tədqiqat və idarəetmə təcrübəsi onun gələcəkdə Azərbaycana qayıdaraq ölkəmizin elm və təhsil sahəsinə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqaüdçümüzü təbrik edir, akademik və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq!

❤1👍1
✅ Dövlət Proqramı çərçivəsində ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib.
🎓 Görüşdə “Kompüter elmləri və verilənlərin təhlili”, “Elektrik və elektroenergetika mühəndisliyi” və “Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar” ixtisasları üzrə üç magistratura proqramının inkişaf göstəriciləri, tədris prosesinin cari vəziyyəti və tələbə qəbulu planları müzakirə olunub.
ℹ️ Həmçinin proqramların davamlı inkişafı, əməkdaşlıq müqaviləsinə təklif olunan dəyişikliklər və akademik əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

🔝 Məzunumuz dünyanın ən nüfuzlu alimləri sırasında!
🎓 Dövlət Proqramı məzunu Həsrəddin Quliyev ABŞ-nin Stenford Universiteti və dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.
✅ Bu nəticə məzunumuzun araşdırmalarına digər alimlərin öz elmi işlərində müraciət etdiyini göstərir və 🇦🇿Azərbaycanda aparılan ekonometrik modellərə əsaslanan tədqiqatların beynəlxalq səviyyədə görünməsinə töhfə verir.
🏛️ Dövlət Proqramı çərçivəsində İstanbul Universitetində “Ekonometrika” üzrə doktorantura təhsili almış Həsrəddin Quliyev hazırda UNEC-in Magistratura Məktəbində tədqiqatçı-müəllim kimi çalışır. O, statistik təhlil və maşın öyrənməsi üsullarından istifadə edərək ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı istifadə məsələlərini araşdırır.
Ətraflı dp.edu.az saytında.