⚖️ Altay Mustafayev Dövlət Proqramı çərçivəsində hüquq sahəsində ən yüksək akademik dərəcəni əldə edib.
O bu yaxınlarda ABŞ-nin İndiana Universitetində doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Beləliklə Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı hüquqşünas olub.
Qeyd edək ki, Dövlət Proqramı məzunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvü olmaqla bərabər, İngiltərə və Uelsdə vəkillik statusuna malikdir.
Onun dissertasiyasında ümumi və kontinental hüquq sistemlərində hakimlərin qərarvermə səlahiyyətlərinin hüquqi və institusional xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub.

🎉2
Beynəlxalq fənn olimpiadalarının qalibi olan 9 gəncimiz 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbul çərçivəsində müsahibə mərhələsindən azad olunaraq proqram iştirakçısı olub.
Gəlin onları yaxından tanıyaq!
https://www.instagram.com/p/Dca9yj6DBPj/?igsi=MWswY21mcjN3eWhhcA==

👍1
🎓Dövlət Proqramı təqaüdçüsü Ayan Məmmədli 🇺🇸ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Kaliforniya Universitetinin Berkli kampusunda “Elektrik mühəndisliyi və kompüter elmləri + Biznes” ixtisası üzrə bakalavr təhsili alır.
💡O, universitet auditoriyalarında qazandığı biliklərlə kifayətlənmir, yeni layihələrə qoşulur, ideyalarını real mühitdə sınaqdan keçirir və hər təcrübəni növbəti addımı üçün fürsətə çevirir.
Sosial təsir yaradan təşəbbüslərinə görə daha əvvəl nüfuzlu “Diana” mükafatına🏅 layiq görülən Ayan bu dəfə innovasiya dünyasının mərkəzində təcrübə keçmək imkanı qazanıb.
🚀Bu təcrübəni xüsusi edən məqamlardan biri onun dünyanın ən nüfuzlu startap akseleratorlarından sayılan “Y Combinator” ekosisteminə daxil olmasıdır.
Onunla hazırladığımız müsahibəni oxumaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://dp.edu.az/az/news/5023

❤1
Jasmin Abdulkərimova Dövlət Proqramı çərçivəsində Avstraliyanın🇦🇺 nüfuzlu “The Australian National University” (ANU) ali təhsil müəssisəsində “Public Policy” ixtisası üzrə magistr təhsili alacaq.
🎓Jasmin daha əvvəl də Dövlət Proqramına müraciət edib, lakin müsahibə mərhələsində uğur qazana bilməyib. Bundan sonra öz üzərində daha çox çalışan və gələcək karyera hədəflərini dəqiqləşdirən gənc bu il yenidən müraciət edərək Dövlət Proqramının qalibi olub.
Eyni zamanda, 🇮🇹İtaliya Xarici İşlər Nazirliyinin tam maliyyələşdirdiyi “Invest Your Talent in Italy” proqramını və İtaliya dövlət universitetlərindən birinin “Excellence” təqaüdünü də qazanan Jasmin seçim zamanı Dövlət Proqramına üstünlük verib.
🔗Jasminin muallim.edu.az-a verdiyi müsahibəyə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://muallim.edu.az/qazandigim-ugurlarin-arxasinda-zehmet-dayanib-dovlet-proqrami-teqaudcusu

❤2🎉1
🇦🇿🇹🇷Azərbaycan – Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ
Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında mühəndislik istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərar imzalanıb.
Qərara əsasən, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.
📌 Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.
Ətraflı dp.edu.az saytında.

Tuncay Seyidəli hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında🇬🇧 yerləşən “King’s College London” ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə “Kompüter elmləri” ixtisasında təhsilini davam etdirir.
💡 Tuncay qazandığı akademik nəticələrlə kifayətlənməyib həyata keçirdiyi təşəbbüslərlə fərqlənən təqaüdçülərimizdəndir.
📌 Onun təsisçisi olduğu “Mnemoria” startapı erkən inkişaf mərhələsində olan startaplara texnoloji resurslar və inkişaf imkanları təqdim edən “Claude for Startups” proqramına qəbul olunub.
Ətraflı: https://dp.edu.az/az/news/5025

🇦🇿🇬🇧Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşəbbüsü ilə 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Birləşmiş Krallığın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Proqram iştirakçıları ilə onlayn görüş keçirilib.
📌Görüş zamanı tələbələrə səfər öncəsi hazırlıq, viza prosedurları, yeni mühitə uyğunlaşma, Birləşmiş Krallıqdakı təhsil sistemi və mövcud dəstək mexanizmləri barədə məlumat verilib.
🔗Ətraflı dp.edu.az saytında.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılış mərasimi keçirilib.
Yeni laboratoriyalar ADNSU-nun tələbə və tədqiqatçıları üçün də geniş praktiki və elmi-tədqiqat imkanları yaratmaqla yanaşı, ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom magistr proqramının tədris bazasının gücləndirilməsinə xidmət edəcək. Bu baxımdan mərkəz həm tədris, həm də elmi-tədqiqat fəaliyyəti üçün mühüm platforma rolunu oynayacaq.
🔗 Ətraflı: https://dp.edu.az/az/news/5027

Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədovanı ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində prorektor vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik!
O, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının Corc Vaşinqton Universitetindəki rəhbəri kimi fəaliyyət göstərib. Bu müddətdə proqramın inkişafına, eləcə də Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib.
Qeyd edək ki, Sevinc Məmmədova yeni vəzifəsində Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafına dair müvafiq istiqamətlər üzrə fəaliyyətini davam etdirəcək.

Naxçıvan Dövlət Universitetində Dövlət Proqramının təqdim etdiyi imkanlara dair görüş keçirilib.
Görüş zamanı universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, qəbul prosesi, eləcə də təqaüdçü və məzunlar üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
🔗Ətraflı: https://dp.edu.az/az/news/5028

Dövlət Proqramı İdarəetmə Qrupu ilə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan “University College London” (UCL) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə aşağıdakı əsas mövzular müzakirə olunub:
📊 Tələbələrin akademik göstəricilərinin izlənilməsi və monitorinq prosesinin təkmilləşdirilməsi;
🎯 Dövlət Proqramının 15 prioritet ixtisas istiqaməti üzrə əməkdaşlıq imkanları;
🎓 Azərbaycanın ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının yaradılması perspektivləri;
🌍 UCL məzunları ilə davamlı əlaqələrin qurulması və məzun şəbəkəsinin formalaşdırılması;
🇦🇿🇬🇧 Yeni birgə akademik və peşəkar təşəbbüslərin həyata keçirilməsi.
Qeyd edək ki, hazırda UCL-də Dövlət Proqramı çərçivəsində 92 təqaüdçümüz təhsil alır.
🔗Ətraflı: https://dp.edu.az/az/news/5029

Samirə Həsənzadə Avropa Təhsil Tədqiqatları Assosiasiyasının gənc tədqiqatçılar üçün təsis etdiyi «Ən yaxşı elmi məqalə» mükafatı ilə təltif olunub.Onun məqaləsi mədəniyyətlərarası incəsənət əsaslı fəaliyyət vasitəsilə sülh təhsilini araşdırır.
Sözügedən məqalə Gənc Tədqiqatçıların Konfransı (ERC) çərçivəsində həyata keçirilən geniş və ciddi qiymətləndirmə prosesi nəticəsində ən yüksək qiymətə layiq görülüb. Məqalə Avropanın təhsil sahəsi üzrə ən nüfuzlu jurnallarından biri sayılan “European Educational Research Journal (EERJ)”-da çap olunacaq.
Qeyd edək ki, Samirə Həsənzadə hazırda Dövlət Proqramı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində təhsil ixtisas istiqaməti üzrə doktorantura təhsili alır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Astanada Qazaxıstanın Beynəlxalq Proqramlar Mərkəzində rəsmi görüş keçirib.
Məhsuldar şəraitdə keçən görüşdə "Bolashak" təqaüd proqramının idarə heyətinin sədri Abay Rəhmət və rəhbər heyətlə xaricdə təhsil üzrə dövlət proqramlarının idarə olunması, tələbə və məzunların akademik monitorinqi sahəsində qabaqcıl təcrübələr müzakirə olunub.
Ətraflı: https://dp.edu.az/az/news/5032

Qazaxıstan səfərimiz çərçivəsində ölkənin Milli Ali Təhsilin İnkişafı Mərkəzinin rəhbərliyi ilə görüşərək təcrübə mübadiləsi apardıq!
Görüşdə:
🔹 Qazaxıstanın QS top 400 siyahısına daxil olan aparıcı universitetlərinin təcrübəsi;
🔹 Süni intellekt və yüksək texnologiyalar üzrə yeni tədris proqramları;
🔹 Xarici universitet filialları ilə ikili diplom və tərəfdaşlıq modelləri müzakirə olundu.
Milli insan kapitalımızın inkişafı üçün qurduğumuz beynəlxalq əməkdaşlıqların coğrafiyasını genişləndiririk!

Yeni bir mövzunu anlamağımıza, maraqlarımızı kəşf etməyimizə və təhsil seçimlərimizə müəllimlərimiz çox vaxt düşündüyümüzdən daha çox təsir edir.
Dövlət Proqramı məzunları arasında bu gün universitetlərdə və digər təhsil müəssisələrində müəllim kimi çalışan gənclər də var. Onların xaricdə qazandıqları bilik və təcrübəni tələbələri ilə bölüşməsi bizim üçün ayrıca sevincdir.
5 Oktyabr — Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri, o cümlədən hazırda müəllim kimi yolunu davam etdirən məzunlarımızı təbrik edirik.