Elm və təhsil naziri Emin Əmrullayev Londona işgüzar səfəri çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.
Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Emin Əmrullayev tələbələrin akademik fəaliyyəti və gələcək planları ilə maraqlanıb. Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə Dövlət Proqramı təqaüdçülərinin fikir və təklifləri dinlənilib.
Daha ətraflı:
https://dp.edu.az/az/news/4989

✔️ABŞ-nin aparıcı ali təhsil müəssisələrindən olan Merilend Universitetində ictimai siyasət sahəsinə həsr olunmuş forum keçirilib.
📌Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin də çıxış etdiyi forumun təşkilində Dövlət Proqramı iştirakçısı Kənan Abdiyev yaxından iştirak edib.
ℹ️Forum çərçivəsində cənab səfirin iştirakı ilə enerji təhlükəsizliyi, regional əməkdaşlıq və Azərbaycanın Avropa ilə Asiya arasında artan strateji əhəmiyyəti ətrafında müzakirələr aparılıb.
Həmçinin tədbir iştirakçıları üçün Azərbaycan🇦🇿 mədəniyyətinə həsr olunmuş stend hazırlanıb və milli təamlar təqdim edilib.
🎓Dövlət Proqramı çərçivəsində Merilend Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura təhsili alan Kənan Abdiyev hazırda ictimai siyasət sahəsi üzrə dünyanın ən böyük araşdırma mərkəzlərindən biri olan “Cato Institute”da hüquq sahəsi üzrə təcrübə keçir.

❤1
Elm və təhsil naziri Emin Əmrullayev Londonda keçirilən Dünya Təhsil Forumunda iştirakı zamanı “AnewZ” televiziya kanalına müsahibə verib.
Nazir müsahibəsində özünün də Dövlət Proqramı məzunu olmasından qürur duyduğunu bildirərək proqramın təqdim etdiyi imkanlara diqqəti çəkib.
O, 2007-ci ildən bəri minlərlə gəncə dünyanın aparıcı universitetlərində təhsil imkanı yaradan bu proqramın ölkənin gələcək inkişafına yönəlmiş strateji investisiya olduğunu vurğulayıb.
Daha ətraflı: https://youtu.be/4bbGOqBfC2A?feature=shared

YouTube
Emin Əmrullayev: "Dövlət Proqramı məzunu olduğum üçün qürur duyuram"
Elm və təhsil naziri Emin Əmrullayev Londonda keçirilən Dünya Təhsil Forumunda iştirakı zamanı AnewZ televiziya kanalına müsahibə verib.
Nazir müsahibəsində özünün də Dövlət Proqramı məzunu olduğu üçün qürur duyduğunu bildirərək proqramın təqdim etdiyi imkanlara…

👍2
🔻Dövlət Proqramına hansı ixtisas istiqamətləri üzrə müraciət etmək mümkündür?
🔻Kimlər müsahibə mərhələsindən azad olunaraq birbaşa Dövlət Proqramı iştirakçısı adını qazana bilər?
🔻Proqram qaliblərə hansı imkanları təqdim edir?
✔️Bu və daha çox suala Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilovun iştirakı ilə baş tutmuş, İctimai TV-də yayımlanan “Sabahın xeyir, Azərbaycan!” verilişinin müvafiq buraxılışını izləyərək cavab tapa bilərsiniz.
▶️Çıxışın tam hissəsi:
https://youtu.be/5B8zpLOCrOk?si=nHFVm__ijbp_rFkn

Dövlət Proqramına kimlər müraciət edə bilər? - Qədir Xəlilov
#dövlətproqramı #xaricdətəhsil #dpeduaz
Elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyaya səfəri çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrimizlə görüşüb.
Görüş zamanı onların akademik fəaliyyəti və gələcək planları, Azərbaycana qayıtdıqdan sonra ölkənin inkişafına verə biləcəkləri töhfələr barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

👍1
🇦🇿🇬🇧Dövlət Proqramı təqaüdçülərinin də iştirakı ilə “Azərbaycan–Böyük Britaniya Gənclər Forumu: köklərimizi hörmətlə yaşadaraq gələcəyimizi formalaşdırırıq” adlı Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumu keçirilib.
ℹ️Londonda yerləşən “Imperial College London” universitetində baş tutan forumun keçirilməsində əsas məqsəd xaricdə yaşayan azərbaycanlılar arasında dayanıqlı əməkdaşlığın inkişafına töhfə vermək, Azərbaycanla institusional və mədəni əlaqələri daha da gücləndirmək, həmçinin diaspor nümayəndələrinin liderlik potensialının və təşəbbüskarlıq bacarıqlarının inkişafını dəstəkləmək olub.
Daha ətraflı: https://dp.edu.az/az/news/4991

Azərbaycan Respublikası Hesablama Palatasında Kollegiya iclası keçirilib.
ℹ️Kollegiya iclasında təqdim edilən “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə fəaliyyətin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.
📌Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
✔️Çıxış edən Elm və Təhsil Nazirliyinin nümayəndələri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Daha ətraflı:
https://dp.edu.az/az/news/4995

📣Dövlət Proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə sənəd qəbulunun başa çatmasına 5 gün qaldı.
ℹ️Namizədlərə sənədlərini təqdim etməzdən öncə rəsmi internet saytımızda yerləşən sənəd nümunələri ilə tanış olmağı tövsiyə edirik.
⏳Son müraciət tarixi: 5 iyun, saat 18:00
Müraciət edən hər kəsə uğurlar arzulayırıq!

Dövlət Proqramı təqaüdçüsü Rəsul Feyzullayev ABŞ-nin Minnesota ştatının Senatında iştirak etdiyi təcrübə proqramını fərqlənmə ilə başa vurub.
Rəsul bildirir ki, 3 mərhələli seçim prosesindən ibarət olan bu rəqabətli proqramda iştirak haqqı qazanmaqda ona Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu kimi hüquqi təhlil sahəsindəki bilikləri kömək edib.
Təcrübə müddətində o, qanun layihələrinin qanuniliyinin yoxlanılması, hüquqi məsləhətlərin hazırlanması və senatorlara təqdim olunan analitik sənədlərin işlənilməsi sahələrində fəal iştirak edib.
Daha ətraflı: https://dp.edu.az/az/news/5000

Dövlət Proqramına sənədlərini uğurla təqdim etmiş və müsahibə mərhələsində iştirak hüququ qazanan namizədlərə müsahibəyə dəvət bildirişi yalnız aşağıdakı yollarla göndərilir:
- 🌐 Portal.edu.az platforması üzərindən
- 📲 SMS şəklində
- 📧 Elektron poçt vasitəsilə
ℹ️Namizədlərin portal.edu.az platforması vasitəsilə Dövlət Proqramına müraciətləri zamanı qeyd etdikləri elektron poçt ünvanının və mobil nömrənin aktivliyindən əmin olmaları tövsiyə edilir.
Sizə uğurlar arzu edirik!

📢 Namizədlərin Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair qeyd olunan məqamları nəzərə almaları tövsiyə olunur.
📧 Əlavə suallarınız olduğu təqdirdə dp22-28@edu.gov.az elektron poçt ünvanı üzərindən bizimlə əlaqə saxlaya bilərsiniz.

Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış gənclərimizlə görüşüb.
Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib.
Daha ətraflı: https://dp.edu.az/az/news/5001

📣2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
✔️15 aprel - 5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib.
ℹ️Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən – 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib.
Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
🔗Daha ətraflı: https://dp.edu.az/az/news/5002

ℹ️ Dövlət Proqramının tələblərinə cavab verən və sənədlərini uğurla təqdim etmiş namizədlərə növbəti mərhələyə keçid etmələrinə və müsahibəyə dəvət olunduqlarına dair bildirişlər #mərhələli şəkildə göndərilir.
Bu səbəbdən namizədlərə portal.edu.az platforması üzərindən elektron ərizələrini təqdim edərkən qeyd etdikləri 📧elektron poçt ünvanlarına daxil olan mesajları və 📲mobil nömrələrinə göndərilən SMS bildirişlərini mütəmadi olaraq yoxlamaları tövsiyə edilir.
Hər bir namizədə uğurlar arzu edirik!

Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti arasında ADNSU–Vorvik Universiteti ikili diplom proqramının inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib.
Görüş zamanı proqramın mövcud vəziyyəti, beynəlxalq tərəfdaşlıq çərçivəsində əldə olunan nəticələr, maliyyə mexanizmləri, 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı məsələlər, eləcə də proqramın idarəetmə və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha ətraflı: https://dp.edu.az/az/news/5004