Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramının qarşıya qoyduğu əsas məqsədlər və müvafiq olaraq iştirakçılarının öhdəlikləri nələrdir?

Bu imkan gənclərə hansı fürsətləri açır və iqtisadiyyatımıza necə təkan verir?

Təhsilini başa vurub ölkəmizə qayıdan məzunlardan əsas gözləntilər nələrdir?

Bu və daha çox suala Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın iştirakı ilə baş tutmuş, İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişinin müvafiq buraxılışını izləyərək cavab tapa bilərsiniz.

Aşağıdakı keçiddən istifadə edərək verilişin tam hissəsini izləməyiniz mümkündür.

https://www.youtube.com/watch?v=7mjMjzJToXA
Bu gün Xocalı faciəsindən 34 il ötür.

Soyqırımı qurbanlarının xatirəsini hər zaman yaşadacağıq.
🙏5
Dövlət Proqramı məzunları üçün ADA Universitetində “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib.

Sərginin məqsədi dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını və onların potensialının ölkənin dayanıqlı inkişafına yönəldilməsini təmin etməkdir.

Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev də iştirak ediblər.

Çıxışlarda insan kapitalının inkişafı, beynəlxalq təcrübənin ölkəmizə transferi və məzunlar üçün yaradılan məşğulluq imkanlarına diqqət çəkilib.

40-dan çox dövlət və özəl qurumun təmsil olunduğu sərgidə Dövlət Proqramı məzunları işəgötürənlərlə birbaşa ünsiyyət quraraq gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə “2022–2028-ci illər üçün Dövlət Proqramı”na dair məlumatlandırma sessiyası keçirilib.

“Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə Dövlət Proqramı çərçivəsində təqdim olunan imkanlar, müraciət qaydaları və seçim meyarları barədə iştirakçılara ətraflı məlumat verilib.

Açılış mərasimindən sonra keçirilən təqdimat hissəsində proqram mütəxəssisi və Dövlət Proqramı məzunları tərəfindən proqram haqqında geniş təqdimat edilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Daha ətraflı:

https://dp.edu.az/az/news/4974
"Azərbaycan müəllimi" onlayn qəzeti məzunlarımızla həmsöhbət olub.

Oxumaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://muallim.edu.az/dovlet-proqrami-mezunlari-qlobal-tehsildenmilli-inkisafa
👍2
⌛️Daha 500 gəncin xaricdə təhsil arzusunun reallaşması üçün geri sayım başlayır – Dövlət Proqramının müraciət mərhələsinin başlamasına 30 gün qaldı!

📑 15 aprel tarixində açıq elan olunacaq sənəd qəbulu üçün tələb olunan sənədlərin siyahısı ilə www.dp.edu.az saytına keçid edərək tanış ola bilərsiniz.
👍2
Tələbələrimiz nüfuzlu robot olimpiadasının növbəti mərhələsində!🏆

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan mərhələsində müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr əldə ediblər.

İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbələri Hakim Musazadə və Tahirə Bəylərovanın təmsil olunduğu komandalar müxtəlif kateqoriyalar üzrə 1-ci yerə layiq görülüblər.🥇

Həmin ixtisasın III kurs tələbəsi Ülkər Rəhimlinin üzvü olduğu komanda isə yarışda 3-cü pillədə qərarlaşıb.🥉

Qeyd edək ki, olimpiadanın növbəti mərhələsi 22-26 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.

Tələbələrimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq!🎉
👍2
🎓 Dövlət Proqramı iştirakçısı Fərid Ədilov BMT-nin Uşaq Hüquqları Komitəsinə 2027–2031-ci illəri əhatə edən dövr üçün seçkilərdə Azərbaycanın namizədi elan olunub.

18 müstəqil ekspertdən ibarət olan komitə "Uşaq hüquqları haqqında" Konvensiyanın icrasına nəzarət edir.

Qeyd edək ki, səsvermə 23 iyun 2026-cı il tarixində BMT-nin baş qərargahında keçiriləcək.

📌 Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və müəllim köməkçisi olan təqaüdçümüz qadın parlamentarilərin qadınlara yönəlik siyasətlərə təsirini araşdırır. Fərid Ədilovun apardığı tədqiqat məişət zorakılığı, reproduktiv hüquqlar, erkən nikahlar və valideyn məzuniyyəti kimi mövzuları əhatə edir.
👍1