Dövlət Proqramı məzunu BMT-nin mötəbər layihəsinin rəhbərliyində!🇺🇳
Dünyanın top universitetlərindən olan “Imperial College London” məzunu Nərmin Abdullayeva bilik və bacarıqlarını artıq Azərbaycanda tətbiq edir.
O bu il Bakıda keçiriləcək BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya şöbəsində müdir müavini kimi fəaliyyətə başlayıb.
Uğurlu karyera yolun davamlı olsun, Nərmin!

❤13
2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək.
Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib.
Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.
Tələb olunan sənədlərlə tanış olmaq və suallarınıza cavab tapmaq üçün www.dp.edu.az saytında yerləşən müvafiq elana keçid etməyiniz xahiş olunur.👇🏻
https://dp.edu.az/az/news/4966

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır.
Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir.
Tələbələrimizi dəyərli təşəbbüsləri münasibətilə təbrik edirik!
Daha ətraflı:
https://dp.edu.az/az/news/4967

❤4👍2
Əziz məzunlar!
Sizi Dövlət Proqramı məzunları üçün keçiriləcək “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisinə dəvət edirik.
Sərgidə iştirak edəcək 30-dan çox nüfuzlu qurumun nümayəndələrindən mövcud vakansiyalar haqqında ətraflı məlumat ala, ixtisas və təcrübənizə uyğun karyera imkanlarını dəyərləndirə bilərsiniz.
İştirak edəcək məzunlardan aşağıdakı keçiddən istifadə edərək qeydiyyat formunu doldurmaları xahiş olunur.
https://forms.gle/U5bqb9DiCMT64cGo9
Tarix: 28 fevral, saat 10:30
Məkan: ADA Universiteti
Diqqət! Tədbir yalnız hazırda əmək fəaliyyəti ilə məşğul olmayan Dövlət Proqramı məzunlarının iştirakı üçün nəzərdə tutulub.
Tədbirə qeydiyyat üçün son tarix: 26 fevral, saat 12:00

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramının qarşıya qoyduğu əsas məqsədlər və müvafiq olaraq iştirakçılarının öhdəlikləri nələrdir?
Bu imkan gənclərə hansı fürsətləri açır və iqtisadiyyatımıza necə təkan verir?
Təhsilini başa vurub ölkəmizə qayıdan məzunlardan əsas gözləntilər nələrdir?
Bu və daha çox suala Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın iştirakı ilə baş tutmuş, İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişinin müvafiq buraxılışını izləyərək cavab tapa bilərsiniz.
Aşağıdakı keçiddən istifadə edərək verilişin tam hissəsini izləməyiniz mümkündür.
https://www.youtube.com/watch?v=7mjMjzJToXA

Dövlət Proqramı məzunları üçün ADA Universitetində “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib.
Sərginin məqsədi dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını və onların potensialının ölkənin dayanıqlı inkişafına yönəldilməsini təmin etməkdir.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev də iştirak ediblər.
Çıxışlarda insan kapitalının inkişafı, beynəlxalq təcrübənin ölkəmizə transferi və məzunlar üçün yaradılan məşğulluq imkanlarına diqqət çəkilib.
40-dan çox dövlət və özəl qurumun təmsil olunduğu sərgidə Dövlət Proqramı məzunları işəgötürənlərlə birbaşa ünsiyyət quraraq gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.