❗️BMU-İNHA İDP-nin 6 məzunu İNHA Universitetinin magistratura proqramına tam təqaüdlə qəbul olunub
👉🏻ƏTRAFLI
👉🏻ƏTRAFLI
27 Sentyabr - Anım Günüdür 🇦🇿
Vətən müharibəsinin başlamasından 5 il ötür.
🥀Bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #anımgünü #27sentyabr #vətənmüharibəsi

❤3
📚🏆BMU-İNHA İDP tələbəsi Robot Olimpiadasında birinci yeri qazanıb
Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Tahirə Bəylərova Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim turunda böyük uğura imza atıb.
Azərbaycan Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı ilə keçirilmiş olimpiadada Tahirə Bəylərova “Future Innovator-Senior” kateqoriyası üzrə yarışan DeepSense komandasının üzvü kimi 1-ci yerin qalibi olub.
👉🏻DAHA ƏTRAFLI

👩🏼🏫📚 Böyükdən kiçiyə qədər hər birimizə elm qapısının açarını təqdim edən əziz və zəhmətkeş müəllimlərimizi 5 oktyabr - Müəllimlər Günü münasibəti ilə təbrik edirik. Bu şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!
Gününüz mübarək, dəyərli müəllimlərimiz!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #müəllimlərgünü #5oktyabr

❤6
Sizi Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın proqramın məqsədləri, qəbul şərtləri və təqdim etdiyi imkanlar haqqında danışdığı geniş müsahibəni oxumağa dəvət edirik.
Müsahibədə namizədləri ən çox maraqlandıran suallar cavablandırılıb, müraciət prosesində uğurun təmin edilməsi üçün təməl tövsiyələr verilib.
Fəaliyyətimizin geniş ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə AZƏRTAC-a təşəkkür edirik!
Oxumaq üçün linkə keçid edin:
https://azertag.az/xeber/idareetme_qrupunun_rehberi_dovlet_proqrami_cherchivesinde_her_il_500_dek_gencin_xaricde_tehsil_almasi_nezerde_tutulub___musahibe-3990643

❤2🙏2
Tələbəmizin innovativ layihəsi Kembricdə birinci oldu!
UCL tələbəsi və Dövlət Proqramı iştirakçısı Arzu Mürsəlova Kembric Universitetində keçirilən "Cambridge Edux Hackathon" yarışmasının qalibi olub. Onun rəhbərlik etdiyi "The Script Foundry" komandası süni intellektin təhsilə inteqrasiyası layihəsi ilə münsiflər heyətinin rəğbətini qazanıb.
Təbriklər, Arzu!

❤5👍4
🇦🇿🇲🇦Təqaüdçümüz Elşad Əhmədzadə Mərakeş Krallığında keçirilən gənclərin mədəni mübadilə proqramında Azərbaycan nümayəndə heyətinin üzvü olub.
Səfər çərçivəsində ICESCO rəhbərliyi, Mərakeş Gənclər Nazirliyi və Azərbaycanın Mərakeşdəki səfiri ilə görüşlər keçirilib, gənclər siyasəti üzrə təcrübə mübadiləsi aparılıb.
Elşada beynəlxalq əməkdaşlıq sahəsində daha böyük uğurlar arzulayırıq!

👍1
Dövlət Proqramı məzunu BMT-nin mötəbər layihəsinin rəhbərliyində!🇺🇳
Dünyanın top universitetlərindən olan “Imperial College London” məzunu Nərmin Abdullayeva bilik və bacarıqlarını artıq Azərbaycanda tətbiq edir.
O bu il Bakıda keçiriləcək BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya şöbəsində müdir müavini kimi fəaliyyətə başlayıb.
Uğurlu karyera yolun davamlı olsun, Nərmin!

❤13
2026-2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək.
Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib.
Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.
Tələb olunan sənədlərlə tanış olmaq və suallarınıza cavab tapmaq üçün www.dp.edu.az saytında yerləşən müvafiq elana keçid etməyiniz xahiş olunur.👇🏻
https://dp.edu.az/az/news/4966

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır.
Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir.
Tələbələrimizi dəyərli təşəbbüsləri münasibətilə təbrik edirik!
Daha ətraflı:
https://dp.edu.az/az/news/4967

❤4👍2
Əziz məzunlar!
Sizi Dövlət Proqramı məzunları üçün keçiriləcək “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisinə dəvət edirik.
Sərgidə iştirak edəcək 30-dan çox nüfuzlu qurumun nümayəndələrindən mövcud vakansiyalar haqqında ətraflı məlumat ala, ixtisas və təcrübənizə uyğun karyera imkanlarını dəyərləndirə bilərsiniz.
İştirak edəcək məzunlardan aşağıdakı keçiddən istifadə edərək qeydiyyat formunu doldurmaları xahiş olunur.
https://forms.gle/U5bqb9DiCMT64cGo9
Tarix: 28 fevral, saat 10:30
Məkan: ADA Universiteti
Diqqət! Tədbir yalnız hazırda əmək fəaliyyəti ilə məşğul olmayan Dövlət Proqramı məzunlarının iştirakı üçün nəzərdə tutulub.
Tədbirə qeydiyyat üçün son tarix: 26 fevral, saat 12:00

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramının qarşıya qoyduğu əsas məqsədlər və müvafiq olaraq iştirakçılarının öhdəlikləri nələrdir?
Bu imkan gənclərə hansı fürsətləri açır və iqtisadiyyatımıza necə təkan verir?
Təhsilini başa vurub ölkəmizə qayıdan məzunlardan əsas gözləntilər nələrdir?
Bu və daha çox suala Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın iştirakı ilə baş tutmuş, İctimai TV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişinin müvafiq buraxılışını izləyərək cavab tapa bilərsiniz.
Aşağıdakı keçiddən istifadə edərək verilişin tam hissəsini izləməyiniz mümkündür.
https://www.youtube.com/watch?v=7mjMjzJToXA

Dövlət Proqramı məzunları üçün ADA Universitetində “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib.
Sərginin məqsədi dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını və onların potensialının ölkənin dayanıqlı inkişafına yönəldilməsini təmin etməkdir.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev də iştirak ediblər.
Çıxışlarda insan kapitalının inkişafı, beynəlxalq təcrübənin ölkəmizə transferi və məzunlar üçün yaradılan məşğulluq imkanlarına diqqət çəkilib.
40-dan çox dövlət və özəl qurumun təmsil olunduğu sərgidə Dövlət Proqramı məzunları işəgötürənlərlə birbaşa ünsiyyət quraraq gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.