Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚✍🏻🇦🇿 BMU - İNHA İkili Diplom Proqramı tələbələri “Azərbaycan günü” tədbirində iştirak ediblər

Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri adıçəkilən ölkənin İnçon şəhərindəki Beqhak ibtidai məktəbində keçirilən “Azərbaycan günü” adlı tədbirdə iştirak ediblər.

Maarifləndirici və mədəni xarakter daşıyan tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Seuldakı səfirliyi, İNHA Universitetinin multikulturalizm fakültəsi v' İnçon təhsil şöbəsinin dəstəyi ilə baş tutub.

ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4931
📚✍🏻🇦🇿 Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış BMU - İNHA İkili Diplom Proqramı tələbələri ilə görüşüb


Gənclər və idman naziri Fərid Qayıbovun nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə görüşündə Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri də iştirak ediblər.

Görüşdə “DeepSense” komandasının üzvləri – “Elektrik mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Nəsib Əhmədov (komanda mentoru), “Elektronika mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Tahirə Bəylərova və “İnformasiya texnologiyaları” ixtisasının 2-ci kurs tələbəsi Yusif Novruzlu iştirak ediblər.

ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4933
📚✍🏻2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində müsahibə mərhələsinə start verilib

Məlumat üçün bildirmək istərdik ki, 10 aprel - 15 iyun tarixləri ərzində davam etmiş sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət etmişdir.

Beləliklə, Dövlət Proqramına qəbul çərçivəsində II mərhələ sayılan müsahibə mərhələsinə bugündən (25 iyun 2025-ci il tarixindən) etibarən start verilir. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcəkdir. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır.

ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4934
🇦🇿 Müzəffər Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür.

🗓1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edirik!
Yaşasın Şanlı Azərbaycan Ordusu!🇦🇿

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #26iyun #silahlıqüvvələrgünü
👍2🙏2
📚✍🏻 ADAU-EGE ikili diplom proqramının rəhbər komitə üzvlərinin növbəti görüşü keçirilib


Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitə üzvlərinin növbəti görüşü keçirilib.

👉🏻ƏTRAFLI
🇦🇿Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

✍🏻 150 il öncə - 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, mətbuatın əsas prinsiplərini hər zaman qoruyan media işçilərinə peşəkar fəaliyyətlərində, şərəfli peşələrində uğurlar arzu edirik.

Gününüz mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #22iyul #MilliMətbuatGünü
👍1
❗️📚✍🏻Dövlət Proqramı çərçivəsində icra olunan beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb

Məlumat üçün bildiririk ki, Prezident İlham Əliyev bununla bağlı
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək.

Eyni zamanda mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.

Bundan başqa, Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.
3👍1
📢📚2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunmuşdur.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır.

👉🏻 DAHA ƏTRAFLI
👍3
❗️✍🏻📚 2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunmuşdur.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən 356 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır. Nəticə etibarı ilə, 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanmışdır.

DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4938
5👎3👍1
📚✍🏻 Müvafiq Seçim Qaydalarının şərtlərinə əsasən Beynəlxalq Fənn Olimpiada qalibləri olaraq “Dövlət Proqramı”na qəbul çərçivəsində keçirilən müsahibə mərhələsindən azad olan və birbaşa Dövlət Proqramı təqaüdçüsü adını qazanan gənclərimizi tanıyaq.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #dpiq #yüksəlişmüsabiqəsi #qəbul #proqramiştirakçıları
1
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2025/2026-cı tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan ABŞ-nin nüfuzlu Harvard universitetində magistratura səviyyəsində təhsil alacaq Dövlət təqaüdçüsünü tanıyaq!

Qeyd edək ki, Dövlət Proqramı Təqaüdçüsü adını qazanan 500 nəfər gəncin 160-ı dünya reytinq cədvəllərində ilk 10 yeri tutmuş ali təhsil müəssisələrində təhsil alacaqlar.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları
2
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramında ilk dəfə Mədəniyyət və incəsənt sahəsi üzrə "Manhattan School of Music" ali təhsil müəssisəsində təhsil alacaq Dövlət Proqramı təqaüdçülərini tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #musiqi #mədəniyyətvəincəsənət #qəbul #proqramiştirakçıları
1