Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚✍🏻 BMU-nun rektoru Cənubi Koreyada təhsil alan BMU-İNHA İDP tələbələri ilə görüşüb

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.

ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4923
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramına müraciət zamanı “Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədləri hansı güzəşt gözləyir?

Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu
🎓📚 "2022-2028 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #DPməzunu #məzun
📚✍🏻 BDU və HUJI ikili diplom proqramının tələbəsi nüfuzlu Mançester Universitetinin doktorantura proqramına qəbul olub

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında birgə icra edilən ikili diplom proqramının magistratura pilləsinin tələbəsi, Edqar Şahbazov elmi fəaliyyətində mühüm nailiyyətə imza atıb. O, Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Mançester Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində Molekulyar Biologiya ixtisası üzrə doktorantura proqramına qəbul olunub.

Gənc tədqiqatçının doktorantura mərhələsində araşdıracağı “Qocalmanın qarşısını alan RBBP5 faktorunun mitoxondrial tarazlığın qorunmasında yeni rolu” mövzusu yaşlanma biologiyası və hüceyrə metabolizması sahəsində mühüm elmi nəticələr vəd edir.

Tədqiqat işi Mançester Universitetinin tanınmış alimləri Dr.Gino Poulin və Dr.Alan Whitmarshın elmi rəhbərliyi altında universitetin laboratoriyalarında həyata keçiriləcək.

👉🏻DAHA ƏTRAFLI
👍1
📢 Dövlət Proqramı İdarəetmə Qrupu aylıq xəbər icmalını diqqətinizə təqdim edir.

📌 Dövlət Proqramlarına aid aylıq xəbər icmalında Elm və Təhsil Nazirliyinə, Dövlət Proqramı İdarəetmə Qrupuna aid xəbərlərlə, Proqram iştirakçılarının akademik uğurları və nailiyyətləri ilə tanış ola bilərsiniz.

👉🏻 KEÇİD LİNKİ
🕌🐑 İslam dünyasının ən müqəddəs bayramlardan biri - Qurban bayramı münasibətilə xalqımızı, soydaşlarımızı və bütün İslam dünyasını səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların qəbul olunmasını arzu edirik.

Qoy bu müqəddəs bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız Mübarək!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #qurbanbayramı #eidaladha #happyeid
📚✍🏻🇦🇿Azərbaycanın zəngin mədəniyyəti Oksfordda nümayiş olunub


Azərbaycanın zəngin mədəniyyəti Oksford Universitetində təşkil olunan “European-Eurasia Cultural Night” sərgisində nümayiş edilib.

Tədbirdə Azərbaycan stendi ilə ölkəmizi Dövlət Porqramı təqaüdçləri Şəbnəm Tağıyeva, Zaman Hüseynov və Cəvahir Ələkbərli təmsil edib. Sərgi çərçivəsində qonaqlara ölkəmizin mədəniyyəti, musiqisi və milli təamları təqdim olunub və iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Bundan əlavə, Azərbaycan stendində sərgi iştirakçıları üçün interaktiv sual-cavab müsabiqəsi keçirilib və qaliblərə Azərbaycanla bağlı simvolik hədiyyələr təqdim olunub.Sərgidə iştirak Dövlət Proqramı iştirakçılarına ölkəmizin mədəni irsini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradıb.

Təbdirdə Azərbaycanın təmsil olunmasında göstərdiyi təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi təşəkkürlərimizi bildiririk.

👉🏻DAHA ƏTRAFLI
📚📢Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinə dair məlumat

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Proqrama son müraciət tarixi 15 iyun 2025-ci il tarixi olaraq müəyyən edilmişdir.

Bildiririk ki, müsahibələrə 25 iyun 2025-ci il tarixindən etibarən start veriləcəkdir.

DAHA ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4928
📚✍🏻 Dövlət Proqramı iştirakçıları “London Tech Week 2025”də iştirak ediblər


Dövlət Proqramı iştirakçıları Laçın Məmmədov və Sənan Qarayev 9-11 iyun tarixlərində baş tutan, dünyanın aparıcı mühəndislik və texnologiya tədbirlərindən biri olan “London Tech Week 2025”də iştirak ediblər.

Tədbirdə Böyük Britaniyanın Baş naziri Kir Starmer, “NVIDIA” şirkətinin rəhbəri, eləcə də BP, “Google”, “Amazon” və digər qlobal texnologiya, mühəndislik nəhənglərinin vitse-prezidentləri və rəhbər şəxsləri çıxış etdilər.

Proqram iştirakçıları panel müzakirələrdə iştirak edərək mühəndislik, süni intellekt, innovasiya və rəqəmsal transformasiya sahələrində ən son trendlər və strateji yanaşmalarla yaxından tanış olublar.

👉🏻DAHA ƏTRAFLI
🇦🇿 Bu gün tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür

Düz 30 il əvvəl - Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilib. Bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #15iyun  #milliqurtuluşgünü
📚✍🏻 Nüfuzlu Universitet Dövlət Proqramı iştirakçısı olan tələbəsi haqda məqalə dərc edib

Böyük Britaniyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan “Imperial College London" Dövlət Proqramı təqaüdçüsü Fərid Musayevin uğur hekayəsi haqda məqalə paylaşıb.

Qeyd edək ki, məqalə ali təhsil müəssisəsinin rəsmi internet səhifəsində dərc olunub.
Məqalə ilə
keçid vasitəsilə tanış ola bilərsiniz.

Xatırladaq ki, Fərid Musayev "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Imperial College London" ali təhsil müəssisəsində “Fundamental və tətbiqi elmlər" ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
1