Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚🎓Dövlət Proqramı məzunu Firuzə Nəsibzadə, 17-19 may tarixlərində keçirilən “Qlobal Layihə İdarəetmə Forumu”nda “Qlobal Rəqəmsal Layihə İdarəetmə Cəmiyyəti Qurulması” mövzusu ilə spiker kimi çıxış edib.

Təqdimatında “IPM Hub” platformasının qlobal layihə menecmenti şəbəkəsinin qurulmasına dair praktiki yol xəritəsini təqdim edərək rəqəmsal transformasiya və süni intellektin bu sahədəki rolunu vurğulayıb.

Qeyd edək ki, Firuzə Nəsibzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University College London (UCL)" ali təhsil müəssisəsində “Təhsil” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alb.

Dövlət Proqramı məzununu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
✍🏻📚 Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib.

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻Cənubi Koreyada Bakı Mühəndislik Universiteti və İNHA Universitetinin rektorları arasında görüş keçirilib.

👉🏻DAHA ƏTRAFLI
👨‍👧‍👧1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir. Bu əlamətdar gün münasibəti ilə bütün uşaqları təbrik edirik.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #1iyun#uşaqlarınbeynəlxalqmüdafiəsigünü
📚✍🏻 BMU-nun rektoru Cənubi Koreyada təhsil alan BMU-İNHA İDP tələbələri ilə görüşüb

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.

ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4923
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramına müraciət zamanı “Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədləri hansı güzəşt gözləyir?

Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu
🎓📚 "2022-2028 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #DPməzunu #məzun
📚✍🏻 BDU və HUJI ikili diplom proqramının tələbəsi nüfuzlu Mançester Universitetinin doktorantura proqramına qəbul olub

Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında birgə icra edilən ikili diplom proqramının magistratura pilləsinin tələbəsi, Edqar Şahbazov elmi fəaliyyətində mühüm nailiyyətə imza atıb. O, Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Mançester Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində Molekulyar Biologiya ixtisası üzrə doktorantura proqramına qəbul olunub.

Gənc tədqiqatçının doktorantura mərhələsində araşdıracağı “Qocalmanın qarşısını alan RBBP5 faktorunun mitoxondrial tarazlığın qorunmasında yeni rolu” mövzusu yaşlanma biologiyası və hüceyrə metabolizması sahəsində mühüm elmi nəticələr vəd edir.

Tədqiqat işi Mançester Universitetinin tanınmış alimləri Dr.Gino Poulin və Dr.Alan Whitmarshın elmi rəhbərliyi altında universitetin laboratoriyalarında həyata keçiriləcək.

👉🏻DAHA ƏTRAFLI
👍1
📢 Dövlət Proqramı İdarəetmə Qrupu aylıq xəbər icmalını diqqətinizə təqdim edir.

📌 Dövlət Proqramlarına aid aylıq xəbər icmalında Elm və Təhsil Nazirliyinə, Dövlət Proqramı İdarəetmə Qrupuna aid xəbərlərlə, Proqram iştirakçılarının akademik uğurları və nailiyyətləri ilə tanış ola bilərsiniz.

👉🏻 KEÇİD LİNKİ