Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
Bu gün Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 🇦🇿

28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinə çevirdi.

Xalqımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik!
Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #28may #müstəqillikgünü #azərbaycan
3👎1
📚✍🏻🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri Bitget Hackathon – Startap Müsabiqəsində II yerə layiq görülüblər

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTu) “Bitget Hackathon – Startap” müsabiqəsinin yekun mərhələsi keçirildi. Müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələrindən ibarət komandalar qatılaraq, “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsini təqdim edilmişdi. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirildi. Layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirildi.

👉🏻ƏTRAFLI
1
📚🎓Dövlət Proqramı məzunu Firuzə Nəsibzadə, 17-19 may tarixlərində keçirilən “Qlobal Layihə İdarəetmə Forumu”nda “Qlobal Rəqəmsal Layihə İdarəetmə Cəmiyyəti Qurulması” mövzusu ilə spiker kimi çıxış edib.

Təqdimatında “IPM Hub” platformasının qlobal layihə menecmenti şəbəkəsinin qurulmasına dair praktiki yol xəritəsini təqdim edərək rəqəmsal transformasiya və süni intellektin bu sahədəki rolunu vurğulayıb.

Qeyd edək ki, Firuzə Nəsibzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University College London (UCL)" ali təhsil müəssisəsində “Təhsil” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alb.

Dövlət Proqramı məzununu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
✍🏻📚 Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib.

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻Cənubi Koreyada Bakı Mühəndislik Universiteti və İNHA Universitetinin rektorları arasında görüş keçirilib.

👉🏻DAHA ƏTRAFLI
👨‍👧‍👧1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir. Bu əlamətdar gün münasibəti ilə bütün uşaqları təbrik edirik.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #1iyun#uşaqlarınbeynəlxalqmüdafiəsigünü
📚✍🏻 BMU-nun rektoru Cənubi Koreyada təhsil alan BMU-İNHA İDP tələbələri ilə görüşüb

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.

ƏTRAFLI👇🏻
https://dp.edu.az/az/news/4923