Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚✍🏻İkili diplom proqramının uğurlu məzunları ilə görüşlər davam edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universitetin arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının “Bitki mühafizəsi” ixtisası üzrə ilk məzunlarından olan Fəridə Bayramova ilə həmin ixtisasın tələbələri arasında görüş təşkil edilib.

👉🏻 DAHA ƏTRAFLI
📚✍🏻 Dövlət Proqramı iştirakçısı ABŞ-nin nüfuzlu akademik fəxri cəmiyyəti olan "Phi Kappa Phi"yə üzv seçilib


Məlumat üçün bildirmək istərdik ki, Dövlət Proqramı iştirakçısı Kənan Abdiyev ABŞ-nin ən nüfuzlu akademik fəxri cəmiyyətlərindən biri olan "Phi Kappa Phi"yə üzv seçilib. Bu təşkilata üzvlük yalnız dəvət əsasında mümkündür və yüksək akademik göstəricilərə malik şəxslərə təqdim olunur.

Kənan Abdiyevin üzvlüyü, akademik müvəffəqiyyətlərinə əsaslanaraq Merilend Universitetinin “College Park” kampusunda ənənəvi mərasim ilə təsdiqlənib. Sözügedən mərasimdə çıxış edən Proqram iştirakçısı akademik uğurularında Azərbaycan dövlətinin xüsusi dəstəyini vurğulayıb.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

👉🏻DAHA ƏTRAFLI
📚🅰️ Dövlət Proqramı iştirakçısı Əsmər Bayramova payız və yaz semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur.

Qeyd edək ki, Əsmər Bayramova "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Georgia Institute of Technology" ali təhsil müəssisəsində Dövlət siyasəti ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
📚✍🏻 Dövlət Proqramı iştirakçısı Dünya Təhsil Forumunda iştirak edib

Məlumat üçün bildiririk ki, Proqram iştirakçısı Şəbnəm Tağıyeva Oksford Universitetinin Blavatnik Dövlət İdarəçiliyi Məktəbi tərəfindən seçilmiş 10 nəfər tələbədən ibarət heyətin tərkibində Londonda keçirilən “Dünya Təhsil Forumu 2025”də iştirak edib.

Proqram iştirakçısı forum çərçivəsində müxtəlif ölkələrin təhsil nazirləri, siyasətçiləri və ekspertlərinin qatıldığı bir sıra panel müzakirələrində iştirak edərək, beynəlxalq təhsil gündəminin əsas istiqamətlərini yaxından izləmək imkanı qazanıb.

👉🏻DAHA ƏTRAFLI
Əziz tələbələr və məzunlar!

Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyera həyatınıza başlamaq üçün ilk addım atmağa hazırsınız

Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır.

Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz.

3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq.

Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə
Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi🗓
26 may, 2025-ci il

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #təcrübəproqramı #karyeraimkanı
✍🏻📚ADA-CVU ikili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvlərinin növbəti görüşü Corc Vaşinqton Universitetində baş tutub.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri "GWU"da təhsil alan ADA tələbələri ilə də görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dəki akademik və sosial təcrübələrini dinləyiblər.

Səfər nümayəndə heyətinin "GWU"da keçirilən Məzun günündə iştirakı ilə yekunlaşıb.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

👉🏻DAHA ƏTRAFLI
✍🏻📚Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Böyük Britaniyaya səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Londonda Dövlət Proqramı çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.

Görüş Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində, fövqəladə və səlahiyyətli səfir Elin Süleymanovun iştirakı ilə baş tutub.

👉🏻 DAHA ƏTRAFLI
👍1