Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚✍🏻 “Azərbaycan kənd təsərrüfatında bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində “Azərbaycan kənd təsərrüfatında bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçirilib.

Tədbirdə sahədəki yeniliklər, gələcək iş imkanları və müasir texnologiyaların tətbiqi müzakirə olunub.

İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbirdə Ege Universitetinin müəllimi Süleyman Gürdal Türksevenin moderatorluğu ilə EMA Group şirkətinin Satış və marketinq meneceri Mehmet Manavoğlu çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb.
📚🇦🇿 Milli təamlarımız uzaq Avstraliyada - Dövlət Proqramı iştirakçılarının təqdimatında


Məlumat üçün bildirmək istərdik ki, Sidney Universitetində “Taste of harmony” adlı qida sərgisi təşkil edilib və sərgidə Azərbaycan uğurla təmsil olunub.

Sərginin məqsədi isə müxtəlif ölkələrdən olan tələbələrin öz milli mətbəxlərini nümayiş etdirməsi və doğma ölkələrinin tanıdılması idi. Sərgidə Azərbaycanı Dövlət Proqramı iştirakçıları Aysu İlyasova, Zəka Abbasov və Kənan Rəhimli təmsil ediblər.

➡️ DAHA ƏTRAFLI
👍2
📚✍🏻 BMU - İNHA İkili Diplom Proqramı tələbəsinə BMU rektoru tərəfindən fəxri fərman təqdim olunub

➡️ DAHA ƏTRAFLI
📚✍🏻 Dövlət Proqramı iştirakçısı Helsinkidə baş tutan beynəlxalq konfransda iştirak edib


Məlumat üçün bildirmək istərdik ki, Dövlət Proqramı iştirakçısı Turanə Abdullayeva “17-ci NNDR KONFRANSI: YERLİ VƏ QLOBAL KONTEKSTDƏ ƏLİLLİK” (“17TH NNDR CONFERENCE: DISABILITY IN LOCAL AND GLOBAL CONTEXTS”) konfransında iştirak edib.

Konfrans çərçivəsində araşdırma ilə çıxış edən Porqram iştirakçısı daha sonra auditoriyanın suallarını cavablandıraraq faydalı rəylər alıb.

Qeyd edək ki, Turanə Abdullayeva "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Sheffield” ali təhsil müəssisəsində İnklüziv təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
📚🥈 BMU - İNHA İkili Diplom Proqramının tələbəsi 2025 Robotex Azərbaycan-Avrasiya Çempionatında II yerin qalibi olub

👉🏻DAHA ƏTRAFLI
📚✍🏻 Dövlət Proqramı iştirakçısı “London Polymer Group 2025” simpoziumda iştirak edib

Məlumat üçün bildiririk ki, Porqram iştirakçısı Xədicə Axundova tədqiqat posteri ilə SEMS-nin (School of Engineering and Materials Science) daxilində keçirilən tədbirdə bütün tələbələr arasında “ən yaxşı poster” nominasiyasına layiq görülüb. Bu uğuru münasibətilə Xədicə Axundovanı məktəbin rəhbəri Prof. Hazel Screen də təbrik edib.

Qeyd edək ki, Xədicə Axundova "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Queen Mary University of London" ali təhsil müəssisəsində “Mühəndislik" ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #proqramiştirakçıları #simpozium #akademikuğur