📚🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri “AIRO 2025” də I yeri qazanıblar
Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri AzeRobot Educationun təşkilatçılığı ilə ADA Universitetində keçirilən “AIRO 2025” (Azərbaycan Beynəlxalq Robot Olimpiadası) robot yarışmasında I yerin qalibi olublar.
Azərbaycan Gənclər və İdman Nazirliyi, All Japan Robot Sumo Tournament, ADA Universiteti, Maestro School, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası, SIMA, IEEE COMSOC və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil edilən olimpiadada 150 iştirakçı 7 fərqli kateqoriyada mübarizə aparıb.
➡️ ƏTRAFLI

👍1
📚✍️ Dövlət Proqramı təqaüdçüsü tələbə cəmiyyətinin nümayəndəsi seçilib.
Məlumat üçün bildirmək istərdik ki, Proqram iştirakçısı Selcan Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsində Amerika Kimya tələbə cəmiyyətinin ( NUS-American Chemistry Society Student Chapter və ya qısaca “NUS-ACSSC”) nümayəndəsi seçilib.
Qeyd edək ki, cəmiyyət 2014-cü ildə yaradılıb və məqsəd mentorluq proqramları, sənaye səfərləri və peşəkarlarla görüşlər kimi tədbirlər təşkil etməklə kimya elmi üzrə hazırkı tələbələrə geniş biliklər ötürməkdir.
Xatırladaq ki, Selcan Şərifzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Sinqapur Respublikasının "National University of Singapore" ali təhsil müəssisəsində “Fundamental və tətbiqi elmlər" ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur

❤1
📚✍🏻 “Azərbaycan kənd təsərrüfatında bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçirilib
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində “Azərbaycan kənd təsərrüfatında bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçirilib.
Tədbirdə sahədəki yeniliklər, gələcək iş imkanları və müasir texnologiyaların tətbiqi müzakirə olunub.
İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbirdə Ege Universitetinin müəllimi Süleyman Gürdal Türksevenin moderatorluğu ilə EMA Group şirkətinin Satış və marketinq meneceri Mehmet Manavoğlu çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

📚🇦🇿 Milli təamlarımız uzaq Avstraliyada - Dövlət Proqramı iştirakçılarının təqdimatında
Məlumat üçün bildirmək istərdik ki, Sidney Universitetində “Taste of harmony” adlı qida sərgisi təşkil edilib və sərgidə Azərbaycan uğurla təmsil olunub.
Sərginin məqsədi isə müxtəlif ölkələrdən olan tələbələrin öz milli mətbəxlərini nümayiş etdirməsi və doğma ölkələrinin tanıdılması idi. Sərgidə Azərbaycanı Dövlət Proqramı iştirakçıları Aysu İlyasova, Zəka Abbasov və Kənan Rəhimli təmsil ediblər.
➡️ DAHA ƏTRAFLI

👍2
📚✍🏻 BMU - İNHA İkili Diplom Proqramı tələbəsinə BMU rektoru tərəfindən fəxri fərman təqdim olunub
➡️ DAHA ƏTRAFLI
➡️ DAHA ƏTRAFLI
📚✍🏻 Dövlət Proqramı iştirakçısı Helsinkidə baş tutan beynəlxalq konfransda iştirak edib
Məlumat üçün bildirmək istərdik ki, Dövlət Proqramı iştirakçısı Turanə Abdullayeva “17-ci NNDR KONFRANSI: YERLİ VƏ QLOBAL KONTEKSTDƏ ƏLİLLİK” (“17TH NNDR CONFERENCE: DISABILITY IN LOCAL AND GLOBAL CONTEXTS”) konfransında iştirak edib.
Konfrans çərçivəsində araşdırma ilə çıxış edən Porqram iştirakçısı daha sonra auditoriyanın suallarını cavablandıraraq faydalı rəylər alıb.
Qeyd edək ki, Turanə Abdullayeva "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Sheffield” ali təhsil müəssisəsində İnklüziv təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir.

📚🥈 BMU - İNHA İkili Diplom Proqramının tələbəsi 2025 Robotex Azərbaycan-Avrasiya Çempionatında II yerin qalibi olub
👉🏻DAHA ƏTRAFLI
👉🏻DAHA ƏTRAFLI