Dövlət Proqramı
1.79K subscribers
1.07K photos
35 videos
413 links
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
Download Telegram
📚🏆 BMU-İNHA İDP tələbələri “EduHack 2025” hakatonunda qalib olub

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələrindən ibarət komada Bakı Konqres Mərkəzində keçirilən “EduHack 2025” beynəlxalq təhsil texnologiyaları hakatonunda uğur qazanıb.

➡️ DAHA ƏTRAFLI
📢 Dövlət Proqramı İdarəetmə Qrupu aylıq xəbər icmalını diqqətinizə təqdim edir.

📌 Dövlət Proqramlarına aid aylıq xəbər icmalında Proqram iştirakçılarının akademik uğurları və nailiyyətləri ilə tanış ola bilərsiniz.

➡️ KEÇİD LİNKİ
📢DİQQƏT!
📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.

Son müraciət tarixi: 13.05.2025
Vəzifə: Mühasib

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #mühasib #vakansiya #işvar
Dövlət Proqramı
📢DİQQƏT! 📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir. Son müraciət tarixi: 13.05.2025 Vəzifə: Mühasib #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #mühasib #vakansiya #işvar
İş öhdəlikləri:
· Dövlət Proqramı İdarəetmə Qrupuna aid ştat cədvəlinə əsasən əmək haqqı və digər xərclərin ödənilməsi;
· Əmək haqqı ilə bağlı aylıq, rüblük və illik statistik hesabatların təqdim edilməsi;
· Ümumi mühasibat uçotunun təşkili və aparılması;
· İnventarizasiyanın aparılmasında iştirak edilməsi;
· Əsas vəsaitlərlə bağlı illik statistik hesabatın təqdim edilməsi;
· Dövlət Proqramı üzrə malların (iş və xidməti) satınalınmasının mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına dəstək göstərilməsi;
· Dövlət Proqramı çərçivəsində fəaliyyətin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak edilməsi;
· Dövlət Proqramının icrası ilə bağlı xərclərin ödənilməsi üçün sənədlərin Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiyanın İdarəedilməsi Portalına göndərilməsi;
· Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi ilə bağlı təqdimatların icra olunması;
· Proqram iştirakçılarının təqaüd kartlarının sifarişinin təmin edilməsi;
· Proqram iştirakçılarının bank əməliyyatları ilə bağlı yaranmış sorğuların tərəfdaş bankla əlaqələndirilməsi;
· Beynəlxalq ikili diplom proqramlarının xərclərinin maliyyələşdirilməsi bağlı sifariş sənədlərinin hazırlanması və maliyyələşdirən quruma təqdim edilməsi;
· Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

QEYD: CV-lərinizi “Mühasib” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
🇦🇿📚🏆 BMU - İNHA İkili Diplom Proqramının tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) tələbələrinin təmsil olunduğu “DeepSense” komandası “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən mərhələsində birinci yeri tutub.

➡️ DAHA ƏTRAFLI
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramına Beynəlxalq təhsil proqramlarının sertifikatı ilə müraciət edən namizədlərdən hansı sənədlər tələb olunmur?

Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu
🇦🇿 Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dünyaya göz açdığı gündür.

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində misilsiz xidmətləri var. O, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Onun böyük siyasi iradəsi, müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyimizi əbədiyyətə çevirdi, xalqımızı hüquqi, sivil, demokratik dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliyə apardı.

Unudulmaz şəxsiyyəti sevgi və hörmətlə anırıq!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #ümummillilider #10may #doğumgünü
✍🏻📚Eksklüziv olaraq, BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyanın İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr üçün onlayn formatda DİM-in magistraturaya qəbul imtahanı həyata keçirilib.

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün növbəti dəfə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ikinci dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb. İlk belə imtahan keçən tədris ilində BMU-İNHA İDP tələbələri üçün təşkil olunmuşdur.

➡️ DAHA ƏTRAFLI
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dövlət Proqramına müraciət zamanı Beynəlxalq fənn olimpiadalarının qalibi olmuş namizədləri hansı güzəştlər gözləyir?

Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz.

Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu
Dövlət Proqramı
Photo
📢DİQQƏT!
📌Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir.

Son müraciət tarixi: 20.05.2025
Vəzifə: Hüquqşünas

Vəzifə öhdəlikləri:

• Proqramla bağlı müqavilələrin və digər hüquqi sənədlərin layihələrini hazırlayaraq nəzərdən keçirilməsi və danışıqlar aparılması;
• Sənədləşmədə hüquqi riskə nəzarət edilməsi;
• Qanunvericiliyə edilən dəyişiklik və yeniliklərin daimi izlənilməsi;
• Normayaratma fəaliyyətində iştirak etmək;
• Proqramın icrası zamanı ortaya çıxan məsələlərə dair hüquqi dəstəyin göstərilməsi;
• Daxili nəzarət fəaliyyətinə dəstək göstərilməsi;
• Sənədlər icra edilməzdən əvvəl müvafiq təsdiqlərinin olmasının təmin edilməsi;
• Dövlət Proqramının fəaliyyəti zamanı yaranan hüquqi məsələlər üzrə rəylərin hazırlanmasının təşkil edilməsi;
• Dövlət orqanları ilə mütəmadi yazışmaların, eləcə də dövlət orqanlarında zərurət yarandıqda iştirakın təmin olunması;
• Məhkəmə mübahisələri, Mediasiya prosesləri ilə bağlı müvafiq müdafiə və iddia sənədlərinin, şikayətlərin, məktubların və s sənədlərin tərtib olunması;
• Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək;

QEYD: CV-lərinizi “Hüquqşünas” başlığı ilə
Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #hüquqşünas #vakansiya #işvar
📚🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri “AIRO 2025” də I yeri qazanıblar


Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri AzeRobot Educationun təşkilatçılığı ilə ADA Universitetində keçirilən “AIRO 2025” (Azərbaycan Beynəlxalq Robot Olimpiadası) robot yarışmasında I yerin qalibi olublar.

Azərbaycan Gənclər və İdman Nazirliyi, All Japan Robot Sumo Tournament, ADA Universiteti, Maestro School, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası, SIMA, IEEE COMSOC və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil edilən olimpiadada 150 iştirakçı 7 fərqli kateqoriyada mübarizə aparıb.

➡️
ƏTRAFLI
👍1
📚✍️ Dövlət Proqramı təqaüdçüsü tələbə cəmiyyətinin nümayəndəsi seçilib.

Məlumat üçün bildirmək istərdik ki, Proqram iştirakçısı Selcan Şərifzadə təhsil aldığı ali təhsil müəssisəsində Amerika Kimya tələbə cəmiyyətinin ( NUS-American Chemistry Society Student Chapter və ya qısaca “NUS-ACSSC”) nümayəndəsi seçilib.

Qeyd edək ki, cəmiyyət 2014-cü ildə yaradılıb və məqsəd mentorluq proqramları, sənaye səfərləri və peşəkarlarla görüşlər kimi tədbirlər təşkil etməklə kimya elmi üzrə hazırkı tələbələrə geniş biliklər ötürməkdir.

Xatırladaq ki, Selcan Şərifzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Sinqapur Respublikasının "National University of Singapore" ali təhsil müəssisəsində “Fundamental və tətbiqi elmlər" ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil alır.

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur
1